Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müharibə uzansa, Putini nə gözləyir?-Rusiya valyutasını ucuzlaşmağa qoymayan amil aradan qalxacaq...

Yenixeber.org: Rusiya milli valyutasının rəsmi məzənnəsi 1 dollar üçün 66.25 rubladək bahalaşıb. Xatırladaq ki, Rusiya-Ukrayna savaşı başlanan gün dollar almaq üçün 80 rubl təklif olunurdusa, ötən müddətdə volatillik nümayiş etdirən rublun rəsmi məzənnəsi 18 faiz güclənib. 

Rusiya prezidenti Vladimir Putin hökumətin iqtisadi problemlərə həsr olunmuş iclasında deyib ki, Qərbin Rusiyaya qarşı sanksiyalarının müəllifləri uzaqgörən olmayan, şişirdilmiş siyasi ambisiyaları rəhbər tuturlar və bununla da Avropa və ABŞ-ın iqtisadiyyatlarına və xalqlarına zərbə vururlar. “Bu sanksiyalar bir çox cəhətdən qlobal böhrana səbəb olur. Onların müəllifləri uzaqgörən, şişirdilmiş siyasi ambisiyaları, rusofobiyanı rəhbər tutaraq, daha çox öz milli maraqlarına, öz iqtisadiyyatlarına, vətəndaşlarının rifahına zərbə vururlar. Biz bunu ilk növbədə Avropada inflyasiyanın kəskin artmasında görürük”, – deyə Putin vurğulayıb.

Kreml rəhbəri əlavə edib ki, bəzi ölkələrdə bu, illik 20%-ə yaxınlaşıb, bütövlükdə avrozonada isə əmtəə qiymətləri 11%-dən çox artıb.

Rusiya dövlət başçısı həmçinin ölkədə inflyasiyanın sürətinin azaldığını və Mərkəzi Bankın hədəf göstəricilərinə yaxınlaşdığını da diqqətə çatdırıb:

“İnflyasiya tədricən azalır, son bir ayda onun tempi mart ayı ilə müqayisədə dəfələrlə azalıb. Qiymətlərin həftəlik artımı artıq 0,1 faizə düşüb ki, bu da artıq Rusiya Bankının inflyasiya hədəfinə uyğun olaraq həftəlik artım tempinə yaxındır”

Onun sözlərinə görə, bu il rublun məzənnəsi dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı göstərir.

“Rublun məzənnəsi də möhkəmlənir. Bu il, yəqin ki, dünyanın bütün valyutaları arasında ən yaxşı dinamikanı nümayiş etdirir”, – deyə Putin Rusiyanın Qərbin sanksiya siyasətinin öhdəsindən necə gəldiyindən danışarkən bildirib.

Rusiya milli valyutasının məzənnəsinə təsir edə amillər nə ilə bağlıdır və gələcəkdə kurs necə dəyişə bilər? 

İqtisadçı, deputat Vüqar Bayramov suallara cavab olaraq bildirib ki, hazırda rublun rəsmi məzənnəsi daha çox inzibati sterilizasiya metodları ilə müəyyənləşsə də bazardakı tələb və təklif də təsirsiz deyil.

“Rusiyanın milli valyutası Qərbin ilk sanksiyalarına ciddi reaksiya verərək, rəsmi valyutadəyişmə məntəqələrində 135 məzənnəsinədək ucuzlaşmışdı. Amma sonradan Rusiya Mərkəzi Bankı rublun mövqelərini bərpa edə bildi”, – o, xatırladır. 

İqtisadçı rublun məzənnəsinin möhkəmlənməsini bir neçə səbəblə izah edir: 

“Birincisi, sanksiyalar nəticəsində Rusiyanın idxalının kəskin azalması dollara tələbi minimumlaşdırıb. Yalnız ötən ay Rusiyada avtomobil alışı 78.5 faiz azalıb. Bu o deməkdir ki, xaricdən mal gətirilməsində ciddi azalma olduğundan iş adamlarının dollara tələbi kəskin aşağı düşüb. Rusiya dollara tələbi əsas sahibkarlar yaradırdı;

İkincisi, Rusiya vətəndaşlarının xarici səfərlərinin sayı da kəskin azalıb və bu da dollara tələbini aşağı salıb. Hər il 7 milyondan çox Rusiya vətəndaşı sadəcə Avropaya gedirdi və artıq bu səfərlər, demək olar, yoxdur. Bu isə xarici valyutaya tələbi azaldır;

Üçüncüsü, Rusiyada ölkədən valyuta çıxarışı 10 min dollaradək məhdudlaşdırılıb. Bu isə xaricə valyuta axınına imkan vermədiyi üçün bazardakı tarazlığa təsir edir;

Dördüncüsü, Rusiyadakı rəsmi məzənnə daha çox alış kursu təsiri bağışlayır. Xüsusən böyük məbləğdə xarici valyuta satışlarının payı kəskin azalıb;

Nəhayət, sanksiyalara baxmayaraq, Avropa İttifaqı müharibənin yalnız ilk 2 ayında sadəcə yanacaq məhsullarına görə Rusiyaya 46.3 milyard dollar ödəyib. Rusiyanın enerji məhsullarının idxalına embarqo tətbiq olunmadığı üçün şimal qonşumuz Qərb ölkələrindən valyuta almaqda davam edir”.

Bundan sonra rublun məzənnəsi necə dəyişəcək?

V.Bayramov deyir ki, qeyd edilən faktorlar mövcud məzənnəyə təsir göstərsə də Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir. “Bir tərəfdən, biznes yeni bazarlar, Rusiyalı turistlər isə yeni ölkələr axtarır. Deməli, yenidən idxalın artması və turist səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək”, – deputat vurğulayıb. 

İqtisadçı hesab edir ki, savaş davam edərsə, Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək: 

“Bu baxımdan, məhdudlaşdırıcı alətlərə baxmayaraq yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil və aydındır ki, rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər. Bu halda, Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq, valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam