İLGİNC! GDU-nun rektorundan qardaşına şikayət olundu:kollektiv Sizin qardaşınıza qarşı inqilab ərəfəsindədir
Universitetin büdcəsi müxtəlif adlar altında Sizin qardaşınız və onun rüşvətxor dəstəsi tərəfindən talan olunur
GDU-dakı bu maliyyə yeyintilərini, korrupsiyanı Cavanşir Yusifov və Azər Bayramov ört-basdır edir
Yenixeber.org: Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti adından Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusifova ünvanlanmış müraciət daxil olub. firdovsi.memmedov.63@mail.ru elektron poçtdan aldığımız müraciətdə Cavanşir Yusifovun qardaşı Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun təhsilə və universitet rəhbərinə aidiyyatı olmayan əməllərindən bəhs olunur. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...
Aktuallığını nəzərə alb, müraciəti olduğu kimi dərc edirik:
Hörmətli Cavanşir müəllim. Bir az qəribə səslənsə də biz Sizə müraciət etmək qərarına gəldik. Çünki, Gəncə Dövlət Universitetində olan özbaşınalıqlarla bağlı Təhsil Naziri Emin Əmrullayevə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, Gəncə şəhər Prokuroru Azad Qarayevə dəfələrlə şikayət etsək də, Sizin hesabınıza heç bir tədbir görülmür. Əksinə qardaşınız Yusif Yusifov dəfələrlə bildirib ki, şəhər prokuroru rüşvətxor adamdır, hər dəfə çağıranda mənim 5000 manatımı alır. Cənab Prezidentə etdiyimiz şikayətlər isə Sizin "çete"nizin hesabına gedib ona çatmır.
Ona görə də, qardaşınızı hər vəchlə müdafiə etdiyiniz üçün biz -Gəncə Dövlət Universitetinin müəllimləri Sizə müraciət etmək qərarına gəldik. Ən azından müdafiə etdiyiniz şəxsi başa sala və düzgün yol göstərə bilərsiniz. Bir daha xatırladırıq ki, biz dəfələrlə kütləvi informasiya vasitələrində etirazımızı bildirmişik. Dəfələrlə müxtəlif orqanlara şikayət etmişik. Dəfələrlə özünə demişik. Respublikada ən aşağı maaş Gəncə Dövlət Universitetindədir. Buranın müəllimləri 350-400 manat arası maaş alırlar. Universitetin elmi dərəcəyə malik dosentlərinin maaşı 710 manat təşkil edir. Halbuki, digər universitetlərdə bu maaş dəfələrlə yüksəkdir.
Cavanşir müəllim, Siz maliyyə sistemində işləyirsiz. İndiki bahalıq şəraitində bu maaşla dolanmaq qeyri-mümkündür. Universitetin büdcəsi müxtəlif adlar altında Sizin qardaşınız və onun rüşvətxor dəstəsi tərəfindən talan olunur. Barı Siz onu başa salın. Ayıb deyilmi, bu adam müəllimlərin, eləcə də işçilərin maaşını niyə qaldırmır??? Laborant heyəti 270-300 manat maaş alır.
Hamı, bütün şəhər danışır ki, GDU-dakı bu maliyyə yeyintilərini, korrupsiyanı Cavanşir Yusifov və Azər Bayramov ört-basdır edir. Artıq kollektiv Sizin qardaşınıza qarşı inqilab ərəfəsindədir. Ayıbdır, tamahını bir az azaltsın, bütün kollektiv ona söyür.
Siz onun qardaşısız, başa salın, maaşları qaldırsın, nə vaxtadək universitetin pullarını saxladığı müəllim məşuqəsinə xərcləyəcək??? Hal-hazırda Avtozavodda həm özünə, həm də bu xanıma ev tikdirir.
Bu qədər universitetin pullarını talayır, ikimərtəbəli bir tədris binasının təmirinə 3 milyon manata kimi vəsait ayırıblar. Halbuki bu bina var, kosmetik təmir edib pulları da yeyirlər. Bunlar bəs etmir, indi də Gəncə Dövlət Universitetinin Bayraq meydanı yaxınlığında yerləşən 2-ci korpusunun həyətində qeyri-qanuni olaraq kafe tikilir. Bu kafe həm tədris korpusunun möhtəşəm görüntüsünə pis təsir göstərir, həm də auditoriyanın qarşısını tutur. Professor-müəllim heyətinin haqlı narazılığından sonra Gəncə Şəhər İcra Hakimiyyəti bu kafenin sökülməsinə göstəriş verdi. Lakin, gözdən pərdə asmaq üçün azaçıq bir hissəsi söküldü və söküntü dayandırıldı. İndi isə həmin kafeni yenidən tikmək istəyirlər.
Vaxtı ilə bu universitetin kafe tikilən ərazisinin Kontakt-Home mağazasına satıldığı üçün universitetin sabiq rektoru Yadiğar Əliyevi vəzifədən azad etmişdilər. İndiki rektor isə bir qədər də qabağa gedərək, həm həmin ərazinin bir hissəsini bu mağazaya satdı, indi isə həmin ərazinin bir hissəsində Tədris işləri üzrə prorektor, tədrisdən başqa hər şeylə məşğul olan Gəncədə "Kafelər kralı" ləqəbinə sahib Şahin Xurşudov kafe tikdirir. Qardaşı kimi Sizdən xahiş edirik, onu başa salın, düzgün yol göstərin, hərçənd ki, o bunları anlamır. Biz kollektiv adından imzalı şəkildə cənab Prezidentə teleqrama vurub, buradakı vəziyyəti, habelə Sizin, Mikayıl Cabbarovun, Azər Bayramovun onu himayə etdiyini açıq-aşkar bildirəcəyik.
Hələlik, Sizə müraciət edirik ki, onu başa salın. Əgər bu barədə onunla danışıb başa salmasaz, onda əlimizdə olan materialları, eləcə də Sizə yazdığımız məktubun surətini kütləvi informasiya vasitələrində paylaşacağıq.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.