Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rus süngüsü üzərindəki kukla-ŞƏRH

Yenixeber.org: Belarus diktatoru Aleksandr Lukaşenkonun ardınca Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də rus süngüsü üzərində hakimiyyətini saxlamaq niyyətinə düşərək hərbi yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi. Hər kəsə aydındır ki, KTMT-nin ordusu və ya silahlı qüvvələri mövcud deyil. KTMT-nin hərbi qüvvəsi ancaq rus əsgərindən ibarətdir. Artıq Orenburq yaxınlığındakı aviasiya alayı, Kamensk şəhərində yerləşən 11-ci mühafizəçi-mühəndis briqadası da Qazaxıstana göndərilmək üçün hazırlıq vəziyyətinə gətirilib. Belə görünür ki, Rusiya Qazaxıstana bir neçə minlik ordu göndərmək niyyətindədir. Bu ordu isə qazaxların qanını axıdacaq. Rusiya Federal Təhlükəsilik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinin artıq Qazaxıstanda olduğu haqqında məlumatlar var.
Rus süngüsünü qazax xalqına qarşı isə prezident Qasım-Comərd Tokayev yönəldib. Bundan sonra Tokayev qazax xalqının və o cümlədən bütün dünyanın nəzərində Moskvanın kuklası (marionetka), öz xalqına qarşı yadelli orduya sığınan satqındır.
Qazaxlar bundan sonra Tokayevə Nazarbayevdən daha çox nifrət edəcəklər. Əgər Nazrbayev qazaxların gözündə korrupsioner avtoritar lider idisə, Tokayev rus süngüsü üzərindəki kukladır. Rusiyanı təhdid, təhlükə hesab edən xalqın fərqli düşünməsi mümkün deyil.
Rusiya posstsovet məkanında mövcudluğunu avtoritar liderlərin hesabına saxlayır. Buna görə də Ukraynadan sonra Qazaxıstanda da avtoritar hakimiyyətin devrilməsi Rusiya üçün fəlakət demək olardı.
Ancaq bütün bunlar müvəqqətidir. Rusiya postsovet respublikalarının azadlıq uğrunda mübarizəsinin qarşısını almaq, avtoritar liderləri əbədi olaraq rus süngüsünün üzərində saxlamaq qüdrətinə malik deyil. Belə görünür ki, Məhəmməd Nəcibullanın taleyi rus süngüsü üzərində hakimiyyət qurmağa çalışanlara dərs olmayıb.
Xaqani Cəfərli, politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam