Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Birinci Prezidentin xeyir-duasıyla gələn ikinci Prezident – Öncəkinin aqibəti necə olacaq?

                Qazaxıstanın hazırkı siyasi reallıqlarında eks-prezident təqiblərlə üzləşə bilərmi?

Yenixeber.org: Bugünlərdə məlum olduğu kimi, Qazaxıstan Konstitusiya Məhkəməsi Respublikanın birinci Prezidenti haqqında qanunu qüvvədən salıb. Bu konstitusiya qanunu Nursultan Nazarbayevi xalqın (Elbaşının) lideri elan etmiş və ona ömürlük imtiyazlar və görünməmiş təminatlar vermişdi. Məsələn, Qanun Elbaşının məhdudiyyətsiz olaraq ölkədə əsas vəzifəyə seçilməsinə icazə verib, həmçinin, Nazarbayevə və onun ailə üzvlərinə əmlak toxunulmazlığı verib.

Bəzi ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin qərarından sonra Nazarbayev 2022-ci ilin “Qanlı Yanvar” hadisələrinə görə cavabdeh ola bilər. Bir il əvvəl kütləvi etirazlar Qazaxıstanı bürümüşdü. Onların vəhşicəsinə yatırılması yüzlərlə insanın ölümü ilə nəticələndi.

Maraqlıdır, Qazaxıstanın bugünkü siyasi reallıqlarında eks-prezidenti belə təqiblərlə hədələmək mümkündürmü? Və bir il əvvəl ölkədə baş verənlərin arxasında məhz Nazarbayevin dayandığına inanmağa ciddi əsas varmı? O zaman bu iğtişaşlar onun niyinə lazım idi?

Suallarımızı Qazaxıstanın tanınmış ekspertləri cavablandırıblar.

Politoloq, alim Jaksılık Sabitov:

“Qazaxıstanın bugünkü reallıqlarında eks-prezidentin təqib olunma ehtimalı daha çox ölkədə siyasi vəziyyətin necə inkişaf edəcəyindən asılıdır. Prinsipcə, mənim başa düşdüyüm kimi, müəyyən status-kvo saxlanılarsa, o zaman eks-prezidentə hər hansı təqiblərdən qaçmaq imkanı veriləcək. Amma bununla bərabər, onun bütün ətrafı, ona yaxın olan bütün oliqarxlar, qanunu pozan o qohumlar əziyyət çəkəcək.

Yalnız ekstremal vəziyyət yarandıqda, siyasi proseslər belə gərgin şəkildə inkişaf edərsə, Nazarbayevin özünə qarşı hansısa addımlar atmaq olar. Çünki prinsipcə, onun pozduğu çoxlu sayda norma və qaydalar var.

Hələ iki variant var: Bir tərəfdən, mövcud status-kvonu və siyasi prosesin indiki inkişaf tempini saxlamaqla, çox güman ki, Nazarbayev təqiblərdən qaçacaq, ancaq ailəsi, qohumları, onu əhatə edən elita və ona sadiq adamlar məsuliyyətə cəlb edilə bilər. Digər tərəfdən, mənə elə gəlir ki, o qədər də mümkün görünməyən ekstremal hallarda onun özü də qanunla məsuliyyətə cəlb olunacaq.

Keçən ilin yanvar hadisələrinin araşdırılmasına gəlincə, təəssüf ki, onlar əsasən məxfiləşdirilib və çevriliş cəhdində kimin əli olub, ümumiyyətlə, belə bir cəhd olubmu, onun arxasında kim dayanıb - bütün bunlara yalnız tarixçilər araşdıranda cavab tapmaq olar. Aydındır ki, bu, mürəkkəb, çoxqatlı proses idi, lakin bütün təfərrüat yalnız bu barədə bütün sənədlər ictimailəşəndən sonra məlum ola bilər”.

Politoloq Aydar Amrebayev:

“İndiki şəraitdə Qazaxıstanın birinci Prezidentinin siyasi səbəblərə görə təqib olunmaq təhlükəsi yoxdur. Qazaxıstan hələ də Nursultan Nazarbayevin yaratdığı siyasi strukturda yaşayır. Onun himayədarları və tərəfdaşları hökumətdə əsas vəzifələrdədirlər. Əhalinin siyasi mədəniyyətində və özünüdərkində dəyişikliklər demək olar ki, nəzərə çarpmır.

Oliqarxiya “bir az qorxu ilə” xilas oldu. Keçmiş sistemin “siyasi sinfi” iş və dəyərlər prinsiplərində ciddi dəyişikliklərə və kardinal transformasiyaya məruz qalmadan yeni ideoloji təlimatları təqlid edir...

Hazırkı Prezident indiyə qədər yalnız “Yeni Ədalətli Qazaxıstan” qurmaq niyyətini ifadə edib və bu niyyətlə qazaxıstanlıların əksəriyyəti razıdır. Bu yolda ilk, “ürkək addımlar” atıldı. Konstitusiya dəyişiklikləri və “Birinci Prezident haqqında” qanunun ləğvi sistemin təkamülü üçün hüquqi təminatdır. Amma islahatların dönməzliyinin normativ-hüquqi təminatlarından əlavə, prinsiplərə sadiqlik, barışmazlıq, dəyişikliklər üçün rəhbərliyin qətiyyəti və siyasi iradəsi lazımdır.

Hesab edirəm ki, bu baxımdan yeni və köhnə arasında kifayət qədər çətin mübarizə gedir, keçmiş elita ilə kompromislərə gedilir. Bu baxımdan, birinci Prezidentin indiki məqamda hüquqi və ya siyasi məsuliyyət daşıyacağını o qədər də real hesab edirəm.

Nazarbayevin yanvar hadisələrində iştirakı ilə bağlı ekspert və media sahəsində müxtəlif konspirasiya nəzəriyyələri qurulur, lakin beynəlxalq araşdırmalar da daxil olmaqla, etibarlı və obyektiv araşdırmalara ehtiyac var. Və bu, bildiyiniz kimi deyil. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipinə görə, eks-prezident məsuliyyətə cəlb oluna bilməz. Yanvar hadisələri araşdırılır, Nazarbayevə yaxın olan bir sıra adamlar bu hadisələrlə bağlı dindrilib... Onlar başa çatdırılmayana və hökm çıxarılmayana qədər dəqiq nəticə çıxarmaq mümkün deyil.

Yanvar hadisələrinin özü ilkin mərhələdə əhalinin mövcud vəziyyətdən, o cümlədən “Nazarbayev dövrü”ndən narazılığının təzahürü oldu. Bunun sübutu “Şal, get” şüarı ilə xalqın etirazını bildirdi... Lakin sonradan bu etirazdan dağıdıcı qüvvələr müxtəlif daxili və siyasi maraqlar naminə xarici "oyunçular" ölkədəki sabitliyi pozmaq üçün istifadə etdilər. Nazarbayevin bunda maraqlı olub-olmadığını demək çətindir. Axı Kasım-Jomart Tokayev Qazaxıstanda hakimiyyətə birinci Prezidentin dəstəyi və birbaşa himayəsi ilə gəlib.

Yanvar hadisələri zamanı kütlənin etiraz davranışına, bunda müəyyən latent qüvvələrin iştirakına nəzarət etmək üçün hibrid siyasi texnologiyalardan istifadə olunurdu... Ona görə də baş verənlərə obyektiv siyasi qiymət vermək kifayət qədər çətindir. Hazırda Yanvar hadisələrinə münasibət birmənalı deyil və müxtəlif siyasi qüvvələr tərəfindən öz maraqları naminə istifadə edilir... Görünür, yanvar hadisələri, müştəriləri (əgər varsa!), məqsəd və niyyətlərlə bağlı həqiqətlər hələ də obyektiv tədqiqini gözləyir”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam