Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Tokayev “SSRİ-nin bərpası” ideyasını necə “vurdu” –Astana öz şimalıyla riskə gedir?

Kimsə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən belə bir comərd hərəkəti gözləyirdimi? Yəqin ki, heç kəs gözləmirdi. Amma o, bunu etdi, Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən sammitində Aİİ-nin yalnız iqtisadi birlik ola biləcəyini açıq şəkildə dedi.

Yenixeber.org: Tokayev bunu birbaşa RF prezidenti Putinin yanında və onun üzünə qarşı dilə gətirdi. Əslində bu açıqlama ittifaqın digər üzvlərinə yox, elə birbaşa Rusiyaya və onu idarə edənlərə ünvanlamışdı.

Bu, o deməkdir ki, Ukraynanın hipotetik olaraq ram ediləcəyi, tamamilə işğal olunacağı təqdirdə Rusiyanın SSRİ-ni başqa adla şərqə, cənuba doğru bərpa etmək planı asanlıqla başa gəlməyəcək, ən birinci Qazaxıstanda müqavimətlə üzləşəcək.

Əslində Tokayev öz çıxışında Belarusdan başqa heç bir keçmiş postsovet ölkəsinin Aİİ-nin gələcəkdə siyasi ittifaqa çevrilməsinə razı olmayacağını açıq mətnlə bildirib. O, özpayına deyib ki, Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır.

60153412_0_0_1600_901_1920x0_80_0_0_7f066d12f05bc3e890df4da60999aee7.jpg (161 KB)

Tokayev ölkəsinə qayıtdıqdan sonra prezidentin mətbuat katibi Ruslan Jeldibay onun fikrini bir az da açıb, inkişaf etdirib və sosial şəbəkədə yazıb ki, bu gün Aİİ-nin iki üzvünün - Rusiya və Belarus daha yüksək və daha isti inteqrasiya səviyyəsi nümayiş etdirməsi unikal məsələdir. Mətbuat katibinin sözlərindən belə aydın olub ki, “bir millət-bir dövlət” olan ruslarla belarusların yaxınlaşması öz işləridir və eyni inteqrasiyaı başqa respublikalardan gözləməməlidirlər.

Gerçəkdən də Rusiyanın Ukraynanın başına gətirdiyi faciəvi hadisələrdən, qanlı hərbi aqressiyadan sonra onun yanında qalan yeganə postsovet ölkəsi Belarusdur. Artıq Ermənistan da öz əzəli himayədarı və müttəfiqi, necə deyərlər, dünya-axirət qardaşı Rusiyadan qopub. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova hələ 1997-ci ildə GUAM təşkilatı yaradaraq, yumşaq şəkildə olsa da, bu fikirdə olduqlarını bəyan etmişdilər. Sonradan bu təşkilata Özbəkistan da qatılmış, 1999-2005-ci illər arasında təşkilarda fəaliyyət göstərmişdi. Ancaq sonradan şəkkak İslam Kərimov nəyə görəsə ölkəsinin GUAM-ı tərk etməsini vacib saydı.

1655926332_1655827666_8af84f8719b483eaed3e4a7bd8c18390.jpg (141 KB)

Hazırda isə yeni prezidentin -  Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan gerçək müstəqilliyin və dünyaya inteqrasiyanın dadını bilmiş kimi görünür və o da hansısa siyasi ittifaqa üzv olmaq, ölkəsinin idarəçiliyini kiməsə vermək niyyətində deyil. Türkmənistan zatən müstəqillik qazandığı ilk vaxtlardan özünü neytral elan edib və ayrıca götürülmüş ölkədə ailə satraplığı yaradıb. Qırğızıstan və Tacikistan hələ də Kremllə ehtiyatlı davransa da, bu ölkələrin liderləri Moskvaya dəvətlərdən boyun qaçırmasalar da, SSRİ dövrünü xeyli dərəcədə unudublar və yenidən bənzər bir ittifaqa üzv olaraq öz talelərinin uzaq bir şəhərdəki hündür və ikilaylı qapıların arxasında həll olunmasını istəmirlər.

Tokayev öz qəti mövqeyi və açıq mətnli bəyanatı ilə həmin postsovet ölkələrinə “qorxmayın, bratı” mesajı verdi.

Əslində o, xeyli dərəcədə riskə gedib. Qazaxıstan 15 respublikanın içində ruslaşdırma (rusifikasiya) siyasətinə ən çox məruz qalmış üçüncü (Ukrayna və Belarusdan sonra) respublikadır. Belə baxanda öz ölkəmiz Azərbaycan da Moldova, Qırğızıstan və Özbəkistandan sonra həmin siyahıda idi. Baltikyanı ölkələr rusifikasiyanı, sırf özlərini mədəni Avropa ölkəsi saydıqları üçün yaxın qoymasalar da, Gürcüstan və Ermənistan cəmiyyəti millətçilik təmayülünün güclü olması səbəbindən ruslaşdırma siyasətindən yan ötmüş, milli simalarını qorumuşdular.

Adlarını çəkdiyim ölkələrdə yaşayan insanların soyadlarının sonluqlarına diqqət edək. Azərbaycan və Orta Asiya respublikalarının əhalisinin soyadlarının 95-99 faizi hələ də sovet dövründə olduğu kimi “ov”, “yev”dir - 31 illik müstəqilliyə baxmayaraq. Ermənistanda hamı lap köhnə vaxtlardan “yan” idi. Gürcüstanda da sovet dövründə əhalinin soyadlarının sonluğu tam milliydi – bir hissəsi “dze”, bir hissəsi “şvili”, bir azı “iya”, lap azı isə “ani” kimi.

İndi Qazaxıstanın getdiyi risk ondan ibarətdir ki, həm ölkədə böyük rus icmaları yaşayır (milyonlarla), həm də böyük “rusdillilər ordusu” var. Bu “ordu”nun xeyli hissəsi milliyyətcə qazaxdır və onların televizorlarının çanaq antenləri şimala tuşlanıb.

77777.png (111 KB)

Əgər Kreml Tokayevin mövqe və bəyanatından ciddi şəkildə narazı qalsa və bunu öz uzaqmənzilli planlarına təhlükə saysa, yaxın vaxtlarda Qazaxıstanın şimalında separatizm hərəkatının başlanmasına fitva verə bilər.

Bəlkə də başqa vaxt olsa, bunun belə olacağını daha inamla söyləmək olardı. Ancaq rus hərb maşınının tırtıllarının Ukraynada baqtaqlığa saplanması bəlli bir ölçüdə Qazaxıstanın qanının arasına girir.

Onu da unutmayaq ki, ötən ilin yanvarında Qazaxıstanın qərb rayonlarında ortalıq qarışmış, kütləvi iğtişaşlar başlanmış, bu, hətta Almatıya da sıçramışdı.

O zaman lokal üsyanların yatırılmasında Rusiyanın hərbi qüvvələri də iştirak etdilər və bu müdaxilə həm postsovet məkanında, həm də bütün dünyada Rusiyanın Qazaxıstana intervensiyası, hətta işğalı barədə qənaət yaratdı. Ancaq prezident Tokayev qısa müddətdən sonra KTMT qoşunlarının Qazaxıstan hüdudlarından çıxmasını təmin etdi və bütün şübhələrə son qoyuldu. O zamandan bəri o, müstəqil və cəsarətli siyasət yeridir.

Yazının birinci cümləsinə qayıdaraq, əlavə edək ki, Tokayevin Turan birliyinə. Türk Dövlətləri Təşkilatının yaradılmasına bunca açıq dəstək verəcəyini də heç kəs gözləmirdi. Amma o bunu etdi.(musavat)

Xalid Kazımlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam