Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Brüsselin İrəvanı sevindirən, Moskvanı qıcıqlandıran qərarı -Ermənistan çətin seçim qarşısında

Elxan Şahinoğlu: “Avropa İttifaqı gələcəkdə Ermənistanı seçim qarşısında qoyacaq – ya  Avrasiya İqtisadi İttifaqı, ya da Avropa İttifaqı”

Yenixeber.org: Avropa İttifaqı iyulun 17-də bütün üzv ölkələrin səfirləri səviyyəsində Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq vermişdi. Məlumata əsasən, qərar rəsmi təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim oluncaqdı. Şura isə öz növbəsində danışıqlara başlanmasının dəqiq vaxtını və Ermənistanın qarşısına qoyulmuş şərtləri elan edəcək, danışıqlar prosesində Ermənistanın icra etməli olacağı yüzlərlə səhifəlik şərt və tələblər açıqlanacaqdı.

Dünən isə Avropa İttifaqı Şurasının xarici işlər nazirləri müsbət nəticə verərək Ermənistanla viza rejiminin liberallaşdırılması dialoqu məsələsini müzakirə ediblər. Şuranın yaydığı məlumatda qeyd olunub ki, Avropa Şurası Komissiyanın Ermənistanla viza liberallaşdırılması üzrə dialoqa başlamaq, Şura və üzv dövlətləri dialoq mərhələlərinə, o cümlədən meyarların müəyyən edilməsi və onların həyata keçirilməsinin qiymətləndirilməsi prosesinə tam cəlb etmək niyyətini alqışlayır.

“Ermənistan vətəndaşları üçün viza öhdəliyinin ləğvi mümkünlüyü yalnız meyarlar tam yerinə yetirildikdən sonra nəzərdən keçiriləcək”, - məlumatda deyilir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qərarı şərh edərkən bildirib ki, “viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması ilə bağlı Avropa İttifaqı XİN başçıları səviyyəsində qəbul etdiyi qərarları dərindən alqışlayırıq”. Qərarı “mühüm mərhələ” adlandıran Mirzoyan vurğulayıb ki, “tərəfdaşlıq sülh və firəvanlıq konsepsiyası əsasında dərinləşir”.

Qeyd edək ki, hazırda 60 ölkənin vətəndaşları Avropa İttifaqına vizasız səfər edə bilərlər. Onlar Şengen zonasında 180 gün ərzində yalnız 90 günədək qalmaq hüququna malikdirlər.

Ekspertlər hesab edirlər ki, bu qərar Ermənistanın Avropaya inteqrasiyasını sürətləndirir, Rusiyanın orbitindən çıxmaq yolunda addımları artırır.

Mövzu ətrafında suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son bir neçə ildə Ermənistan hakimiyyəti Avropa ilə dialoqu genişləndirib:

- Əvvəllər Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə dialoqu genişləndirmişdilər, Avropaya daha yaxın ölkələr hesab olunurdular. İndi Ermənistan da bu sıraya daxil olmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın orbitindən çıxmaq siyasəti yürüdən Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində addımlara başladı. Bu il aprelin 5-də Brüsseldə Avropa İttifaqı-ABŞ-Ermənistan görüşü keçirildi. Bu görüşdən əvvəl belə xəbərlər var idi ki, Avropa İttifaqı ilə ABŞ Ermənistana böyük maliyyə vəsaiti ayıracaq, silah-sursat alınmasına yardım edəcək. Amma Brüsseldə Ermənistana cəmi 10 milyon avro vəsait ayrılmasına qərar verildi. Həmin 10 milyon indi Ermənistana hərbi geyimlərə və çadırlar alınmasına sərf olunur. Vizanın da sadələşdirilməsi istiqamətində addımlar atılır. Düşünürəm ki, Brüssel görüşündə vizanın liberallaşdırılması məsələsi müzakirə olunub və müsbət nəticələr əldə edilib.

- Bu, Ermənistanın Rusiyadan tam qopması anlamı verirmi?

- Yox, bu qərar o demək deyil ki, Ermənistan Rusiyadan uzaqlaşdı. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın patronajlığı altında olan iki böyük təşkilatında – Avrasiya İqtisadi İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü davam etdirir. İrəvandan bəyanat versələr də ki, KTMT-nin işində iştirak etmirlər, bu qurum Ermənistanın təhlükəsizliyinə təminat vermir, amma bu qurumu tərk etməyiblər. Mən inanmıram ki, bu halda Brüssel Ermənistanla tam yaxınlaşsın, Ermənistana üzvlüklə bağlı xüsusi bir status versin. Əlbəttə, Avropa İttifaqı gələcəkdə Ermənistanı seçim qarşısında qoyacaq – ya  Avrasiya İqtisadi İttifaqı, ya da Avropa İttifaqı. İrəvan ikisindən birini seçmək məcburiyyətində qalacaq. Yəni “Avropa ailəsi"nə daxil olmaq o qədər də sadə deyil.  

- Avropa İttifaqını seçə bilməzlər?

- Paşinyan hakimiyyəti seçim etməkdə çətinlik çəkir. Çünki Avrasiya İqtisadi İttifaqı Ermənistana fayda verir. Baxmayaraq ki, İrəvan Moskva ilə siyasi müstəvidə gərginlik yaşayır. Amma ticarətdə, ixrac-idxalda artım müşahidə olunur. Avropa ilə Ermənistan arasında belə iqtisadi artımlar yoxdur. İndi Paşinyan iki stulda əyləşməyə çalışır. Lakin gec-tez Brüssel yaxın illərdə İrəvandan seçim etməyi tələb edəcək. Ondan sonra Ermənistanla bağlı konkret qərar verilə bilər. Ermənistanın isə Rusiyadan məhz iqtisadi məsələlərə, iqtisadi bağlılığa görə qopması çətindir.

- Sizcə, Avropa İttifaqı ilə Ermənistan arasında viza rejiminin liberallaşdırılması barədə danışıqlar qərarına Moskvanın reaksiyası necə olacaq?

- Rusiya onsuz da Ermənistanın NATO, ABŞ və Avropa ilə bağlı yaxınlaşma siyasətinə qıcıq olur və prosesi diqqətlə izləyir.  Məsələn, bu günlərdə Ermənistanda ABŞ-la birgə keçirilən hərbi təlimlərə Rusiyadan böyük narazılıq edildi. Çox güman ki, yaxın günlərdə Moskvadan İrəvana xəbərdarlıq xarakterli mesaj veriləcək. Eyni zamanda, Rusiya əlində olan təsir rıçaqlarından istifadə də edə bilər.

- Avropa İttifaqı Azərbaycanla da viza rejiminin sadələşdirilməsi haqqında qərar verəı bilərmi?

- Düşünürəm ki, Azərbaycan gələcəkdə Avropa İttifaqı ilə dialoqu genişləndirərsə, o zaman Azərbaycanla da viza rejiminin sadələşdirilməsi barədə qərar verilə bilər. Çünki Bakı ilə Brüssel arasında strateji sazişin imzalanması barədə danışıqlar gedir. Onsuz da Azərbaycanın Avropa İttifaqının doqquz dövləti ilə strateji sazişi var. Eyni zamanda, Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığı mövcuddur və buna ehtiyacları da var. Əsas ticarət tərəfdaşlarımız da məhz Avropa ölkələridir. Bu baxımdan, düşünürəm ki, yaxın illərdə Avropa İttifaqının Azərbaycanla da viza rejiminin liberallaşdırılması istiqamətində mühüm qərarlarının şahidi ola bilərik.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam