Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Son 73 ilin ƏN BÖYÜK ŞOKU -Təhlükə dolu aylar yaxınlaşır, böhran dərinləşir

Təbii qaz alışında böyük ölçüdə Rusiyadan asılı olan Almaniya sərt qışa hazırlaşır. Almaniyadakı son vəziyyəti təhlil edən Britaniya mediası diqqətçəkən təhlil dərc edib. Təhlildə Almaniyanın təbii qaz planı açıqlanıb...

Yenixeber.org: Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir. Kreml Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağı ilə bağlı açıqlamanı təkrarlayıb.

“The Telegraph” qəzetində Almaniyanın iqtisadi durumu ilə bağlı təhlil dərc olunub.

Təhlildə qeyd olunub ki, Ukrayna müharibəsi və Rusiyanın təbii qazı kəsməsi səbəbindən Avropa son dövrün ən sərt qışına hazırlaşır.

Qəzeti enerji böhranından ən çox zərər görən ölkələrdən biri olan Almaniyaya diqqət çəkib. Məqalədə Almaniya sənayesinin 1949-cu ildən bəri ən böyük şoku yaşadığı, qiymət artımlarının son 73 ildə ən yüksək həddə olduğu vurğulanıb.

Həmçinin təbii qaz paylaması qiymətlərinin ildə 209 faiz artdığı bildirilir.

Məqalənin müəllifi Tim Uallans bu vəziyyətin birbaşa olaraq Rusiyanın qaz kəsilməsi ilə əlaqəli olduğunu ifadə edib:

“Artan inflyasiya artıq tənəzzülə sürüklənən Almaniya iqtisadiyyatı üçün böyük təhlükədir”.

                       ALMANİYA ALTERNATİV AXTARIŞINDA

"Bloomberg" isə Almaniyanın Rusiya qazına alternativ axtardığını yazıb.

Xəbərdə kansler Olaf Şoltsun şənbə günündən etibarən Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gedəcəyi bildirilib: "Kansler, yəqin ki, bu həftə sonu çatdırılma müqavilələri imzalayacaq".

Artan enerji qiymətlərinə diqqət çəkən Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə bu vəziyyətin yoxsul insanların, xüsusilə ailələrin evlərini itirməsinə səbəb ola biləcəyini bildirib.

                ALMANİYADAN U-DÖNÜŞÜ

Bu yaxınlarda iqtisadiyyat naziri Robert Habeck 2011-ci ildə o vaxtkı kansler Angela Merkelin elan etdiyi sıfır nüvə siyasətinin dayandırılmasını nəzərdə tutan bəyanatla çıxış edib.

"Ölkədə açıq olan üç atom elektrik stansiyasından ikisi hər ehtimala qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fəaliyyət göstərəcək" - Hökumətin anti-nüvə tərəfdaşı olan Habeck söyləyib.

Qeyd edək ki, 2011-ci ildə Yaponiyada baş vermiş Fukusima nüvə fəlakətindən sonra Angela Merkel atom enerjisindən tamamilə imtina etmək qərarına gəlmiş və ölkədəki 6 elektrik stansiyasından 3-nün bağlanmasına qərar vermişdi.

          Almaniyanın qərarı xarici mətbuatda “U dönüşü” kimi şərh edilib.

Xatırladaq ki, Rusiyanın dövlət enerji şirkəti "Qazprom" aprel ayında tədarük etdiyi qaza görə rublla ödəniş etməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlamışdı. “GasTerra” isə açıqlama verərək, “Qazprom”un Rusiya təbii qazı üçün rublla ödəmə tələbini yerinə yetirməyəcəyini bildirmişdi.

Şirkət bundan əvvəl rublla ödəniş etməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

                      PUTİNİN SİYAHISINDA HANSI ÖLKƏLƏR VAR?

Ötən ay Putinin imzaladığı fərmanla "dost olmayan ölkələr"in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam