Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Moskva Pekinin Vasitəçi Olmasını İstəyir -ŞƏRH

Yenixeber.org: Rusiya xarici işlər naziri Sergey Lavrovun Pekinə səfəri iki ölkə arasında bu il planlaşdırılan sammitin hazırlıqları ilə bağlı idi. Bununla yanaşı Lavrov çinli həmkarı Van Yi ilə Ukrayna böhranını da müzakirə edib. Məlumdur ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə iyun ayında İsveçrədə “sülh forumu” keçiriləcək. Tədbirə 100-ə yaxın dövlətin təmsilçisinin qatılacağı planlaşdırılır. Kreml “sülh forumu” təklifinə qarşı Pekinlə birgə hərəkət etmək istəyir. Çin Kiyevin təklif etdiyi “sülh forumu” tədbirində iştirak etməyəcək, Pekinin mövqeyi belədir ki, Rusiyanın iştirak etmədiyi tədbir mənasızdır. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin qonşusu Hindistanın İsveçrədəki toplantıya qatılması məqsədilə Dehliyə səfər etmişdi. Pekindən fərqli olaraq Dehli İsveçrədəki tədbirdə iştirak edib-etməməklə bağlı qərar verməyib. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, İsveçrədəki tədbirdə iştirak etməklə Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir.  

Pekin bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskva və Kiyevə 12 maddəlik təkliflər paketini göndərmişdi. Kiyev Pekinin təklifinə razılaşmadı. Qərb ölkələri də Pekinin təkliflərinin əleyhinə çıxdılar. Çünki həmin təkliflərdə Rusiya ordusunun işğal altındakı əraziləri tərk etməsi barədə bənd yox idi. Bundan başqa təkliflər içərisində Ruisyaya qarşı sanksiyaların ləğv tələb olunurdu. Moskva Pekinin yenidən fəallaşmasını istəyir. Bu yolla Moskva Pekinin Kiyevin “sülh forumuna” platformasına alternativ olacağını düşünür. Əslində ABŞ və Avropa İttifaqı da Çinin fəallığının əleyhinə deyil, sadəcə Vaşinqton və Brüsselin istəyi Pekinin Moskvanı işğaldan imtina etməyə inandırmaqdır. Ancaq Pekin işğala etiraz etmir. Pekin eyni zamanda mövzu ilə bağlı Qərb ölkələri ilə dialoqunu davam etdirir.

“Reuters” agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər edəcək. Pekində görüşlə zamanı Ukrayna müharibəsi ilə yanaşı Asiya və Sakit oken bölgəsindəki durum da müzakirə ediləcək. Kreml Çinin Asiya və Sakit okean bölgəsində artan hərbi rolunu dəstəkləyir. Bu ittifaq bölgə ölkələrini narahat edir.

“Atlas” Araşdırmalar Mərkəzi  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam