Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sian sammitinin geosiyasi prizmada əksi: Çin Qərbi və Türkiyəni qabaqlamaq istəyir

Yenixeber.org: Ötən həftə tarixi İpək Yolunun başlandığı şəhərlərdən sayılan Sianda Çin-Mərkəzi Asiya (MA) ölkələrinin sammiti keçirildi. Altılı format Çin-Qırğızıstan-Özbəkistan şossesi, Çin-Tacikistan şossesi, Çin-Qazaxıstan neft kəməri və Çin-Mərkəzi Asiya qaz kəməri sayəsində sıx inteqrasiya həyata keçirdirlər. Sammitdə müstəqillik və suverenliyə qarşılıqlı yardım, Kəmər və Yol layihəsinin inkişafı, xarici güclər və rəngli inqilablara qarşı ümumi təhlükəsizlik məsələləri müzakirə edilmişdir.

              Qərb-> Mərkəzi Asiya <-Rusiya 

Hazırda MA ölkələri iki tərəfli güclü təzyiqlə qarşılaşır. Görünən odur ki, Aİ 11-ci paketlə əvvəlki sanksiyalarda mövcud boşluqların aradan qaldırılmasına hədəflənəcəkdir. Fevral-aprel aylarında Mərkəzi Asiyaya səfərləri zamanı Blinken və D.O’Sallivan region ölkələrini ikinci dərəcəli sanksiyalarla hədələmişdilər. Vəziyyət o yerdədir ki, Rusiya Xarici İşlər Nazirliyi bəzi MA ölkələrinin təzyiqlərə tab gətirməyərək, sanksiyalara dəstək ola biləcəklərini rəsmi səviyyədə bildirir. Özbəkistanın ən böyük sənaye şirkəti sayılan “Axanqaranssementom” isə ABŞ tərəfindən sanksiyaya məruz qalmışdır.

 

Bununla belə, MA ölkələrinə sanksiyaları dəstəkləmək, Rusiyaya onlardan yayınmaya kömək etmək qədər təhlükəlidir. Rusiyanın region ilə ticarət dövriyyəsi $42 mlrd., toplanmış investisiyalar $25 mlrd. və tək Özbəkistana pul köçürmələr $14,5 mlrd. həcmindədir. Qərbin bu həcmdə iqtisadi göstəriciləri kompensasiya etməyə resursu yoxdur. Baydenin sentyabrda region üçün ayırdığı $25 mln. + Blinkenin vəd etdiyi əlavə $25 mln. MA ölkələrinin Rusiyadan imtina edib, üzlərini Qərbə tərəf döndərmələri üçün kifayət etmir. Rusiya ilə əlaqələrin kəsilməsi iqtisadi itkilərlə yanaşı, siyasi təhlükələri də özündə daşıyır.

             Çin alternativi

Görünən odur ki, Çin qapalı ikitərəfli və çoxtərəfli görüşlərdə MA ölkələrinə Qərbin göstərişlərinə sözsüz əməl etməyin təhlükəli olduğunu izah edir. Pekin dərk edir ki, əgər MA ölkələri bugün Rusiya-Qərb dilemması qarşısında Qərbə üstünlük verirlərsə, sabah Çin-Qərb dilemması qarşısında da eyni seçimi edə bilərlər. 

 

Çin ikitərəfli təzyiqlə qarşılaşan MA ölkələrinə alternativ təklif irəli sürür. ABŞ-ın 50 mln.-lıq yardımına Çin $3,7 mlrd.-lıq ünvanlı yardım ilə cavab verir. Qərb ölkələrindən fərqli olaraq Çin, iqtisadi stimulların aşağı olması şəraitində MA ölkələrini sanksiya və ya rəngli inqilablarla hədələmir. Çinin MA ilə qarşılıqlı ticarəti $70 mlrd., toplanmış investisiyaların həcmi isə $15 mlrd.-dır. Qərb-Rusiya rəqabəti hər iki tərəfin imkanlarını məhdudlaşdırıb, Çinə regionda möhkəmlənmək üçün şərait yaradır. Buna Avropada qaz qiymətlərinin aşağı düşməsi də yardım edir. Niderlandın TFA habının iyun füçersinin €30,5 civarında hesablanması, Avropadakı qaz anbarlarının 64,3% dolması və havaların getdikcə istiləşməsi Avropanın MA-nın enerji resurslarına marağını azaldıb, axırıncıların Çin ilə sıx əlaqə qurmasına şərait yaradır.

           Nəticə

Pekin rəsmi görüş və sənədlərdə MA-nı “ÇXR ətrafında yeganə strateji tərəfdaşlıq zonası”, region ölkələrini isə “əbədi tərəfdaş” kimi indetifikasiya edir. Görünən odur ki, Sian sammiti MA ölkələri ilə əlaqələrin dərinləşdirilməsindən savayı, ölkələrin Qərbin siyasi-iqtisadi şantajına daha dayanıqlı olmasına və sanksiya məsələsində vahid yanaşmanın işlənməsinə hədəflənmişdir.

 

Pekin prosesləri perspektivdə nəzərdən keçirir: MA-nın gənc nəsli əvvəlki nəsildən daha millətçi olub, bir o qədər Rusiya ilə deyil, Türkiyə ilə yaxın əlaqələrə maraq göstərir. Çin hazırda MA-da mövqelərinin güclənməsinə dair hərtərəfli siyasət həyata keçirsə də, belə görünür ki, Pekin bunu ilk növbədə Rusiyanı MA-dan qovmaq üçün yox, Rusiyanın zəifləməsi ilə yaranan vakuumun Qərb və Türkiyə tərəfindən doldurulmasını qabaqlamaq üçün edir.

Cənubi Qafqaz Tədqiqatlar mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam