Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Bakıda Qlobal Təşəbbüslər Müzakirə Olunacaq -ŞƏRH

Yenixeber.org: Azərbaycan 10 gün ərzində COP29 tədbirinə ev sahibliyi edəcək. Bakıya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, diplomatları, alimləri, ekspertləri, jurnalistləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Bu Azərbaycanın müstəqillik tarixində keçirdiyi ən böyük tədbiridir. Bu həm Azərbaycana gələcək on minlərlə qonağın iştirakı, həm də 10 gün ərzində diqqətin Bakıdakı müzakirələrə yönələcəyi ilə bağlıdır.

Bakıdakı görüşlərdə iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində buna qədər görülən işlər və öhdəliklərin necə yerinə yetirildiyi müzakirə olunacaq. Müxtəlif hesabatlar dinləniləcək. Böyük dövlətlər yaşıl enerjiyə üstünlük verdiklərini açıqlasalar da, dünyada ekoloji təsirləri olan ənənəvi yanacaqdan istifadə azalmır. Yaşıl enerjiyə keçidin ekoloji baxımdan aşkar üstünlükləri olduğu halda, buna ayrılan maliyyənin kifayət etmədiyi faktdır. Buna görə də Bakıda müzakirələrdə əsas diqqət alternativ enerjinin maliyyələşdirilməsi problemlərinin həll yollarına yönələcək. Beynəlxalq maliyyə təşkilatlarının alternativ enerji layihələrinə ayırdığı maliyyə kifayət etmir. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər öz resursları hesabına alternativ enerjiyə maliyyə ayırmağa çalışarkən, kasıb dövlətlər yeni layihələri maliyyələşdirə bilmirlər. Bu səbəbdən beynəlxalq maliyyə təşkilatlarının məhz kasıb dövlətlərin iqlim layihələrinə diqqət ayırması vacibdir. COP-un illik tədbirlərində qəbul edilmiş qərarların yerinə yetirilməsi zərurəti vurğulanacaq. Misal üçün 2009-cu ildə Danimarka paytaxtı Kopenhagendə keçirilən COP tədbirində iqlim fəaliyyəti sahəsində ehtiyaclarını qarşılamaq üçün kasıb ölkələrə 100 milyard ABŞ dolları ayrılmalı idi. Üstündən 15 il keçsə də, bu məbləğin nə qədərinin kasıb ölkələrə ayrıldığı mübahisə predmetidir. Bu mövzu Bakıdakı görüşlərdə müzakirə ediləcək, Misal üçün dünya günəş enerjisi potensialının 60 faizi Afrika qitəsində cəmləşib. Ancaq dünyada günəş enerjisinə qoyulan investisiyaların cəmi 1 faizi Afrika ölkələrinin payına düşür. Bu da onunla bağlıdır ki, böyük şirkətlər qeyri-sabitlik səbəbindən Afrikanın günəş enerjisinə yatırım qoymaq istəmirlər. Həmin şirkətlər investisiyalarının geri qayıdacağına əmin deyillər. Deməli, böyük şirkətlərin Afrikadakı günəş enerjisi layihələrini maliyyələşdirilməsinin təşviqi mexanizmləri tapılmalıdır.  Karbon qazından istifadənin azaldılması Bakıda müzakirə olunacaq digər əsas mövzulardandır.

Azərbaycan COP29 tədbirinə ev sahibi etməklə yanaşı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq ictimaiyyətə müxtəlif təşəbbüslər irəli sürüb. Bu təşəbbüslərin COP29-da müzakirəsi planlaşdırılır. Rəsmi Bakı COP29 günlərində qaynar ocaqlarda atəşkəsin elan olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs beynəlxalq aləmdə geniş əks-səda doğursa da, dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdəki toqquşmaların səngiyəcəyini söyləmək çətindir.

Azərbaycan COP29 tədbirinin ev sahibi kimi görüşlərin və müzakirələrin yekunu olaraq ortaq qərarların qəbuluna çalışacaq. Bunun üçün COP29-da çərçivəsində yüzlərlə ölkənin ortaq məxrəcə gəlinməsi vacibdir. Dövlətlər qlobal iqlim dəyişikliyinin hamı üçün zərərli olduğunu anlasalar da, bir qrup ölkə sənaye strukturlarını və ənənəvi gəlir mexanizmlərini nəzərə alaraq iqlim dəşiyikliliyi ilə bağlı iqtisadiyyatlarına təsir edə biləcək ağır qərarlardan çəkinirlər.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam