Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Laçın dəhlizində vəziyyət necə başa çatacaq? -vəziyyətin inkişaf ssenariləri

Artıq dördüncü gündür ki, Şuşa yaxınlığında Laçın dəhlizi Azərbaycan vətəndaş cəmiyyətinin fəalları tərəfindən bağlanır.

Yenixeber.org: Onlarla fəal bir neçə saatda bir bir-birini əvəz edərək yolu tutmağa davam edir. Dünən aksiya iştirakçıları Rusiya sülhməramlılarının humanitar yük daşıyan üç maşınını buraxıblar.

Ötən gecə yolda böyük ekran yerləşdirilib, aksiya iştirakçıları və Rusiya sülhməramlıları bu ekranda Fransa-Mərakeş futbol maçının yarımfilan mərhələsini izləyiblər. Sülhməramlılarla hər hansı toqquşma və ya münaqişə qeydə alınmayıb.

Qarabağ separatçılarının sülhməramlıların yolu açmasına dair tələbi eşidilmir.

Separatçıların yeni lideri Ruben Vardanyanın Moskvaya isterik müraciətlərinə cavab olaraq XİN nümayəndəsi Mariya Zaxarova Moskvanın "narahat olduğu", "gərginliyin aradan qaldırılması üzərində fəal şəkildə işlədiyi" və "nəqliyyat əlaqəsinin bərpa ediləcəyinə ümid etdiyi" haqqında təmkinli açıqlama verib. 

Separatçıların yeni lideri Ruben Vardanyanın Rusiya rəhbərliyinə müraciətlərinə də Moskva tərəfindən məhəl qoyulmur.

Rəsmi Bakı Qarabağda yataqların qanunsuz işlənməsinə son qoyulana qədər yolun açılmayacağını bildirir.

Bundan başqa, regionun qaz təchizatı da bərpa edilməyib, bu da separatçılar üçün bir siqnaldır.

Qeyri-rəsmi mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, vəziyyətin bir neçə inkişaf ssenarisi ola bilər: 1) Laçın dəhlizində Azərbaycanın güc qurumlarının nəzarət-buraxılış məntəqəsi quraşdırılacaq, 2) Yataqların qanunsuz işlənməsinə son qoyulacaq və Bakı nümayəndələri oraya buraxılacaq, 3) Ermənistan tərəfin silahlı münaqişə yaratmaq cəhdləri bu ilin martında Fərrux yüksəkliyi ətrafında olduğu kimi, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi üzrə hərbi əməliyyata gətirib çıxaracaq.

Sülhməramlıların sakit davranışı və Moskvanın ciddi reaksiyasının olmaması bu ssenarilərin istənilən birinin və hətta hamısının tamamilə real olduğunu göstərir.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam