Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ruslar Türkiyəyə nifrət püskürürlər – Fəlakət və “bayram sevinci”

          “Türkə ölüm! Bu gün xoşbəxt gündür. Şampan məndəndir, dostlar”

Yenixeber.org: 6 fevral 2023-cü ildə Türkiyə insan itkisi və dağıntı baxımından ən güclü zəlzələ ilə sarsıldı. Fəlakət qonşu Suriyadan da yan keçmədi. Bu günə qədər Türkiyədə ölənlərin sayı 35 mini keçib və bu rəqəm günü-gündən artır. Türkiyə şəhərlərində binalar oyun kartı kimi qatlanıb, asfalt yollarda dərin çatlar əmələ gəlib.

Prezident Rəcəb Tayyib Ərdoğanın əsrin faciəsi kimi xarakterizə etdiyi Türkiyədəki dağıntılar bütün dünyanı şoka salarkən, dağıntılar altında qalan insanları xilas etmək üçün onlarla ölkə xilasetmə qrupları və həkimlər göndərib.

Dünyadaki sadə insanlar da həmrəylik və rəğbət nümayiş etdirdilər. Dünyanın bir çox ölkəsində insanlar Türkiyə səfirliyinə gül və neft lampaları gətirirdilər. Gül səbətləri, uşaq oyuncaqları, tərkibində dəstək sözləri olan qeydlər demək olar ki, bütün dünyada Türkiyənin diplomatik nümayəndəliklərində sərgilənirdi. Mərkəzi Asiyadan, Azərbaycandan, Pakistandan, Əfqanıstandan, Avropadan - demək olar ki, dünyanın hər yerindən minlərlə insan humanitar çağırışa cavab verərək zəlzələ qurbanları üçün isti paltarlar toplamağa başlayıb.

Amma dost sadəcə qara gündə tanınmaz. Sosial şəbəkələrdə ruslar günahsız zəlzələ qurbanlarının ölümünə sevinirlər. Türkiyəyə qarşı bu nifrətin əsas səbəbi rus işqalçılarla savaşan Ukraynaya Ankaranın hərbi yardımdır. Həmçinin rus “Telegram” kanallarında 2015-ci ildə Türkiyə tərəfindən vurulan və Türkiyənin hava məkanını pozan Rusiya döyüş təyyarəsini xatırladıblar.

Sosial mediada istifadəçilərin özləri haqqinda məlumatları, telefon nömrələrini gizli saxlamaq imkanları olduğu üçün, nifrət dolu yazılar heç bir sərhəd tanımadı. Məsələn:

“Türkə ölüm! Bu gün xoşbəxt gündür. Şampan məndəndir, dostlar”, - deyə V.Dobro adlı istifadəçi yazıb.

Adı açıqlanmayan başqa bir istifadəçi “Türk donuzlarına ölüm” yazıb.

Babayan ləqəbli istifadəçi isə “Türklər azərilər kimidir” deyərək sevinir.

Başqa bir “Telegram” kanalında ruslar zəlzələni Türkiyənin Ukraynaya “Bayraktar” verməsinə görə “intiqam” adlandırıblar.

Digər paylaşım və rəylər:

"Və yalnız türklər öldü? Ümid edirəm ki, ruslar zərər görmədi".

"Artıq 130 min insan öldü. Ağla".

“Türklərə yazığım gəlmir”.

"Dinc ruhları" (ruhlar - Asiya və Şərq xalqlarının nümayəndələrinin alçaldıcı adı).

"Bu, sizin üçün Donbass intiqamıdır, heyvanlar".

“Rusiyanın Türkiyəyə verdiyi İlahi cəza”…

Bu cür şərhləri Rusiya hakimiyyəti tərəfindən qadağan edilmiş və ekstremist adlandırılan “Facebook”da yazmaq çətindir, onlar moderator tərəfindən silinərdi, böyük bir ehtimalla. Lakin “Telegram”da hər şey mümkümdür - qapalı narkotik satış qruplarından, pornoqrafik kontentdən və on minlərlə nəzarətsiz şərhlərə qədər.

(Şərhlərə bu LİNKdən baxmaq olar)

“Rus kimyaçısı” ləqəbli istifadəçi yazır ki, sırf siyasi səbəblərdən türklərə yazığı gəlmir: “Bu ölkə həmişə Rusiyanın düşməni olub və olacaq”.

Rus “Telegram” kanalında yazılan paylaşımlara qəzəbləndiyini bildirən ukraynalı peşəkar tennisçi Aleksandr Dolqopolov bu insanları qınadı.

Təəcüblü deyil ki, Ukraynanın dinc şəhərlərinə raket hücumlarını alqışlayan və daha çox ukraynalının öldürülməsinə çağıran Rusiya cəmiyyəti zəlzələ nəticəsində ölənlərə sevinib. Təbliğatdan sərxoş olan rusların koordinat sistemlərində dünya böyük bir düşmən meydanı kimi görünərkən, onların sevinməsinə görə, Türkiyədəki təbii fəlakət məhz bu səbəbdən baş verib.

Naməlum bir şairin “Başqasının dərdinə sevinmə və uğuruna paxıllıq etmə, özünə nifrət səpmə – ruhunla varlanmayacaqsan” kimi misraları rusların indiki xarakterini dəqiq ifadə edir.(AYNA)

Asif Əliyev,

Ukraynanın QIRIM.News xəbər agentliyin redaktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam