Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Tramp dəlidir yoxsa ağıllı ? Tramp nə istəyir ? və yaxud nə edir ? - ŞƏRH

Son zamanlarda ABŞ-ın Rusiya ilə münasibətlərini bərpa etməsi, Avropa ölkələrində narazılığa səbəb olub və onları çətin vəziyyətə salıb. 
Yenixeber.org: Belə bir vəziyyətdə, Avropa Birliyinin (AB) ABŞ-a cavab olaraq İranla əməkdaşlıq etməsi və sanksiyaları ləğv etməsi ehtimalı, siyasi arenada geniş müzakirə mövzusuna çevrilib.
ABŞ-ın Rusiya ilə münasibətlərini normallaşdırması, Avropa ölkələri üçün bir sıra təhdidlər yaradıb.Bu təhdidlər isə aşağıdakılardır:
1. Təhlükəsizlik təhdidi
2. İqtisadi təhdid
3. Siyasi təcrid olunma təhdidi
4.Enerji təhlükəsizliyi təhdidi
ABŞ-ın Avropadakı hərbi iştirakını azaltması niyyəti və Rusiyaya güzəştə getmək istəməsi, Avropanın təhlükəsizlik sisteminə bir xeyli zərbə vura bilər. Xüsusilə, Şərqi Avropa ölkələri, özlərini daha təhlükəsiz hiss edə bilərlər.Bunları nəzərə alaraq Türkiyə ordusunun Avropanın təhlükəsizliyini öz üzərinə götürməsi və Ukrayna cəbhəsində sülhməramlı qüvvələr kimi yerləşdirilməsi perspektivləri xeyli yüksək qiymətləndirilə bilər.Son açıqlamalardan da çıxan nəticələr onu deməyə əsas verir ki,Türkiyəsiz Ukrayna məsələsi öz həllini tapmayacaq.
ABŞ və Rusiya arasında ticarət əlaqələrinin güclənməsi və inkişaf etməsi, Avropa şirkətlərinin bu bazarlarda rəqabət qabiliyyətinin xeyli azalmasına səbəb olacaq.Belə olan halda isə yeni bazarlara ehtiyac yaranacaq,yeni bazarlar isə təbii ki,Türkiyə,İran,və Yaxın Şərq ölkələri ola bilər.Bu bölgələr, böyük və perspektivli bir bazarlardır. AB şirkətləri, xüsusilə İran bazarına çıxış imkanı əldə etməklə iqtisadi təhdidlərdən yayına bilərlər
Siyasi təcrid olunmamaq üçün isə Türkiyə və İran münasibətləri Avropa Birliyi üçün çox önəmlidir. ABŞ-ın Rusiya ilə yaxınlaşması, Avropa ölkələrini yeni alternativlər axtarmağa məcbur edir. İranla əməkdaşlıq və sanksiyaların ləğvi, bu alternativlərdən biri ola bilər. Bu addım, həm AB, həm də İran üçün faydalı ola bilər və regionda yeni bir siyasi konfiqurasiyanın yaranmasına səbəb ola bilər. Bütün bu amillər nəzərə alındığında, AB-nin İranla əməkdaşlıq etməsi və sanksiyaları ləğv etməsi ehtimalı olduqca yüksəkdir. AB, bu addımı atmaqla həm ABŞ-a öz narazılığını ifadə edə bilər, həm də öz iqtisadi və siyasi maraqlarını qoruya bilər. Türkiyənin Avropa Birliyinə qəbul edilməsilə isə bu konfiqurasiyanın gücünü və nüfuzunu xeyli artırmaq mümkün ola bilər.
Avropa Birliyinin Enerji təhlükəsizliyini isə İran və Türkiyə olmadan təmin edə bilməsi mümkün görsənmir.Həm Rusiya həmdə ABŞ ilə yaranmış gərginliklər fonunda AB-ni İranın, zəngin neft və qaz ehtiyatları xilas edə bilər. AB, İranla əməkdaşlıq etməklə enerji təchizatını diversifikasiya edə bilər.Komnikasiya xəttlərinin Türkiyədən keçməsini nəzərə aldıqda isə Türkiyənində AB-nin enerji təhlükəsizliyinin qorunmasındakı rolunu görmək mümkün olur.
 
            Beləliklə…
 
ABŞ-ın Rusiya ilə münasibətlərini normallaşdırması və eyni zamanda Avropa Birliyinin İrana doğru yaxınlaşması, Çin üçün mühüm geosiyasi dəyişikliklərə işarə edir. Bu iki tendensiya, Çinin regiondakı və dünyadakı mövqeyinə birbaşa təsir göstərəcək və Pekinin bu dəyişikliklərə necə reaksiya verəcəyi böyük maraq doğurur.
Tendensiyaların bu istiqamətdə davam etməsi Çinin hər iki strateji tərəfdaşının ondan uzaqlaşmasına gətirib çıxara bilər. Bu, Çinin regiondakı təsirinin azalmasına gətirib çıxardacaq.
Avropa Birliyinin İrana sanksiyaları ləğv etməsi və bu ölkə ilə əməkdaşlığı gücləndirməsi, İranın Qərbə meyl etməsinə yol aça bilər. Bu, Çinin İrandakı iqtisadi və siyasi maraqlarına zərbə vura bilər. İranın Qərbə meyl etməsi, Çinin enerji təhlükəsizliyinə də təsir edə bilər. Çin, İrandan neft idxal edən əsas ölkələrdən biridir. Bu ölkədəki hər hansı bir siyasi və iqtisadi dəyişikliklər, Çinin enerji təchizatını poza bilər.
Çinin bu konfiqurasiyalara mümkün cavabı isə Mərkəzi Asiya ölkələri və Afrika ölkələri ilə əlaqələrini gücləndirərək daha da inkişaf etdirmək, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və "Bir Kəmər, Bir Yol" təşəbbüsü kimi regional layihələr vasitəsilə iqtisadi əməkdaşlığını daha da dərinləşdirmək ola bilər.Çinin, öz hərbi gücünü artıraraq, regiondakı təsirini qorumağa çalışmasınıda istisna etmək olmaz.
Donald Tramp, Çini ABŞ üçün əsas iqtisadi və strateji təhdid kimi qiymətləndirir. Onun fikrincə, Çin, ABŞ-ın ticarət deficitinin əsas səbəbkarıdır və ədalətsiz ticarət təcrübələri ilə ABŞ iqtisadiyyatına zərər vurur. Bundan əlavə, Tramp, Çinin texnologiya oğurluğu və intellektual mülkiyyət hüquqlarının pozulması kimi məsələlərini də tez-tez gündəmə gətirir.
Bütün bu təhlillərdən sonra belə bir nəticəyə gəlmək olar ki,əslində Trampın yürütdüyü siyasət ABŞ-ın xarici siyasətinin əsas elementlərindən biridir və dövlət maraqlarının və təhlükəsizliyinin qorunması üçün unikal addımlardır, qlobal miqyasda ABŞ-ın Çinə qarşı aparılan mübarizəsinin tərkib hissəsidir.
P.S Ölkələrin təhlükəsizliyi gündəm məsələsi olanda insan haqqları və demokratiya arxa plana keçməlidir.
P.S.S Amerika banan ölkəsi deyil ki,hansısa bir dəli və yaxud agent ölkənin başına keçə bilsin.
P.S.S.S Dünya o qədər dəyişib ki,ağıllı və sakit adamlara qulaq asan yoxdur,ona görə bəzən çılğın və emosiyalara xitab edən insanları qabağa çəkməyə ehtiyac yaranır.
 
İlqar Hüseynli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam