Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Müharibənin 3 ili:Rusiya da, Ukrayna da ümidlidir...

news content
Azərbaycanın qazancı suverenliyini bərpa etməsi, “sülhməramlıları” ölkədən çıxarmasıdır

Yenixeber.org: Bu gün Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqlayslı işğalçı müharibənin üçüncü ildönümüdür. İkinci dünya müharibəsindən sonra Avropada baş vermiş ən böyük savaş hər iki tərəfdən yüz minlərlə insanın həlak olmasına, Ukrayna ərazisinin 20 fazinin işğalına səbəb olub. Bu ölkənin onlarla şəhər və qəsəbləri, kəndləri yer üzündən silinib, iqtisadiyyatına yüz milyardlarla dollar zərər dəyib, əhalinin 10 milyon nəfərdən çoxu Ukraynanı tərk edib.

Rusiya bu müharibədə hələlik üstün tərəf olsa da, onun ordusu, iqtisadiyyatı İkinci dünya müharibəsindən sonra ən ağır itkilərə məruz qalıb. Müharibənin gedişatını gündəlik izləyən beynəlxalq tədqiqat qrupları işğalçı ölkənin ölü və yaralı olaraq ümumilikdə 1 milyon nəfərə yaxın hərbçi, minlərlə tank, hərbi maşınlar, təyyarə, artilleriya, hava hücumundan müdafiə vasitələri itirdiyini qeyd edirlər. 

Rusiya Ukraynaya dəstək koalisiyası üzvlərinin - ABŞ və Avropa İttifaqının, eləcə də başqa tərəfdaş ölkələrin tətbiq etdiyi iqtisadi, siyasi sanksiyalar altındadır. Dünyanın ən böyük neft-qaz istehlaçılarından biri olan ölkə Avropada satış bazarlarını, demək olar, itirib. Birləşmiş Ştatların bu ilin yanvarında tətbiq etdiyi növbəti sanksiyalarla neft satışı ağır zərbəyə məruz qalıb. 

Rusiyanın itkilərinin hamısını saymaq mümkün deyil. Bir neçə mühüm məqamlara diqqət çəkmək kifayətdir:

- İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə NATO daha da gücləndi və olduqca önəmli olan Baltik dənizi NATO daxili dənizə çevrildi;

- Rusiya donanması Qara dənizdən sıxışdırılıb çıxarıldı, onun hissələrini Ukraynadan çox uzaq olan limanlarda qorumağa çalışırlar. Faktiki olaraq, Qara dəniz də Rusiya üçün itirilib. 

- Ukrayna ilə savaşda Rusiya silahlarının keyfiyyətsizliyi və mənən köhnəlməsi də üzə çıxdı. Rusiya dünya silah bazarındakı mövqelərini itirdi.

Müharibənin üçüncü ildönümündə ABŞ-də Respublikaçı Donald Trampın hakimiyyətə gəlməsi ilə Kreml üçün tuneldə işıq görünməyə başlayıb. Tramp Ukraynaya münasibətdə sələfindən 180 dərəcə əks mövqeyə sahibdir, Zelenski hökumətini müharibənin günahkarı sayır, Kiyevdən müharibə üçün ödənilən pulların geri qaytarılmasını, təbii sərvətlərin Amerika şirkətlərinin inhisarına keçməsini əks etdirən aşağılaycı saziş imzalamağı tələb edir. Tramp Rusiyalı həmkarının Qərbdə populyar olan “qatil”, “başkəsən”, tiran” obrazına rəğmən, ona tərəfdaş kimi yanaşır və onu 3 illik beynəlxalq izoliyasiyadan çıxarmağa nail olub. ABŞ lideri hesab edir ki, müharibənin xərclərini onun ölkəsi deyil, Ukraynanın yaxın qonşusu olan Avropa ödəməlidir. 

Elə 24 fevralda Kiyevə ABŞ rəsmilərindən heç kimin təşrif buyurmamasını, əksinə, Avropa İttifaqının elliklə Ukrayna paytaxtına axışmasını münasibətlərin əsas təzahürü hesab etmək olar. İldönümündə Birləşmiş Ştatlar Ukrayna üçün heç bir dəstək bəyanatı səsləndirmədi, amma “qoca qitə” liderləri Ukrayna xalqının, onunla bərabər dünyadakı mütərəqqi qüvvələrin  gözlədiyi mesajları verdi. 

Kiyevə gəlişi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen X sosial şəbəkəsində paylaşımında yazıb:

"Rusiyanın qəddar işğalının üçüncü ildönümündə Avropa Kiyevdədir. Biz bu gün Kiyevdəyik, çünki Ukrayna Avropadır. Yaşamaq uğrunda bu mübarizədə təkcə Ukraynanın taleyi təhlükə altında deyil. Bu, Avropanın taleyidir".

Ukrayna ilə həmrəylik nümayiş etdirmək üçün Kiyevə gələnlər arasında Baltikyanı və Skandinaviya ölkələrinin dövlət və hökumət başçıları, İspaniyanın və Kanadanın baş nazirləri də vardı... 

Liderlərin bugünkü səfərinin məqsədi həm də Ukraynanın mümkün danışıqlar strategiyası və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Kiyevdə keçirilən sammitdə iştirakdır.

Prezident Volodimir Zelenski fevralın 23-də bildirib ki, sammitə 13 liderin şəxsən, 24-nün isə onlayn qatılacağı gözlənilir.

Onu da xatırladaq ki, müharibənin 3-cü ilində Aİ Rusiyaya qarşı 16-cı böyük sanksiya paketini təsdiq etdi. 

Sanksiya siyahısına 48 fiziki şəxs və 35 təşkilat daxildir. Bundan əlavə, Aİ üzv ölkələrin xarici işlər nazirləri daha 13 Rusiya bankını SWIFT sistemindən ayırmaq qərarına gəliblər. Sanksiyalar çərçivəsində Aİ Rusiyanın 8 media orqanının Avropada yayımını qadağan edib.

Həmçinin Aİ Hindistan, Qazaxıstan, Çin, BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 53 şirkəti qara siyahıya salıb. Eyni zamanda, Rusiyaya neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.

Paketə həmçinin daxildir:

– tikinti xidmətlərinin, o cümlədən mülki mühəndislik xidmətlərinin göstərilməsinin qadağan edilməsi;

– malların və texnologiyaların ixracına məhdudiyyətlər. Buraya neft və qaz kəşfiyyatı ilə bağlı proqram təminatı daxildir;

– Avropa şirkətlərinin Rusiyanın bir neçə limanı ilə əməliyyatlar aparmasına qadağa;

– dronlar üçün istifadə oluna bilən oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının satışına məhdudiyyətlər;

– Rusiyadan kənarda kredit və maliyyə qurumlarına Rusiya Mərkəzi Bankının yaratdığı “Maliyyə Mesajlarının Ötürülməsi Sistemi”ndən istifadəyə qadağa.

Ursula fon der Lyayen Kiyevdə bəyan edib ki, Avropa İttifaqı martda Ukraynaya 3,5 milyard avro həcmində daha bir yardım tranşı göndərəcək. O, həmçinin Aİ-nin martın 6-da Ukrayna üzrə keçiriləcək sammitində ittifaqın müdafiə qabiliyyətinin gücləndirilməsi strategiyasını təqdim edəcəyini açıqlayıb.

Sədr vurğulayıb ki, Aİ 2026-cı ilin sonuna qədər Ukrayna və Moldovanın enerji bazarını tam inteqrasiya etməyi planlaşdırır.

Beləliklə, ötən 3 ildə Rusiyanın zəifləməsi fonunda Avropa və Ukrayna gücləndi. İndi Avropa hətta Ukraynanı təkbaşına da Rusiyadan qoruya biləcək qədər ciddi hərbi gücə çevrilib. Almaniyada keçirilən seçkilərdə qalib gələn mühafizəkarların Ukraynaya dəstəyin gücləndirilməsi barədə mövqeyi Avropanın qısa müddətdə daha böyük imkanlara sahib olacağından xəbər verir. 

Sonda vurğulamaq yerinə düşər ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə zəifləməsi onun Yaxın Şərqdə və Qafqazda da mövqelərini ciddi şəkildə zəiflətdi. Nəticədə Rusiya Suriyanı, Suriya ilə birlikdə Yaxın Şərq və Aralıq dənizi regionunu itirdi.

Azərbaycanın 2023-cü ildə Qarabağda suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün keçirdiyi antiterror əməliyyatı da bu dövrə təsadüf edir. Şübhəsiz, Rusiya Ukraynada gücdən düşməsəydi, Azərbaycanın öz ərazisindəki erməni separatizminə son qoyması ləngiyə bilərdi, “sülhməramlıların” ötən il ölkəni tərk etməsi də həll olunmamış problemlər sırasında qalardı.

Regionun digər ölkəsi Ermənistan da Rusiyanın Ukraynada strateji məğlubiyyətindən faydalana bilib. İrəvanın Kremlin təsirlərini məhdudlaşdıran addımlar atması, Azərbaycanın sülhlə bağlı tələblərini yerinə yetirməyə meyllənməsi, habelə Avropa İttifaqına inteqrasiya siyasəti seçməsi də bilavasitə geosiyasi proseslərin gedişatı ilə bağlıdır. Onu da vurğulamaq yerinə düşər ki, Ermənistan Qərbin üstüörtülü dəstəyi ilə Rusiyanın sanksiyalardan yan keçməsində mühüm rol oynayaraq, milyardlarla dollar qazanıb. 

Gürcüstanda isə aylardır davam edən daxili siyasi mübarizə Rusiya və Qərbin bu ölkədəki nüfuz savaşı kimi təqdim olunur. Rusiyayönlü hakimiyyət indiki mərhələdə nisbi üstünlüyə malik olsa da, daxildə və xaricdə legtimliyini böyük ölçüdə zədələdib və bu da yeni mərhələdə onun ayaqda qalmasını çətinləşirən başlıca amildir.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam