Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rubl sürətlə dəyərdən düşür -"Rusiya rublunun taleyi Vaşinqtonun qərarlarından asılıdr"

Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib.

Yenixeber.org: İqtisadçı, deputat Vüqar Bayramov bildiri ki, hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. Onun sözlərinə görə, Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək.

"Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollar ilə həll edərsə o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək", - o qeyd edib.

Deputat vurğulayıb ki, Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. 

İqtisadçə əlavə edib ki, neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür: "Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda bu əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək. Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam