Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Azərbaycan prezidenti Münhenə niyə getmədi? -Tramp ortalığı elə qarışdırıb ki, bütün mövzular arxa plana keçib...

news content

Azərbaycan prezidenti İlham Əliyevin qatılmadığı, Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak edəcəyi isə son anda açıqlanan Münhen Təhlükəsizlik Konfransında ölkə başçılarının və diplomatların başlıca müzakirə mövzusu Ukraynada müharibənin dondurulmasıdır.

Yenixeber.org: Yüksək səviyyəli tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanı isə Baş nazirlə yanaşı xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papıkyan təmsil edir. Ermənistan hökumətindən verilən açıqlamaya görə, Paşinyan Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

               Bu barədə bir qədər sonra...

Münhen Təhlükəsizlik Konfransından bir gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri ilə uzun telefon danışıqları aparıb. Daha sonra mətbuat konfransında onun dedikləri, prezident Volodimir Zelenskinin açıqlamaları dünyada, əsasən Vaşinqtonun Avropa müttəfiqlərində şok effekti, məyusluq doğursa da, proses ilkin mərhələdədir. Hələ müharibənin hansı şərtlərlə dayandırılması, atəşkəs elan olunması razılaşdırılmır, danışıqlara başlamağın formulları haqqında razılıq yolları axtarılır. Yeri gəlmişkən, prezident Zelenski ABŞ ilə Rusiya arasında sazişi tanımayacağını açıqlayıb. Avropa İttifaqı xarici işlər nazirlərinin bəyanatında da Ukraynanın iştirak etmədiyi razılaşmaya qol qoyulmayacağı bildirilib.

Trampın açıqlamalarına gəldikdə, onun təfərrüatına varmadan, durumu aydınlaşdırmaq üçün ABŞ prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun dediklərini qısaca olaraq xatırlatmaq kifayətdir:

"Trampın Ukraynanın potensial itkiləri, güzəştləri barədə hələ Rusiya ilə danışıqlara başlamazdan əvvəl verdiyi açıqlamalar onun “əslində Putinə təslim olması” anlamına gəlir. Rusiyaya Ukraynanın suverenliyinə qəsd etməyə, Şimali Koreya kimi düşmənləri ona döyüşməkdə kömək etmək üçün cəlb etməyə icazə verilməsi, sonra isə Ukraynanın ərazilərinin və təhlükəsizlik zəmanətlərinin, ya da NATO üzvlüyünün itirilməsini qəbul edərək ukraynalıların satılması qəbuledilməzdir. Danışıqlar başlamazdan əvvəl bu və digər güzəştləri etməklə Tramp Ukrayna məsələsində faktiki olaraq Putinə təslim olub. Rusiyanın hərbi göstəriciləri miskin idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır... ABŞ liderləri birmənalı şəkildə Ukraynanı və Kiyevi dəstəkləyən bütün NATO müttəfiqlərini dəstəkləməlidirlər. Kremlin Ukraynaya qarşı əsassız təcavüzünün uğur qazanmasına imkan vermək bizim milli maraqlarımıza uyğun deyil. Tramp administrasiyası buna görə utanmalıdır".

Britaniyada nəşr olunan “The Independent” qəzeti isə yazıb ki, Tramp sadəcə olaraq Ukraynanın Rusiya ilə danışıqlardakı mövqeyini sarsıtdı. “Tramp administrasiyası Ukrayna üzrə əsas danışıqlar variantlarını istisna edərək, işğalçı ruslara hələ sülh danışıqları başlamazdan əvvəl fəlakətli üstünlük verib. İndi istənilən gələcək danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyi daha zəif olacaq”, - məqalədə qeyd olunur.

Tramp dünən bəyan edib ki, komandasının üzvlərini Ukrayna müharibəsini bitirmək üçün Avropaya göndərib. 

“Mən dövlət katibi Marko Rubionu, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffi, milli təhlükəsizlik üzrə müşavir Maykl Voltsu və səfir və xüsusi nümayəndə Stiv Vitkoffu danışıqlara rəhbərlik etməyə çağırdım və əminəm ki, bu danışıqlar uğurlu olacaq”, - o bildirib. 

Gözlənilir ki, Münhendə keçirilən toplantılarda, kuluarlarda Ukrayna, ABŞ, Avropa təmsilçiləri sıx şəkildə bir araya gələcək. Qərb mediası Avropalı bir diplomata istinadla yazıb ki, Münhendə bir növ razılaşmanın ümumi konturları və ya ilkin çalarları ortaya çıxa bilər. Bunun fonunda Ukrayna prezidenti Volodimir Zelenski və onun administrasiya rəhbəri Andriy Yermak K.Kelloq və ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşməyə hazırlaşır. Yəni Münhendə Ukrayna müharibəsinin müzakirəsini vacib edən fövqəladə səbəblər ortaya çıxıb. İlk dəfədir, ABŞ və Avropa İttifaqı arasında dərin ziddiyyətlər yaranıb. Ukrayna lideri ABŞ maliyyə nazrinin mineral ehtiyatların istismarına dair təklif etdiyi müqaviləni imzalamaqdan imtina edir...

Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının toplantılarına ardıcıl olaraq qatılan liderlərdəndir. Yerli və xarici media onun görüşlərini geniş işqılandırır. Xüsusən, müharibədən əvvəl və sonra Münhendə Azərbaycan və Ermənistanın dövlət başçıları panellərdə, konfranslarda birgə iştirak edib, mövqelərini çatdırıb, ekspertlərin, jurnalistlərin suallarını cavablandırıblar. 

Hazırda iki ölkə arasında ziddiyyətli məsələlərin həlli, sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr gedir. Qərb ölkələri də bilavasitə olmasa da prosesdə iştirak edir, İrəvanla sıx təmas saxlayır. Maraqlıdır, bu il Münhen Təhlükəsizlik Konfransının yaratdığı fürsətdən niyə istifadə edilmədi?

Politoloq Fərhad Məmmədov mövzunu şərhində xatırladıb ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında mütəmadi olaraq iştirak edib. “Nəzərə almaq lazımdır ki, bu ilki konfrans əsasən Ukrayna müharibəsinə həsr olunacaq. Azərbaycanın birbaşa marağında olan mövzular müzakirə predmeti olmayacaq. Ona görə də prezidentin Almaniyaya getməməsi, iştirakın xarici işlər naziri səviyyəsində olması bir göstəricidir”, - o qeyd edib. 

Paşinyanın Münhenə getməsinə gəlincə, F.Məmmədov deyir ki, əslində onun getməməsi təəccüblü olardı: “O, əvvəl ABŞ-yə, daha sonra Fransaya səfər etdi. Görüşlər keçirdi. O, yeni - Tramp dövrünün işartıları ilə qarşılaşır, ona görə avropalıların mövqeyini öyrənməyə çalışır. Paşinyan ABŞ ilə əlaqələri genişləndirməyə cəhd edir. O, dövlət katibi Marko Rubio ilə görüşə can atır”.

Fərhad Məmmədov vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransında əsas mövzu Ukraynada müharibənin dayandırılmasıdır. “Əsas diqqət bu məsələnin üzərindədir. Cənubi Qafqaz süjeti ikinci və ya üçüncü dərəcəlidir”

Sonda onu da qeyd edək ki, Ukrayna ilə yanaşı, Münhendəki bir çox liderlər həm də Qəzzaya diqqət yetirəcək, çünki 15 fevral saat 12:00 HƏMAS-ın əsirlikdə saxladığı israilli girovların geri qaytarılması üçün son tarixdir – bu da konfransın ortasına təsadüf edir. Tramp əvvəlcədən xəbərdarlıq edib ki, onlar azad edilməsə, bütün razılaşmalar sona çatacaq və cəhənnəm qopacaq.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam