Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ankara Bakı İlə Koordinasiyalı Fəaliyyət Göstərir -ANALİZ

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində söyləmişdi ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər.

Yenixeber.org: Bu proqnoz şişirdilib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdıraraq, nəqliyyat yollarının tamamının açılmasını təmin etsə belə, 10 milyardlar dollar əldə etməsi çətin olar. Bütün hallarda Ermənistan qarşısındakı başlıca vəzifə Azərbaycan və Türkiyə ilə nəiyyat yollarının açılmasına nail olmaqdır. Nikol Paşinyan özü də etiraf edib ki, Ermənistanın nəqliyyat yollarına çıxışının 70 faizi qapalıdır. Paşinyan Türkiyə və Azərbaycan üzərindən nəqliyyat yollarının Ermənistan üçün bağlı olduğunu nəzərdə tutub. Ermənistanın İran üzərindən dünya bazarlarına çıxışı yoxdur. İki ölkə arasında dəmir yolu mövcud deyil. Ermənistan Rusiya bazarına məhsullarını Gürcüstan üzərindən çatdırır. Ancaq dağlardan keçən bu yol qış aylarında tez-tez bağlanır. Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu isə bağlıdır. Həmin yol Gürcüstan ərazisindən və Rusiyanın nəzarət etdiyi Abxaziyadan keçir. Gürcüstanla Abxaziya arasında bütün nəqliyyat yolları bağlıdır. Bir neçə il əvvəl dəmiryolunun açılmasıyla bağlı danışıqlar aparılsa da, nəticə vermədi.

Ermənistan dünya bazarlarına çıxışı Azərbaycan və Türkiyə üzərindən reallaşdıra bilər. Ancaq bunun üçün Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır. Sülh sazişi imzalamadan Ermənistan Azərbaycan və Türkiyənin nəqliyyat imkanlarından istifadə edə bilməyəcək.

Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur. Buna baxmayaraq, İrəvan “sülh qovşağı” ideyasının reklamını gücləndirməyə çalışır. Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutunyanın sözlərinə görə, “sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər dəvət olunacaq. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “sülh qovşağı” təşəbbüsünü ortaq müzakirəsini etmək məqsədilə İrəvanda konfrans təşkil olunacaq. Görünür, İrəvan həmin konfransa Türkiyə, İran, Rusiya, Çin, Hindistan və Mərkəzi Asiya ölkələrinin ekspertlərini dəvət etməyə çalışacaq. Böyük ehtimalla erməni rəsmilər və ekspertlər həmin konfransda “sülh qovşağı” təşəbbüsü adı altında Ermənistanın “Orta dəhliz” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirakı mövzusunu qabardacaqlar.

Türkiyə media nümayəndələrinin və ekspertlərinin İrəvana dəvət edilərək “sülh qovşağı” mövzusu ətrafında müzakirələrə cəlb edilməsinin bir neçə məqsədi var. İrəvanın birinci məqsəd Türkiyə mediası vasitəsilə “sülh qovşağı” təşəbbüsünə qonşu ölkədə marağın artmasını təmin etməkdir. İrəvanın ikinci məqsəd Türkiyə ilə münasibətlərin normallaşması prosesini Azərbaycanla münasibətləri normallaşma prosesindən ayrı tutmağa çalışmaqdır. Bunu erməni rəsmilər açıqlamalarında gizlətmirlər. Onlar hesab edirlər ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Ankara İrəvanla təmaslarını artırmasına baxmayaraq, ilkin şərtindən imtina etməyib. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bir daha vurğulayıb ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam