Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PUTİNİN NÜVƏ ŞANTAJI VƏ KÖHNƏ “T-54” TANKI... - Nədən Medvedev bir şey, Putinsə başqa şey deyir?

Qərblə qarşıdurmanı daha da şiddətləndirmək yolunu tutan Rusiya Prezidenti Vladimir Putin Belarus ərazisinə taktiki nüvə silahı yerləşdirməyi planlaşdırır. Sözsüz ki, Belarusda yerləşdiriləcək taktiki nüvə raketləri Rusiya hərbçilərinin nəzarətində olacaq. Putin bununla ABŞ və Avropaya eyham vurur ki, mən NATO sərhədlərinin yaxınlığına nüvə silahı gətirməklə nəinki Ukraynanı, həm də bir çox Qərb ölkələrini vura bilərəm.

Yenixeber.org: Maraqlıdır ki, Putin bununla yanaşı, əmin edir ki, atılan bu addım Strateji Hücum Silahlarının məhdudlaşdırılması müqaviləsinin pozulması deyil. Unutmayaq ki, Putin bir ay bundan öncə ümumiyyətlə, sözügedən müqavilədən çəkildikləri barədə bəyanat vermişdi. Beləliklə, Putin həmişəki “üslubunda” davranır - eyni anda həm təhdid edir, həm də “sülhpərvər” olduğunu nümayiş etdirir.

Artıq hamı görür ki, Ukraynadakı müharibə Kremlin arzuladığı ssenari üzrə getməyərək, daha mürəkkəb mərhələyə qədəm qoyub. Ona görə də Putin müxtəlif manevrlərlə yaranmış çətin vəziyyətdən çıxmağa çalışır. Onun hərbi yardımla əlaqədar Çinə bağladığı ümid özünü doğrultmadı. Ruslar yaxşı bilir ki, müharibə uzandıqca ehtiyatda olan silah və texnika yavaş-yavaş “əriyib” qurtaracaq.

Əgər hərbi sənaye cəbhənin tələbini yerinə yetirə bilmirsə, bu, tez və ya gec fəlakətə gətirəcək. İndi onlar itirilmiş texnikanın yerini doldurmaq üçün əllərindəki bütün resurs və imkanları səfərbər etməyə başlayıblar. Rusiya hakimiyyəti bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirlməsini bəyan edir.

Əgər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Rusiya Hərbi Sənaye Komissiyası sədrinin birinci müavini Dmitri Medvedevin mərkəzi televiziya kanallarına verdiyi müsahibəsindən ruslar üçün mövcud durumun acınacaqlı olması tam aydınlaşar. Dmitri Medvedev həmin müsahibədə deyib ki, bu il onlar 1500 tank istehsal edəcəklər. Bu adamın sözləri onun öz ölkəsindən və hərbi sənayedən heç bir anlayışının olmadığını açıq təzahür etdirir.


Mətbuatda gedən məlumata görə, D.Medvedev alkoqolizmdən müalicə alır. Nə qədər gizlətməyə çalışsalar da onun ekranda görünən halı deylənlərin doğruluğuna inamı artırır. Medvedevin qeyri-ciddi adam hesab edilməsinə baxmayaraq, Putin həmişə məhz onun vasitəsilə Qərbə hədə-qorxu gəlir.

İndi isə Medvedevin nə danışdığını bir kənara qoyub, rəqəmələrə müraciət edərək, real vəziyyətlə tanış olaq. Rusiya ordusunda zirehli texnika və əsasən də “T-72”, ”T-80” və müasir “T-90” tankları tükənmək üzrədir. Əksər ekspertlərin məlumatına görə, müharibə başlamamışdan öncə Rusiyada ən köhnə tankları da hesaba qatsaq, təxminən 20 minə yaxın tank olub. Bunlardan 3000 ədədi daha yaxşı döyüş qabiliyyətli tanklardır. Təbii ki, bu statistikanın tam doğruluğunu söyləmək çətindir, amma görünən odur ki, Rusiya ordusu bir il ərzində gözləmədiyi sayda ağır itklərlə qarşılaşıb.


Ukraynanın verdiyi məlumata görə, Rusiya ordusu bu müharibədə 3500 tank itirib. Bunun da nə dərəcədə həqiqət olmasını deyə bilmərik. Lakin Avropa hərbi ekspertlərinin hesablamalarına görə, Rusiya ordusunun müasir tanklarının əksər hissəsi artıq sıradan çıxıb. Əslində, istər Rusiya Prezidenti və istərsə də ordu komandanlığı belə uzunmüddətli müharibəyə hazır olmayıblar və ona görə də bu sayda tank itirəcəklərini ağıllarına da gətirməyiblər.

Mütəxəssislərin fikrinə görə, Rusiya Hərbi Sənaye Kompleksi il ərzində maksimum 40 ədəd “T-90” tankı istehsal edə bilər. Ancaq Rusiyaya təcili surətdə döyüş meydanına cəlb etmək üçün mindən artıq tank lazımdır.

Belə görünür ki, Dmitri Medvedev ya Rusiya hərbi sənayesinin gerçək imkanlarından məlumatsızdır, ya da Ukraynanı, Qərbi və eyni zamanda da rusiyalıları aldatmağa çalışır. Məsələn, bir ildə 1500 tank buraxılacağını iddia edən Medvedevdən fərqli olaraq, Putin deyib ki, Rusiya yaxın üç ildə 1600 tankın istehsalını və modernləşdirilməsini planlaşdırır. Ancaq nə qədər məhz yeni tank istehsal olunacağı konkret bilinmir.


Bəs, görəsən onlar nəyi modernləşdirməyə hazırlaşırlar? Təbii ki, söhbət köhnə tankların modernləşdirilməsindən gedir. İndi ruslar nəinki “T-62” tanklarını, hətta “qədim” “T-54” və “T-55” tanklarını da işə salmağı düşünürlər. Bu tankları Sovet İttifaqı İkninci Dünya Müharibəsindən sonra istehsal edib. ”T-55” tankı 1958-ci ildən 1979-cu ilə kimi istehsal edilib, ”T-54” tankları isə daha da köhnədir.

Rusiya ordusunun daha bir axsayan yeri mərmi qıtlığıdır. Rusiya hərbi sənayesi bir gündə maksimum 4000 mərmi istehsal etmək gücündədir. Bu, olduqca azdır, çünki gün ərzində Rusiya ordusu 20 min mərmi sərf edir. Ruslar keçən ilin yayında Severedonetsk və Lisiçansk şəhərləri uğurunda gedən döyüşlərdə hətta gündəlik 60 min mərmi atırdılar.

Vladimir Putin bir neçə ay bundan öncə güclü hərbi aviasiyaya malik olmaqları ilə qürrələnirdi. Ukrayna ilə müqayisədə Rusiya hərbi təyyarələrdə üstün mövqedə dayanır. Ancaq ruslar “Su-35” və “Miq-31” təyyarələrilə yalnız uzaq məsafədən, yəni öz ərazilərindən hücum edirlər. ”Su-35” təyyarələri ağıllı bomba adlandırılan ağır bombalar tullayırlar. Həmin bombalar buraxıldıqdan sonra özü hədəfə doğru yönəlir.


Rusların bu tip bombaları çox da uzaq məsafə qət etmədiyindən, onların təyyarələri Hava Hücumundan Müdafiə sistemlərinə yaxalanmamaq üçün sərhəddə yaxınlaşıb bombanı tullayıb uzaqlaşırlar. ”Miq -31” təyyarələri isə daha uzaq məsafədən raket buraxırlar. Rusiya təyyarələri bəzi cəbhəboyu xətlərdən başqa, Ukrayna ərazisinə girməkdən qorxurlar. Ümumiyyətlə, Rusiya aviasiyası Çeçenistanda və Suriyada olduğu kimi havada istədiyi üstünlüyü əldə edə bilməyib. Müharibənin ilk günlərində Suriya ssenarisinin Ukraynada da tətbiq ediləcəyini düşünürdülər, lakin çoxsaylı təyyarələri vurulduqdan sonra bundan vaz keçdilər. Rusiya Ukraynada indiyədək 300 təyyarə və təxminən bir o qədər də vertolyot itirib.

Rus ordusu döyüş meydanında istənilən nəticəni göstərə bilmədiyi üçün və həmçinin də Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi qərarına cavab kimi, Putin yenidən ən sevimli şantaj metoduna əl atıb. O, nüvə dəyənəyinin yellədilməsi metodundan artıq neçənci dəfədir ki, istifadə edir. Digər tərəfdən, Putinin vahiməyə düşməsinin səbəblərindən biri də hücum əməliyyatına hazırlaşan Ukraynaya veriləcək Qərb silahlarıdır.

Vaqif Nəsibov (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam