Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Brüsselə portfelini doldurub, gedəcək: Əli boş dönərsə, onu fəlakət ssenarisi gözləyir

Erməni baş nazir həm Ermənistanı uğursuzluq zolağından çıxartmaq, həm də kütləvi etiraz dalğasından yayınıb, hakimiyyətini qorumaq üçün heç olmasa, hansısa bir məsələdə hədəfə çatmağı planlaşdırır; Ancaq rəsmi Bakının əlində Ermənistanın üzərinə hüquqi öhdəliklər yükləyən anlaşmalar olduğundan, erməni baş nazirin şansları ümidverici deyil və onun dolu portfeli çox tez boşala bilər...

Yenixeber.org: Ermənistanın hakim dairələri Brüssel görüşünə hazırlaşır. Hazırda bu düşmən ölkənin mətbuatında yaxınlaşan görüşdən erməni toplumunun gözləntiləri müzakirə edilməkdədir. Və bu gözləntilər Soçi görüşünün nəticələrindən ciddi şəkildə fərqlənir.

Məsələ ondadır ki, Soçi görüşü rəsmi İrəvanın siyasi-diplomatik hədəflərinin tam iflası ilə nəticələnmişdi. Ermənistan baş naziri Nikol Paşinyan Soçidə rəsmi İrəvanın heç bir siyasi-ideoloji prioritetini müzakirə mövzusuna çevirə bilməmişdi. Erməni baş nazir "Dağlıq Qarabağ" və "status" mövzularını gündəliyə çıxartmağa çalışsa da, Soçi görüşünün iştirakçısı olan iki prezident - Azərbaycan və Rusiya liderləri onun cəhdlərini ciddiyə almamışdılar.

Nəticədə Soçi görüşü rəsmi İrəvanın siyasi-diplomatik məğlubiyyəti və erməni toplumunun dərin məyusluğu ilə diqqəti çəkmişdi. Üstəlik, bu görüş Azərbaycanın Ermənistan üzərində danışıqlar masası arxasında qələbəsi ilə yanaşı, Rusiyanın Qərbə qarşı növbəti siyasi revanşına da yol açmışdı. Və Soçi görüşünün nəticələri müəyyən mənada, Brüsseldə müzakirə üçün elə bir ciddi mövzu buraxılmaması ilə tarixə keçmişdi.

11-c731077c163801917726859130911113517.jpg (329 KB)

İndi Brüssel görüşü ərəfəsində qarşıduran tərəflərin hansı məsələləri müzakirə edə biləcəkləri istər-istəməz maraq doğurur. Rəsmi Bakı Azərbaycanın maraqları çərçivəsində əsas hədəflərinə Soçi görüşündə böyük ölçüdə nail olub. Bu baxımdan, rəsmi Bakı üçün Brüssel görüşü müəyyən mənada, öz siyasi-diplomatik üstünlüyünü növbəti dəfə nümayiş etdirə biləcəyi platformadan uzağa getmir.

Eyni zamanda, Kremldə də Brüssel görüşündən artıq elə də böyük narahatlıq keçirtmirlər. Hər halda, Soçi görüşünü daha əvvəl keçirtməyə nail olan Kreml Qərb siyasi dairələrinin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə orbitr statusuna şərik çıxmaq şanslarını məhdudlaşdıra bilib. Rusiya prezidenti Vladimir Putin "Mən bilirəm ki, sizi Brüsseldə gözləyirlər. Ancaq burada bütün önəmli məsələləri həll edək ki, Brüsselə elə bir ciddi problem qalmasın" deməklə, Kremlin əsas hədəfini dolayısı ilə biruzə vermişdi.

Göründüyü kimi, hazırda Brüssel görüşü Cənubi Qafqazda maraqları olan Qərb siyasi iradə mərkəzlərindən və üçtərəfli anlaşmalarla öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışan Paşinyan hakimiyyətindən başqa heç kimə lazım deyil. Bu görüşün baş tutması üçün Paşinyan hakimiyyəti ilə yanaşı, xarici ölkələrdəki erməni diasporunun da ciddi lobbiçilik fəaliyyətinin olduğu barədə məlumatlar mövcuddur. Ona görə də, Azərbaycan və Rusiya üçün elə bir ciddi əhəmiyyəti olmasa da, bu görüşün nəticələri yalnız Ermənistanın, eləcə də, Paşinyan hakimiyyətinin gələcək taleyinə birbaşa təsir göstərə bilər.

Böyük ehtimalla rəsmi İrəvan hər halda, Brüsseldə Soçi görüşünün nəticələrinə düzəlişlər etmək, eləcə də, üçtərəfli anlaşmalar üzrə öhdəliklərin icrasından yayınma şansı qazanmaq istiqamətində müəyyən cəhdlər göstərməyə çalışacaq. Ancaq bu görüşdə də uğursuzluq, xüsusilə də, Soçi Bəyannaməsinin məzmunundan uzaqlaşmaq cəhdlərinin baş tutmaması halında, Paşinyan hakimiyyətinin birbaşa siyasi hədəfə çevrilmə ehtimalı var.

ermenistan-parlament-dava.jpg (100 KB)

Yəqin ki, Brüsseldə uğursuzluğu Ermənistandakı revanşist qüvvələr və xarici ölkələrdəki erməni diasporu Paşinyan hakimiyyətinə bağışlamayacaq. Çünki bu dəfəki uğursuzluq uydurma “erməni xəyalları”nın tamamilə öz əhəmiyyətini itirərək, gündəmdən çıxması anlamına gələ bilər. Yəni, Brüssel görüşü qondarma "erməni xəyalları"nın (Dağlıq Qarabağ və status) qorunması baxımından limitin dolma mərhələsi təsiri bağışlayır.

Bu baxımdan, siyasi-ideoloji maraqları uzlaşan revanşistlərin və erməni diasporunun Ermənistanda hakimiyyət dəyişikliyi cəhdlərini növbəti mərhələyə daşıya biləcəkləri qətiyyən istisna deyil. Artıq dünyanın bəzi bölgələrində erməni diasporu Paşinyan hakimiyyətinin üçtərəfli anlaşmalar ilə öz üzərinə götürdüyü öhdəliklərin icrasına qarşı kütləvi etiraz aksiyaları keçirtməyə başlayıb. Və bu, Brüsselə yola düşmək ərəfəsində olan erməni baş nazirə yönəlik açıq xəbərdarlıq mesajı da sayıla bilər.

Belə anlaşılır ki, Brüssel görüşünün nəticələri ehtimal edildiyi kimi, rəsmi İrəvan üçün uğursuz olarsa, erməni baş nazir geri döndükdən sonra daha çox öz hakimiyyətinin qorunması barədə düşünmək məcburiyyətində qala bilər. Çünki, növbəti mərhələdə Ermənistanın geopolitik məkanda elə ciddi siyasi-diplomatik manevr imkanları qalmayacağından radikal revanşistlər bu vəziyyətdən öz maraqları çərçivəsində yararlanmağa çalışacaqlar. Və böyük ehtimalla Paşinyan hakimiyyəti ilə mübarizədə erməni diasporunun dəstəyini də arxalarına almaq şansı qazanacaqlar.

pasha-sorossss.jpg (92 KB)

Ancaq Paşinyan hakimiyyəti üçün fəlakət ssenarisi yalnız bunlarla məhdudlaşmır. Çünki, bu dəfə Kreml Ermənistanda ölkədaxili siyasi mübarizəni sadəcə, müşahidə etməklə, kifayətlənməyə də bilər. Hər halda, "Sorosun uşaqları"nın hakimiyyətə gəlişinə əngəl törədilməməsi ucbatından rəsmi İrəvanın Rusiyaya qarşı yaratdığı problemlərdən uyğun nəticələr çıxarılmış olmalıdır. Və bu səbəbdən də, Kremlin əgər, Ermənistanda hakimiyyət dəyişdiriləcəksə, bunun Rusiyanın nəzarəti altında baş verməsinə çalışacağı qətiyyən şübhə doğurmur.

Bu baxımdan, ehtimal etmək olar ki, Ermənistanda intensivləşə biləcək hakimiyyət uğrunda mübarizəyə səhnəarxasından Rusiyanın da müdaxilə edəcəyi istisna deyil. Kremlin Paşinyan hakimiyyətinə münasibətdə səbrinin artıq tükənmək üzrə olduğu da qətiyyən diqqətdən yayınmır. Çünki Brüssel görüşünün təşkili də daxil olmaqla, Paşinyan hakimiyyətinin son bir neçə aydakı davranışları Kremlin regional maraqlarına qarşı yönəlib.

Ona görə də, Rusiya Ermənistanda özünə yaxın yeni hakimiyyətin formalaşdırılmasına ehtiyac duymamış deyil. Bəzi məlumatlara görə, Kreml hətta Ermənistanda alternativ siyasi qüvvələrin formalaşdırılması prosesinə də artıq başlayıb. Və Paşinyan hakimiyyəti məcburiyyət qarşısında istefa verəcəyi, yeni seçkilərin olacağı təqdirdə, həmin alternativ qüvvələri fəallaşdırıb, önə çıxartmaq barədə düşünə bilər.

images-pashhhha.jpg (4 KB)

Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyan üçün Brüssel görüşü müəyyən mənada, taleyüklü xarakter daşıyır. Bu görüşdə uğursuzluq Ermənistanı yeni geopolitik şərtlərin tələbləri qarşısında müqavimət imkanlarından tamamilə məhrum etməklə, daha da aciz duruma salmış olacaq. Eyni zamanda, erməni baş nazirin hakimiyyətini uzatmaq şansları da ciddi risk altına düşəcək.

Ona görə də, Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın Brüsselə "dolu portfel" ilə yola düşməyə hazırlaşması ilə bağlı iddiaların yer alması qətiyyən təəccüb doğurmur. Həmin iddialara görə, erməni baş nazir Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün portfelində Brüsselə daşıyacağı bir çox məsələlərdən heç olmasa, ən azı biri ilə bağlı müsbət nəticə əldə etməyə çalışacaq. Bu, ona ölkəsini düçar etdiyi uğursuzluq zolağına qarşı güclənən daxili etiraz dalğasını nisbətən zəiflətmək imkanı verə bilər.

Ancaq indiki situasiyada erməni baş nazirin şansları qətiyyən ümidverici xarakter daşımır. Çünki, rəsmi Bakının əlində Ermənistanın üzərinə hüquqi öhdəliklər yükləyən rəsmi sənədlər - 10 noyabr, 11 yanvar və 26 noyabr anlaşmaları var. Bu sənədlərdə yer alan maddələr Ermənistan baş naziri Nikol Paşinyanın portfelini tamamilə boşaltmaq gücündədir. Bu baxımdan, erməni baş nazirin Brüsseldən əli və portfeli boş vəziyyətdə dönəcəyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam