Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bunun nəticələrini rus xalqı ödəyəcək" - Fransa Rusiyanı təhdid etdi

"Bunun nəticələrini rus xalqı ödəyəcək" -    Fransa Rusiyanı təhdid etdi

"Fransa Vladimir Putin Ukrayna ilə bağlı niyyətlərini həyata keçirməyi dayandırana qədər Rusiyaya qarşı “total iqtisadi və maliyyə müharibəsi” aparmaqda qərarlıdır". 
Yenixeber.org: Bunu Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.
Fransanın BFM Business xəbər agentliyinin yaydığı məlumata görə nazir Rusiyanı daha ağır iqtisadi sanksiyalarla üzləşəcəyini da istisna etməyib.
- Biz Rusiyaya qarşı tam iqtisadi və maliyyə müharibəsi aparmağa hazırlaşırıq... Bunun nəticələrini rus xalqı ödəyəcək, - Agentlik Fransanın iqtisadiyyat nazirindən sitat gətirib.

Onun sözlərinə görə, ehtiyac yaranacağı təqdirdə iqtisadi sanksiyaların yeni mərhələsi hazırlanacaq.
- Biz artıq bunun nəticələrini görürük. Putinin "döyüş sandığı" demək olar ki, dağıdılıb. Biz Rusiya iqtisadiyyatını çöküşə doğru aparacağıq, - nazir bildirib.
Xatırladaq ki, fevralın 28-də Rusiya rublunun məzənnəsi tarixi minimuma çatıb - 1 dollar 100 rubl həddini keçib.
Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasından sonra rubl sürətlə ucuzlaşmağa başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam