ABŞ-ın Xankəndini viran qoymaq planı - .Blinkenin məktubu..
Nədir bu erməni millətinin fövqəladə statusu axı, bəlkə, dünyanı xilas edən kəşflər, elmi inqilablar ediblər ki, indi xüsusi olaraq seçilməlidirlər?
Yenixeber.org: Son günlər Rusiya-Bakı xəttində müəyyən gərginliklər müşahidə olunmaqdadır ki, bu səbəbdən məlum mövzuda jurnalist yazılarının da, ekspertlərin rəyləri də artıb. Bu, təbiidir. Rusiyanı bildik, bəs bu Amerikanın quyruq acısı nə? Belə pis anlaşılmasın, at kimi dövlət, Rusiyaya xötəklik edən Ermənistana niyə bu qədər mühüm əhəmiyyət verir, anlamaq olmur. Buraxın, bu erməni lobbisi, erməni seçicisi söhbətini... Dönük millətə heç bir halda etibar etmək olmaz. Bu sirr nədirsə, başqadır. Ya bu ermənipərəst dövlət liderlərinin gizli erməni məşuqələr saxlayırlar, ya da bu millətin bəxti, əvvəldən dombaqdır. Başqa məntiqli izahat tapmaq çətindir...
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyana göndərdiyi təbrik məktubunda yenə “ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların bərpasından”, “Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və uzunmüddətli siyasi həllindən” dəm vurub. Yenilik odur ki, Blinkenin məktubunda elə anlaşılır ki, ATƏT-in Minsk Qrupu sanki danışıqlara artıq başlayıb. Bildiyimiz qədər Bakının belə bir istəyi yoxdur. Amma bəzi dövlətlərin rəsmi şəxsləri yenə də “Qarabağ münaqişəsi” deyib yatıb-dururlar. Bunu niyə dediklərinin səbəbi də bəllidir- status istəyirlər. Qarınlarının ağırısı Azərbaycan torpağından bir ovuc erməniyə status qoparmaqdır. Sovet hökuməti çoxdan dağılıb, DQMV adlı qurum da cəhənnəmə gedib, iki Qarabağ müharibəsi olub, amma bu status söhbəti bitmir ki, bitmir...
Qarabağı Azərbaycandan 30 ildə ala bilmədilər- Qərb dövlətləri də daxil olmaqla, işğalı həyasızcasına “qanuniləşdirməyə”, “legitimləşdirməyə” edilən cəhdlər baş tutmadı. Həm müharibə zamanı, həm də müharibədən keçən 11 ayda Azərbaycana “həll edilməmiş erməni məsələsi”nə görə ən müxtəlif səviyyələrdə təzyiqlər davam etməkdədir. “Nə istəyirlər, bu şarlatanlar” soruşsanız, cavab qısadır: “Ermənilər səfalı Qarabağda rahat yaşamalıdır”. Ermənilər analarının belinə şəllənib Azərbaycan torpaqlarına gələndən dünya ancaq bu millətin sözünü deyir, bizim sözümüzü deyən yoxdur. Ölmək təhlükəsi ilə üzləşdiyi üçün qaçıb canlarını qurtarmaq istəyən suriyalıya, əfqana, qanalıya, hətta kubalıya qapılarını bağlayan bu sivil dövlətlər istəyirlər ki, bizə 100 ildir açıq düşmənçilik edən, qanımızı tökən, torpağımızdan didərgin salan millətə yenə qucağımızı açaq, onların bütün istəklərini sözsüz yerinə yetirək, hətta öz ərazimizdə status verək. Soruşuruq: niyə axı? Nədir bu millətin fövqəladə statusu? Erməni məğər göydən xüsusi zənbillə düşüb? Yoxsa, bu millətin təmsilçiləri dünyanı xilas edən kəşflər, elmi inqilablar ediblər ki, indi xüsusi statusla seçilməlidirlər? Nədir bu millətin üstünlüyü ki, onları hər yerdə qorumaq lazımdır, məhz onların canı əzizdir... Amma biz heç də..?
Erməninin Azərbaycan xalqına etdiyini kimə etsəydilər, onları son nəfərinədək torpaqlarından qovardılar. Bizə bu qədər ağır hadisələr yaşadan millətə yenə də torpaqlarımızda yaşamağa izn verdik. Çünki son dığasınadək təmizləsəydik, adımızı başqa “qara siyahılara” yazacaqdılar. Daha 50 il gərək olacaqdı sübut edədik ki, biz yox, erməni bizə düşmənçilik edib, biz yox, onlar bizi qırıb, zülm edib, torpaq onların deyil, bizimdir...Budur, Xankəndində bir az dirçəldilər, yenə quqquldayırlar. Gəl, Azərbaycan vətəndaşı ol deyirik, bu bayrağa sığın, hamı kimi yaşa... Bunlar isə yenə ağız-ağıza verib status deyirlər. Azərbaycan sənə ən yaxşı, ən yüksək statusu təklif edib: Azərbaycan vətəndaşı ol. Bundan yaxşı nə status? Amerikanın bu qədər erməniyə canı yanırsa, onlara elə doğru yol göstərsinlər də...Bunlar onu da anlamırlar ki, bu cür statuslu dəstəklə erməniyə pislik edirlər, Xankəndini də onlara dar edirlər, oranı da viran qoymaq istəyirlər. Həm də elə ermənilərin öz əli ilə...
Status nə deməkdir? Necə bir status istəyirlər bizdən? Ermənilərin özlərinin belə bu barədə aydın təsəvvürləri yoxdur. İşıqları, suları məhdud, yatmağa əməlli evləri də yox. Bu statusu alıb, haralarına soxub və necə yaşamaq istəyirlər? Bunu bilmirlər. Ətraf tezliklə qaynayacaq, işğaldan azad torpaqlara insanlar qayıdacaq, abad olacaq hər yer. Bu erməni köçmənlər isə torpağı olmayan qaraçılar kimi elə ortada qalacaq. Çünki millətin özü işıqlı deyil, işıqlı ideyalarla yaşamırlar, paxıl və kinlidirlər...
Status bizim içimizdə “fitili çəkilmiş bomba” deməkdir...