Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA DEMOQRAFİK FƏLAKƏT ASTANASINDADIR -2050-ci ilə kimi əhalinin sayı iki dəfə azala bilər!

Rusiya hakimiyyəti uşaq doğumunu maddi baxımdan stimullaşdırmaqda davam etsə də, ölkə əhalisinin sayı ildən-ilə azalır. Rusiyadakı doğum və ölüm arasındakı fərq getdikcə artır, digər yandan isə pandemiya vəziyyəti daha da pisləşdirir. ”Rosstat”ın məlumatına görə, Rusiyada əhali sayının azalması tempi keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yeddi ayı ərzində 62 faiz artıb. Bu isə əhali sayının yarım milyon nəfər azalması anlamına gəlir. Ekspertlər deyirlər ki, ölkə demoqrafik fəlakətin astanasındadır.

Yenixeber.org: Rusiya Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnovun proqnozuna əsasən, əgər hökumət doğumun (ailə üzrə üç-dörd uşaq) stimullaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməzsə, 2050-ci ilə kimi ölkə əhalisinin sayı iki dəfə azalacaq, yəni indiki 146 milyondan 70-80 milyon nəfərə düşəcək.

“Al Araby”-yə verdiyi müsahibəsində Krupnov deyib: ”Ölüm səviyyəsinin artmasının səbəbinin pandemiya olması doğrudur, amma əhali sayının azalmasının başlıca səbəbi gənc insanların sayının və SSRİ-nin dağılmasından sonra, 1990-cı illərdə doğumun aşağı düşməsidir. Belə bir vəziyyət İkinci Dünya Müharibəsindən sonrakı hər 25 ildən bir təkrarlanıb. İndi Rusiyada hər ailəyə görə doğum səviyyəsi 1,5 uşaqdır ki, bu da belə bir meylin qalacağı təqdirdə əhalinin sayının əhəmiyyətli dərəcədə azalacağından xəbər verir.”

Əhali artımını stimullaşdırmaq üçün Rusiya hakimiyyəti ailələrə müxtəlif ödəmələr təqdim edir. Onlardan biri 7 min dollarlıq “analıq kapitalı”dır. Bu məbləğın birbaşa xərclənməsinə icazə verilmir, həmin pul ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına və uşaqların təhsilinə yönəlməlidir.

2020-ci ildən etibarən bu maddi yardımı birinci uşağın doğulmasına görə verirlər, ancaq əvvələr bu pulu ailəyə yalnız ikinci övlad dünyaya gələndə verirdilər. Krupnovun sözlərinə görə, hazırkı dəstək üsulu kifayət qədər səmərəli deyil, çünki birinci uşağın dünyaya gəlməsi heç də ailənin maliyyə vəziyyətindən asılı olmur. Ona görə də, diqqəti üçüncü və ya dördüncü uşağın doğulmasına yönəltmək lazımdır.

Beləliklə, “analıq kapitalı”nın birinci uşağa ödənilməsi onu göstərir ki demoqrafik siyasətin əsasında nəyin dayandığını dövlət tam mənası ilə anlamır.

 

 

Rusiya hakimiyyətinin əhalinin sayını artırmaq səyləri təkcə uşaq doğulmasının stimullaşdırılması ilə məhdudlaşmır. Bura immiqrasiya və xüsusən də keçmiş sovet respublikalarındakı rusdilli region əhalisinə Rusiya vətəndaşlığı verilməsi prosedurunun yüngülləşdirilməsi də daxildir. Ukraynanın Donbass regionundakı 600 mindən çox şəxsə Rusiya pasportunun verilməsi bunun bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, ölkəyə gələn miqrantlara ümid bəsləmək doğumun aşağı düşməsini kompensasıya etmək üçün kifayət deyil. Miqrasiyanın tempi əhalinin təbii azalmasının sürətindən aşağıdır. Bundan başqa, keçmiş sovet respubliklarını tərk edib Rusiyaya gəlmək arzusunda olanlar artıq bunu ediblər. Nəhayət, iri miqyaslı miqrasiya proqramı Rusiyanın ictimai-mədəni mühitində dəyişiklik yaradacaq.

Hazırda demoqrafik vəziyyət əvvəlki kimi bütün səviyyələrdə hakimiyyəti ciddi narahat edir. Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, əgər 1917-ci ildəki bolşevik inqilabı və Sovet İttifaqının dağılması da daxil olmaqla 20-ci əsrdəki təlatümlər yaşanmasaydı, indi ölkə əhalisinin sayı yarım milyard ola bilərdi. Yeni dərs ilinin başlanması ilə əlaqədar Uzaq Şərq məktəbliləri ilə görüşən Putin, deyib: ”Əgər bu hadisələr baş verməsəydi, indi bizim ölkə başqa cür olardı. Bəzi mütəxəssislər hesab edirlər ki, indi bizim əhalinin sayı 500 milyon nəfərə çata bilərdi”.

Avqustun əvəllində Rusiya lideri əhalinin sayının 2024-cü ilədək artırılması barədə hökumətə tapşırıq verib. Rusiya İqtisadi İnkişaf Nazirliyi isə aprel ayında proqnozlaşdırıb ki, Rusiya əhalisi 2021-ci ildə 550 min nəfər və gələn il də daha yarım milyon azalacaq. Və 2020-ci il ilə müqayisədə 2024-cü ildə ümumilikdə əhalinin sayı 1,7 milyon nəfər az olacaq.

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam