Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Müharibə kinosu –Xruşovun inadı, Brejnevin israrı, "Hitler"in qonorarı, Jukovun yardımı, Qreçkonun iradı...

Bir çox tanınmış rejissorların və ssenaristlərin qənaətinə görə, kino yaradıcılığında müharibə ən ağır mövzulardan biri sayılır. Ən azı ona görə ki, belə filmləri ərsəyə gətirənlərdən yüksək yaradıcılıq və peşəkarlıqla yanaşı, həm də müharibənin mahiyyətini tam dərk etmək, müharibə fonunda gedən siyasi prosesləri dərindən bilmək də tələb olunur. Bunlarla yanaşı, döyüş səhnələrini tamaşaçını inandıracaq qədər yaratmağın da öz çətinlikləri ortaya çıxır. Bütün bu müşküllərə baxmayaraq, müharibə yaşamış və qələbə qazanmış ölkələr üçün öz hərbi və siyasi uğurlarını lentə almaq, onu dünya ictimaiyyətinə təqdim etmək dövlət əhəmiyyətli məsələ sayılır.

Yenixeber.org: Sovet-alman müharibəsindən sonra da SSRİ-də müharibə mövzusunda filmlərin çəkilməsi mütəmadi olaraq Mərkəzi Komitədə müzakirə olunub, tanınmış rejissorlar öz fəaliyyət istiqamətini məhz bu sahəyə yönəldiblər.

4738add899799860cf3a066d5b3d8c61.jpg (115 KB)

Düzdür, müharibədən sonrakı ilk illərdə kino sənayesində uğurlu nəticələr əldə etmək mümkün olmayıb. Nikita Xruşovun hakimiyyətə gəlişindən sonra isə müharibə mövzulu filmlərin çəkilişində siyasi problemlər yaranıb. Xüsusilə partiyanın XX qurultayından, Xruşovun Stalinin fəaliyyətini alt-üst etməsindən sonra rejissorlar bu mövzuya girişməkdən çəkiniblər, müharibə filmlərini qələbənin müəllifi sayılan Stalinsiz çəkməyi mənasız sayıblar. Məhz bu ərəfədə ABŞ və qərb ölkələri Xruşovun Stalindən qisas almasından istifadə edərək öz müharibə əsərlərini yaradıblar və onların çəkdiyi filmlərdə alman faşizminə qarçı qələbədə SSRİ çox da önə çəkilməyib, əsas qaliblər kimi Amerika və İngiltərə təqdim edilib.

Sözsüz ki, bu məsələ SSRİ rəsmiləri üçün ciddi narahatlıq yaradıb. Amma Xruşovun hakimiyyəti illərində bu narahatlığı tam aradan qaldırmaq mümkün olmayıb.

Leonid Brejnev hakimiyyətə gəldikdən sonra sözü gedən məsələyə fərqli yanaşıb. Müharibə filmlərini sevən baş katib sovet-alman müharibəsi ilə bağlı mükəmməl bir əsərin ortaya çıxması üçün lazımi tədbirləri görüb. 1967-ci ildə 5 filmdən ibarət “Azadlıq” kinoepopeyasının çəkilməsi üçün Mərkəzi Komitədə müzakirələr aparılıb. Filmin çəkilişi rejissor Yuri Ozerova, ssenarisitlər Yuri Bondaryov və Oskar Kurqanova həvalə edilib.

“Azadlıq” kinoepopeyasının çəkilişləri 5 il davam edib. Bu illər ərzində Ozerov çox çətinliklərlə üzləşib. Hətta yüksək ranqlı məmurlar da ona problemlər yaradıblar.

1b16e9acffb85702c029ecc2f58b7118.jpg (113 KB)

Filmdə 51 real tarixi personajı canlandırmaq üçün aktyorların seçimi ən çətin proseslərdən biri olub. Çətinlik ondan ibarət olub ki, həmin personajların çoxu mövcud dövrdə sağ olublar və onlar aktyor seçiminə müdaxilə ediblər. Xüsusilə yüksək vəzifələrdə xidmət edən hərbçilər kapriz nümayiş etdirərək onların obrazlarını yaradan aktyrorları ən xırda detallara görə “incidiblər”.

Ozerov İosif Stalin roluna Buxuti Zakaridzeni dəvət edib. Uzun-uzadı sınaq çəkilişlərindən sonra rejissor Bakının Səngəçal qəsəbəsində anadan olan gürcü aktyordan Stalin yarada bilib.

QPm_ZvBQ9mk.jpg (76 KB)

Adolf Hitler üçün aktyor axtarışına başlayan Ozerov “fürer”i Almaniyada tapıb. Hitlerin rolu əvvəllər də onun obrazını yaradan alman aktyoru Frits Ditsə tapşırılıb. Sovet rejissorundan təklif alan alman aktyoru yenidən özünü Hitlerin görkəminə salmaq istəməyib. Rola görə alacaq qonorarın məbləğini eşitdikdə isə ümumiyyətlə bu işdən imtina edib. Məsələyə Almaniya (ADR) və SSRİ-nin rəhbərləri qarışıb. Nəhayət, qonorar iki dəfə artırıldıqdan sonra Dits “bir nömrəli faşist” rolunda çəkilməyə razılıq verib.

images.jpg (69 KB)

Rejissor Uinston Çörçillin rolunu oynayacaq aktyoru seçdikdən sonra Mərkəzi Komitədən təpkilərə məruz qalıb. Ozerov bu rola Moskva sirkində çalışan və kloun kimi məşhur olan Yuri Durovu seçib. Çəkilişin gedişini şəxsi nəzarətində saxlayan Brejnev bu seçimə belə münasibət bildirib:
“Kloun və Uinston Çörçill... İngilislər bizim haqqımızda nə düşünərlər? Bu, siyasi baxımdan düzgün seçim deyil...

Ozerov çox çətinliklə baş katibi əmin edə bilib ki, Durov bu obrazı yüksək səviyyədə yarada biləcək.
Marşal İvan Konyevin rolunda Vasili Şukşin çəkilib. O, əvvəlcə bu təkliflə razılaşmayıb, “mən bir rola görə aylarla başımı keçəl etməliyəm” deyə imtina edib. Amma sonradan rejissorla razılaşıb.
Polşalı aktyor Stanislav Yaskeviç ilk sınaq çəkilişindən Franklin Ruzveltin roluna təsdiq olunub.

325643116_0_0_0_0_600x0_80_0_0_184b2e484aa9b2c68ac3c6e224bebd32.jpg (83 KB)

Marşal Georgi Jukov onun obrazını yaradacaq aktyoriu özü Ozerova təqdim edib. Qələbə marşalı rolunda Mixail Ulyanov çəkilib. Aktyorun yüksək peşəkarlığı Kremldə növbəti söz-söhbətə səbəb olub. Marşal Qreçko Ulyanovu Jukovu qədərindən artıq şişirtməkdə ittiham edib.

Ozerov çəkilişlərə başlayanda Jukovun filmin baş məsləhətçisi olmasını istəyib. Mərkəzi Komitə rejissorun bu istəyinə qarşı sərt münasibət bildirib və baş məsləhətçi Sergey Ştemenko təyin edilib. Buna baxmayaraq, Ozerov Jukovla tez-tez görüşüb. Marşal çəkilişə kömək etmək məqsədilə hələ çapdan çıxmamış memuarlarını Ozerova verib. Filmin çəkilişində bu memuarlardan geniş istifadə edilib.
Filmin çəkilişləri bir neçə ölkədə aparılıb, o cümlədən Ozerovun komandası uzun müddət Almaniyada da olub. Çəkilişdə hərbi xronikadan da istifadə olunub. Döyüş səhnələrinin inandırıcı görünməsi üçün Almaniya, Polşa və SSRİ-nin hərbi sənaye müəssislərində müharibə illərində istifadə olunan texnikalar istehsal edilib.

5316d4e643c998067d215f5787d262ba.jpg (191 KB)

Filmin ən ağır çəkilişləri Berlin əməliyyatı ilə bağlı olub. Belə ki, son günlərində Hitler Berlin metrosunu suda batırmağı əmr edib və həmin səhnəni yaratmaq problemə çevrilib. Almaniya rəsmiləri hər hansı bir metro stansiyasına su buraxmağa icazə verməyiblər. Həmin səhnəni Ozerov Moskvada çəkməyə məcbur olub.

Ozerovun beş illik zəhməti yerdə qalmayıb. “Azadlıq” kinoepopeyası dünya kino sənayesi tarixinə bir hadisə kimi düşüb. Film 125 ölkədə nümayiş olunub. “Azadlıq” kinoepopeyasının tamaşaçılarının sayı 400 milyonu ötüb.

Qeyd edək ki, filmin təbii alınmasında rejissor Yuri Ozerovun 4 il sovet-alman müharibəsində döyüş bölgələrində olması, ağır hərbi əməliyyatlarda iştirak etməsi də böyük rol oynayıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam