Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Rusiya üçün troya atı” - Ermənistanın mövqeyi KTMT ölkələrinin təhlükəsizliyini təhdid edir

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 25-də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq. O, bununla Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyünün dondurulması ilə bağlı sözlərinə cavab verib. 

Yenixeber.org: Rəsmi Minsk Ermənistan hakimiyyətinin demarşını pisləyib, onları Qərbin xeyrinə Avrasiya əməkdaşlığından imtina cəhdində ittiham edib. İrəvanın bu cür səylərinin nəyə gətirib çıxara biləcəyi barədə “NEWS.ru” portalında yazı dərc olunub. 

Həmin yazını oxuculara təqdim edirik:

                     Belarus Ermənistanın demarşını necə qiymətləndirdi?

Fevralın 23-də Nikol Paşinyan fransalı jurnalistlərə açıqlamasında Ermənistanın KTMT-də iştirakının dondurulması barədə danışıb. Onun fikrincə, kollektiv təhlükəsizlik müqaviləsi Ermənistana münasibətdə xüsusilə 2021-2022-ci illərdə yerinə yetirilməyib. Belarus bu mesaja sakit reaksiya verib. Bu barədə ölkənin prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı Ermənistan tərəfdən rəsmi bildiriş daxil olmayıb, lakin istənilən halda İrəvanın KTMT-dən çıxması təşkilatı dağıtmayacaq.

Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anatoli Qlaz vurğulayıb ki, Minsk gələcəkdə də aktual məsələlərin bütün spektri üzrə İrəvanla konstruktiv əməkdaşlığa ümid edir.

“Erməni həmkarlarımızla normal əlaqəmiz var. Ermənistan tərəfdaşımız olaraq qalır, ikitərəfli qarşılıqlı fəaliyyətimiz zamanı KTMT məsələləri daim diqqət mərkəzindədir”, - Belarus XİN-in mətbuat katibi bildirib.

          Lukaşenko əvvəllər Ermənistanın demarşlarına necə reaksiya verib?

2023-cü ilin yanvarında İrəvan KTMT-ni ölkədə “Sarsılmaz qardaşlıq 2023” təlimlərinin keçirilməsinin məqsədyönlü olmaması barədə məlumatlandırıb. Ermənistanın əvəzinə manevrlər 2023-cü ilin oktyabrında Qırğızıstanda keçirilib.

2023-cü ilin oktyabrında Belarus Prezidenti Aleksandr Lukaşenko Bişkekdə MDB sammitini açarkən Ermənistanın bəzən Birlik üzvü olan digər ölkələrə münasibətdə özünü tərəfdaş kimi aparmdığını söyləmişdi. O qeyd etmişdi ki, Qərbin hərəkətləri ucbatından Birlik tədricən Gürcüstan və Ukrayna ilə əlaqəni itirib. Həmçinin, Belarus Prezidentinin sözlərinə görə, Moldovanın keçmiş SSRİ ölkələrinə münasibəti ilə bağlı çoxlu suallar var. Siyasətçi qeyd etmişdi ki, MDB əvvəlcə Sovet İttifaqının dağılmasından sonra dövlətlər arasında əlaqələrin kəsilməsinin qarşısını almaq üçün qurulmuş təşkilat olub.

2023-cü ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Minskdə keçirilmiş iclasını buraxıb. O zaman Lukaşenko bəzi müttəfiqlərin davranışını təxribat adlandırmışdı.

                     KTMT üçün Türkiyə nümunəsi

Rəsmi Minsk ümumilikdə Ermənistan rəhbərliyini tənqid edir, lakin belaruslu siyasətçilər KTMT daxilində ab-havanı pozmamaq üçün Ermənistan hakimiyyətini çox da qınamaq istəmirlər.

Belə ki, Liberal Demokrat Partiyasının rəhbəri Oleq Qaydukeviç “NEWS.ru” ilə söhbətində vurğulayıb: “Qərb belə bir mühüm təşkilatda çəkişmələrin və mübahisələrin başlamasını arzulayır”.

“Guya NATO tam birləşib? Məsələn, NATO üzvü olan Türkiyənin öz mövqeyi var və bu təşkilatın siyasətindən tez-tez fərqli olur. Biz isə nədənsə təşkilatımızdan tamamilə ziddiyyətsiz mühit olmamasını gözləyirik. Əlbəttə, ziddiyyətlər var, amma KTMT-nin birliyi NATO-dan daha çoxdur”, - siyasətçi söyləyib.

Qaydukeviçin sözlərinə görə, Belarus həmişə Avrasiya məkanında birliyə can atıb. O cümlədən, 2021-ci ilin oktyabrında Minskdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. 1992-ci ildən 2020-ci ilə qədər ATƏT-in Minsk qrupunun nümayəndələri Qarabağ probleminin həlli ilə məşğul olublar. Onun həmsədrləri Rusiya, ABŞ və Fransa diplomatları olub.

“Belarus həmişə KTMT daxilində birlik üzərində işləyib və işləyir. Bu təşkilatın alternativi yoxdur. Prezident Lukaşenko bu barədə tez-tez danışır. O, bu təşkilatda Ermənistanın mövqeyi ilə bağlı sərt çıxışlar edirdi. Bunlar çox müdrik sözlər idi. O, bunu birliyi gücləndirmək məqsədi ilə edib. Hakimiyyətə küçədən, rəngli inqilabların köməyi ilə gələndə həmin ölkədə həmişə problemlər olacaq”, - LDPB lideri bildirib.

         Ermənistanda NATO-nun peyda olmasını gözləmək olarmı?

Politoloq Aleksey Dzermant “NEWS.ru”ya açıqlamasında İrəvanın KTMT-yə üzv olan bütün ölkələrə ziyan vurduğunu qeyd edib.

“Ermənistanın siyasi gedişləri demarşları təşkilatı gücləndirmir, əksinə, onun imicinə xələl gətirmir. Buna müsbət yanaşa bilmərik”, - politoloq bildirib.

Dzermantın fikrincə, Ermənistan rəhbərliyinin çevrilib Avrasiya inteqrasiyasından uzaqlaşmaq cəhdləri aydın şəkildə görünür. İrəvan bəhanə kimi Qarabağ məsələsində KTMT-nin dəstəyinin olmaması ilə bağlı tezislərdən istifadə edir.

“Lakin heç kim Ermənistanın özünün belə müstəqil dövlət kimi tanımadığı ərazini müdafiə edəcəyinə söz verməmişdi. Bu, məsuliyyəti başqalarının üzərinə yıxmaqdan başqa bir şey deyil”, Dzermant vurğulayıb.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyinin dəyərləri qərbyönlü xarakter daşıyır, İrəvan Moskvanın dəstəyini Qərbin köməyi ilə əvəz etməyə çalışır. Amma o hesab edir ki, bu, səhvdir, çünki postsovet məkanında NATO, ATƏT, Avropa Şurası kimi strukturlar ortaya çıxanda onlardan yaxşı heç nə gözləmək olmaz.

“Onlar Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməyəcəklər və şübhəsiz ki, özləri ilə sabitliyin pozulmasını gətirəcəklər. Ermənistan Rusiya ilə Belarusun İran ilə kommunikasiyada əsas körpüdür. Nə yaxşı ki, Ermənistan artıq Türkiyə ilə təmaslara başlayır, bunu çoxdan etmək lazım idi. Biz belə tərəfdaşlığı biz - Rusiya, İran, Türkiyə, Azərbaycan çoxdan təklif edirik. Avrasiya problemlərini Qərb strukturları deyil, Avrasiya dövlətlərinin özləri həll etməlidir. Fransa və ABŞ-dakı erməni lobbiçiliyinin strukturları İrəvanı öz təsir dairəsinə çəkir, Rusiya, İran və Türkiyəyə qarşı balans yaradırlar. Biz Ermənistan rəhbərliyinin siyasətindən çox narahatıq”, - Dzermant qeyd edib.

Eyni zamanda, politoloq xatırladıb ki, Ermənistan hələ də Avrasiya strukturları ilə əməkdaşlıqdan böyük iqtisadi gəlirlər əldə edir. Məsələn, Ermənistanla Belarus arasında ticarət dövriyyəsi durmadan artır. Son 5 ildə bu, rəqəm 2,5 dəfə artıb. Ötən il bu göstərici 84 milyon ABŞ dolları olub.

             Ermənistan hansı məqsədlə KTMT-yə qarşı ittihamlar səsləndirir?

Belarusun Avrasiya İqtisidi Birliyinə İnteqrasiya Perspektivlərinin Öyrənilməsi Mərkəzinin rəhbəri Dmitri Belyakov əmindir ki, Paşinyanın bəyanatları Qərb üçün nəzərdə tutulub, onlar külli miqdarda pul qoparmaq məqsədi ilə edilir. Onun sözlərinə görə, Paşinyanın həmin vəsaiti ölkədəki siyasi-maliyyə qruplarına bölüşdürməsi üçün köməyə ehtiyacı var.

“Bu qruplar isə bunun müqabilində onun hakimiyyətdə qalmasını təmin etməlidirlər. Burada Paşinyanın şəxsi marağı var”, - Belyakov “NEWS.ru”ya deyib.

Onun sözlərinə görə, Ermənistan baş naziri KTMT-yə qarşı irəli sürülən iddiaların hüquqi uyğunsuzluğunu başa düşdüyündən səs-küylü bəyanatlardan o tərəfə keçmir. 2020 və 2023-cü illərdəki hərbi əməliyyatlar məhz Azərbaycan ərazisində aparılıb, Ermənistanın ərazi bütövlüyünə heç bir təhdid olmayıb, odur ki, KTMT-nin İrəvana necə kömək edə biləcəyi bəlli deyil.

“Ermənistan Rusiya üçün troya atı rolunu oynayır. Paşinyanın açıqlamaları Qərbin ümumi oyununun bir həlqəsi kimi qiymətləndirilməlidir. Niyə Fransa Ermənistandan bərk-bərk yapışıb, ona ciddi silahlar vəd edib?! ABŞ niyə bu ölkənin problemlərini müzakirə edir? Onların məqsədi Rusiyanı məhv etməkdir. Ukrayna böhranı hərbi sferaya keçib və bunda NATO və Ukrayna Silahlı Qüvvələri çox böyük hərbi potensiala malik Rusiya ilə rəqabət apara bilmir”, - ekspert vurğulayıb.

Belyakov hesab edir ki, Ermənistan Rusiyaya növbəti zərbəni endirmək üçün Qərb tərəfindən seçilib. Onun proqnozlarına görə, növbəti addım erməni millətçilərinin Rusiyanın hərbi bazasının ölkədən çıxarılmasını tələb etmələri ola bilər.

“Baza” Cənubi Qafqazda və Xəzər regionunda mühüm rol oynayır. Oradan qoşunları Əfqanıstan və Pakistandan olan dini ekstremistlərin aktiv oyun oynamağa çalışdığı Mərkəzi Asiyaya köçürmək olar”, - belaruslu ekspert vurğulayıb.

İrəvanın Moskvaya qarşı növbəti addımı Ermənistan ərazisinə başqa ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsi ola bilər. Bu, Rusiyanın cənubundakı vəziyyəti pozmaq üçün Qərb kəşfiyyat strukturlarının Cənubi Qafqaza daxil olmasına yol açacaq.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam