Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRƏVAN GORUS - QAFAN YOLUNUN AÇILMASINA NAİL OLA BİLMƏYİB -Danışıqlar nəticəsiz bitib + FOTOLAR

 

Ermənistan tərəfi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqların dünən gecə yekunlaşdığını bildirib.

Yenixeber.org: Qafan şəhərinin meri Gevorg Parsyanın sözlərinə görə, yol hələ açılmayıb. Rusiya sərhəd qüvvələrinin Azərbaycan tərəfi ilə apardığı danışıqlar nəticəsiz bitib.

Ermənistan üçün həyati əhəmiyyətli yolun açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.

Ermənistan tərəfi iddia edir ki, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar,

Bu, Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan sonra baş verib.

Məlumatlara görə, İrandan Ermənistana gələn maşınlar da hələ ki yol kənarında qalıb.

Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə nə baş verdiyi barədə “Azadlıq” sorğusuna cavabında bildirib: “Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizəsi fəaliyyətləri üzrə zəruri tədbirlərin keçirilməsi davam etdirilir. Vəziyyət stabildir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycan Qubadlı və Zəngilan rayonları istiqamətində öz dövlət sərhədlərini sovet dövrü xəritələri əsasında bərpa edərək möhkəmlənib. Hələ sovet dövründən Gorus və Qafan vilayətlərini birləşdirən, eyni zamanda Ermənistanı İranla əlaqələndirən avtomobil yolu bir neçə hissədə Azərbaycan ərazilərindən keçirdi. Yol çəkənlər coğrafi şəraitin daha əlverişli olmasını nəzərə alaraq marşrutu belə müəyyənləşdirmişdilər və sovet dövründə bu, heç kimin diqqətini cəlb etmirdi. Lakin Azərbaycan öz ərazilərini 30 illik işğalın ardınca azad etdikdən və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdikdən sonra Gorus-Qafan yolunun həmin hissələrinə nəzarət də təbii olaraq Azərbaycana keçdi. Belə vəziyyətdə Azərbaycan xoş məram nümayiş etdirərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrini bağlamamışdı və orada gediş-gəlişə imkan yaratmışdı.

Lakin həmin yolla İrandan Ermənistana, oradan isə Qarabağa, Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə şübhəli yüklər daşıyan TIR-ların hərəkəti, bunun ardınca isə sərhədçimizə süngü-bıçaqla hücum edilməsi Azərbaycan tərəfinin səbrini daşırıb və belə görünür ki, sonuncu insidentdən sonra Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrində hərəkət dayandırılıb.

Nəticədə Ermənistanla İran arasında quru nəqliyyat əlaqəsi praktiki olaraq kəsilib. Virtualaz.org xəbər verir kiErməni mənbələri Yerevan-Tehran-Yerevan marşrutu ilə işləyən avtobusların hərəkətinin dayandığını, habelə İrandan Ermənistana və geriyə yük daşıyan yüzlərlə TIR-ın yollarda qaldığını bildirir. Doğrudur, Gorusla Qafanı birləşdirən alternativ yol var, amma bu qrunt yol çətin keçiləndir, orada gediş-gəliş praktiki olaraq mümkün deyil. Ermənistanda Azərbaycan ərazilərini işğalda saxlayacaqlarına o qədər arxayın olmuşdular ki, 30 il ərzində alternativ yolun çəkilməsi haqda heç düşünən də olmamışdı. İndi isə bu ölkədə ayılıblar ki, Ermənistanın iki vilayətini birləşdirən yol başqa ölkənin suveren ərazilərindən keçir, amma bəziləri bu vəziyyətlə barışmaq istəmir.

Azərbaycan xoş məram nümayiş etdirərək bu yolda hərəkətə imkan yaratmışdısa Ermənistan buna görə ancaq minnətdarlıq etməliydi. Amma nə baş verdi? Ermənilər Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçməsini həzm edə bilməyərək əvvəlcə yolun üstündə qoyulmuş “Azərbaycana xoş gəlmisiniz” plakatını atəşə tutmağa başladılar. Daha sonra vəziyyətlə barışmalı oldular, amma indi bu yolda Azərbaycan sərhədçisinə hücum edəcək qədər həyasızlıq nümayiş etdirirlər və ardınca “blokada”, “humanitar böhran” haqda hay-həşir salmağa başlayırlar...

"azpolitika"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam