Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Paşinyan nəyə hazırlaşır? -Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa...

Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə imicini dəyişməsi (saqqalını qırxıb) təsadüfi deyilmiş. O, rəhbərlik etdiyi hakim komandada da təmizlik - ciddi kadr dəyişiklikləri - həyata keçirmək qərarına gəlibmiş... 

Yenixeber.org: Baş nazir istefa ərizəsi təqdim etmiş daxili işlər naziri Vahe Qazaryanı, İstintaq Komitəsinin sədri Argişti Kyaramyanı, Korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri Sasun Xaçatryanı, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanı və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanı istefaya göndərib. Bununla yanaşı, Ali Məhkəmə Şurasının (ASK) prezidenti Karen Andreasyan da istefa ərizəsini təqdim etdiyini bəyan edib. 

Baş nazirin “təmizələmə” qərarı parlamentdə hakim Mülki Müqavilə fraksiyasının deputatları Ovik Ağazaryan və Narek Zeynalyandan da yan keçməyə bilər. Yerli media yazır ki, onlar barədə intizam araşdırmasına başlanıb, sonda adıçəkilən deputatlar mandatdan imtina edə bilərlər. 

Kabinetdə baş verən dəyişikliklərin səbəblərinə gəlincə, iki gün əvvəl hökumətin iclasında Baş nazir hüquq-mühafizə sistemindən kəskin narazılığını ifadə edərək, məhkəmə və güc strukturlarında aparılan islahatların nəticəsini görmədiyini vurğulayıb. "Bu davam edə bilməz, mənim səbir kasam doludur", - Nikol Paşinyan deyib. Baş nazir bu gün səhər qeyd edib ki, səbəblər şəxsi deyil, sistem xarakteri daşıyır.

Hökumətdə baş verən dəyişiklikləri təhlil edən yerli media N.Paşinyanın son həftələrdəki ictimai çıxışlarını xatırladır. 

Məsələn, bir ay əvvəl İstintaq Komitəsinin əməkdaşlarını 10 illik yubileyləri münasibətilə təbrik edən Paşinyan bildirmişdi: “Ədalətin bərqərar olması gündəliyi 2018 və ya 2019-cu illərdə olduğu kimi, bu gün də aktualdır. Amma bu o demək deyil ki, biz ədalətin bərqərar olması üçün heç bir iş görməmişik”.

Ötən həftə 2025-ci il büdcəsinin müzakirəsi zamanı isə Baş nazir Ermənistanın Vergi Məcəlləsinin dövlət maraqlarının əleyhinə olduğunu açıqlamışdı. “Bizim Ermənistanın dövlət maraqlarına cavab verən yeni Vergi Məcəlləsi olmalıdır”, - Paşinyan bildirib.

Avqust ayında keçirdiyi mətbuat konfransında isə hökumət başçısı əks fikirlər söyləmişdi: “2019-cu ildən biz sabit gəlir vergisi sisteminə keçdik və hesab edirəm ki, bu, düzgün qərardır və mən o sistemi dəyişdirmək üçün heç bir əsas görmürəm”.

Paşinyanın istefaya göndərdiyi yüksək vəzifəli şəxslərin əksəriyyəti 2-4 il ərzində hökumətdə təmsil olunub. O, hakimiyyətdə olduğu 6 ilə yaxın müddət ərzində hüquq-mühafizə orqanlarında və hökumətin iqtisadi blokunda vaxtaşırı kadr dəyişiklikləri aparıb. Amma istefalar indi olduğu kimi kütləvi xarakter daşımırdı. 

Maraqlıdır, N.Paşinyan hazırkı həssas dövrdə mühüm dövlət postlarındakı silahdaşlarından niyə imtina etmək qərarına gəlib? Həm də o halda ki, bu şəxslər hökumətin ayaqda durmasında xüsusi nailiyyətləri ilə fərqləniblər: Ermənistan İstintaq Komitəsi Koçaryan-Sarkisyana, onların yaxın ətrafına və hökumətlərində post tutmuş şəxslərə qarşı davamlı təzyiq kampaniyası aparıb. Keçmiş siyasi elita nümayəndələrinin yolu istintaqdan, məhkəmələrdən, həbsxanadan keçib. Yaxud, istefasını elan etmiş Ali Məhkəmə Şurasının (ASK) prezidenti Karen Andreasyanın Paşinyana sonuncu xidməti Konstitusiyanın praembulasında yer almış Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəsinin olmadığına qərar verməsi olmuşdu.

Hakim komandadan uzaqlaşdırılan daxili işlər naziri Vahe Qazaryan isə anti-hökumət aksiyaların amansızlıqla yatırılmasına bilavasitə rəhbərlik etmiş şəxsdir. O, Paşinyana və onun arasında dayanan xarici qüvvələrə “sədaqəti” ilə məşhurdur. Maraqlıdır, Baş nazir onun xidmətlərindən niyə imtina etmək qərarına gəlib? 

Eyni sözləri Dövlət Gəlirləri Xidmətinin rəhbəri Rüstəm Badasyan haqqında da demək olar. O, Ermənistan büdcəsinin “aşıb-daşmasında”, vergi intizamının yüksəldilməsində, iş dünyası ilə dövlət qurumları arasında münasibətlərin uğurlu tənzimlənməsində mühüm xidmətlərə malikdir... 

Paşinyan nə planlayır və istefalar Baş nazirin gələcəklə bağlı strategiyasında hansı əhəmiyyəti daşıyır? Bu suallar indi erməni cəmiyyətində geniş müzakirə olunur.

Əlbəttə, Ermənistan böyük demokratiya yolu keçmiş ölkə deyil. 2018-ci ildə baş vermiş inqilabdan sonra dövlət idarəçiliyində, seçki institutunda, büdcə xərcləmələrində şəffaflıq xeyli yüksəlsə də, ölkə hələ də beynəlxalq hesabatlarda yarım azad statusundan o tərəf keçə bilməyib. Məsələn, "Transparency International" beynəlxalq şəffaflıq təşkilatının 2023-cü illə bağlı Korrupsiyanı Qavrama İndeksində (CPI) 180 ölkə və ərazi içində Ermənistan 47 balla 62-cı sırada olub. Təşkilat Ermənistanın son 10 ildə indeksini yaxşılaşdırdığını vurğulayıb.

Ölkədə keçirilən sorğularda hakim Mülki Müqavilə partiyasının reytinqi ötən illərlə müqayisədə xeyli aşağı enib. Əhalinin əsas narazılığı korrupsiya, nepotizm, bürokratiya, hüquq mühafizə orqanlarında hələ də davam edən rüşvət sistemi ilə bağlıdır. Bununla yanaşı, məhkəmə və ədliyyə, sosial təminat sistemində baş verən neqativ hallar da cəmiyyətdə ciddi narazılıq mənbəyi olaraq qalır. Sorğulara görə, 2026-cı ildə (iyun ayında) keçiriləcək seçkilərə qədər hakimiyyətin nüfuzu daha da azala bilər, bu da Paşinyanın şəriksiz hakimiyyətinin bitməsi ilə nəticələnə bilər. 

Hökumət başçısının öz komandasında təmizləmə əməliyyatına start verməsi ictimai sifarişə uyğun olaraq, seçki hazırlığının tərkib hissəsi ola bilər. Bu, əsas versiyadır. Amma başqa versiyalar da erməni ictimaiyyətinin müzakirə mövzularıdır. Məsələn, Paşinyan inqilabçı tərəfdaşlarından imtina edərək, şəxsi münasibətlərə, sədaqət prinsiplərinə əsaslanan şəxsi hakimiyyət qurmaq niyyətində olması istisna deyil. Ötən 6 ildə yarı-demokratik idarəçilik ona çox ciddi problemlər yaradıb və getdikcə zəifləyən hakim komandanı bundan sonra ayaqda saxlamaq üçün avtoritar üsulları sınamaq lazım gələcək. Qonşu Gürcüstanda İvanişvili hakimiyyəti Qərbin təşkilatlandırdığı müxalifətin güclü etirazlarına, sabotajlarına baxmayaraq ayaqda qalması dəyişən geosiyasi şərtlərdə Paşinyanı da həvəsləndirə bilər. Baş nazir bu yolu gedəcəksə, qarşıdakı aylarda onun komandasından spiker Alen Simonyanın, xarici işlər naziri Ararat Mirzoyanın, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da istefaya göndəriləcəyi qaçılmazıdır. Çünki Paşinyanla bir komandada olsalar da ayrı-ayrılıqda erməni cəmiyyətində müəyyən nüfuza malik olan siyasətçilərin Baş nazirin şəxsi hakimiyyətində yer alması mümkün deyil. Paşinyana itaətkar, siyasi iddiaları olmayan texnokrat kadrlar lazım olacaq ki, hazırda Qərbin maliyyə təşkilatlarından böyük qrantlar alan şəbəkələrdə onların sayı kifayət qədərdir…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam