Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Fəaliyyətsiz hava limanları:havaya uçan milyonlar…

          Azərbaycanın bölgələrində inşa edilmiş aeroportlar niyə rentabelli olmadı?

Yenixeber.org: Azərbaycanda Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə yanaşı, Gəncə, Qəbələ, Zaqatala, Lənkəran və Yevlax şəhərlərində hava limanları fəaliyyət göstərir. Gəncə, Qəbələ və Lənkarandakı hava limanları beynəlxalq statusa malikdir. 

Azərbaycan ötən il 44 günlük müharibədən sonra işğaldan azad etdiyi ərazilərdə də bir neçə hava limanı tikir. Füzulidə inşa edilən hava limanının tikintisi yekunlaşıb, hazırda sınaq uçuşları həyata keçirilir. Ona da beynəlxalq status veriləcəyi gözlənilir. Bundan başqa, Laçında və Zəngilanda da aeroportların tikintisinə start verilib.  

Azərbaycanın bölgələrində hava limanlarının inşası və yenidən qurulması əsasən yüksək neft gəlirlərinin daxil olduğu illərə təsadüf edib. Amma hazırda əyalətlərdəki hava limanlarının bir qismi fəaliyyət göstərmir, bəzilərində isə ay ərzində cəmi bir neçə reys həyata keçirilir.  

Siyasi fəal Bəxtiyar Hacıyev sosial mediada Azərbaycanın və qonşu Gürcüstanın hava limanları arasında son 30 günün uçuş göstəriclərini təqdim edərək müqayisə aparıb:

Bakı Beynəlxalq Hava Limanı (HL) – 938 uçuş;

Tbilisi Beynəlxalq HL – 995 uçuş;

Batumi Beynəlxalq HL – 309 uçuş;

Kutaisi Beynəlxalq HL – 154 uçuş;

Gəncə Beynəlxalq HL – 17 uçuş;

Lənkəran Beynəlxalq HL – 12 uçuş;

Qəbələ Beynəlxalq HL – 0 uçuş;

Zaqatala Beynəlxalq HL – 0 uçuş. 

“Kutaisi və Batumidəki hava limanlarından dünyanın müxtəlif şəhərlərinə sərnişin reysləri həyata keçirilir. Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından uçuşların isə təxminən yarısı “Silkway”in karqo təyyarələridir. Qəbələ və Zaqatala hava limanlarının saxlanmasına xeyli xərc gedir. İşçilər işə çıxırlar, maaş alırlar, amma təyyarə enmir və qalxmır”, – deyə B. Hacıyev yazır. 

Xatrladaq ki, Zaqatala Beynəlxalq Hava Limanının tikintisi 2006-cı ildə başlayıb və obyekt 2008-ci ildə istifadəyə verilib. Tikinti üçün çəkilən ilkin xərclər, 2006-2020-ci illər arasındakı inflyasiyaya uyğun tənzimlədikdə, 67.1 milyon manat olub. Tikinti xərclərindən əlavə, 2017-ci ildə hava limanının yenidən qurulması üçün 29.1 milyon manat ayrılıb. Aydındır ki, ötən illər ərzində aeroportun saxlanılması üçün də külli miqdarda xərc çəkilib, amma bu rəqəmləri əldə etmək mümkün olmadı. Azərbaycan Hava Yolları  – AZAL QSC-nin hava limanının yenidənqurmadan sonra istifadəyə verildiyi 14 dekabr, 2017-ci ildə yaydığı məlumatda tikintinin “AzVirt” şirkəti tərəfindən həyata keçirildiyi qeyd olunub. Daha sonra informasiyada vurğulanır ki, Zaqatala Hava Limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər. Amma çəkilən xərclərə, təntənəli açılış mərasiminə, verilən vədlərə baxmayaraq, aeroport son 13 ildə demək olar ki, fəaliyyət göstərməyib.

Son bir ayda cəmi 12 uçuşun həyata keçirildiyi Lənkəran Beynəlxalq Hava Limanı 2005-2008-ci illərdə yenidən qurulub. Üç il çəkən təmir-bərpa işlərinə dövlət büdcəsindən ümumilikdə 51,1 mln. dollar xərclənib. 

Qəbələ Beynəlxalq Hava Limanı isə 2011-ci ilə inşa olunub və  həmin ilin 17 noyabrında prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Aeroportun tikintisinə dövlət büdcəsindən ümumilkdə 85 milyon manat xərclənib. Bir il sonra fəaliyyətə başlayan hava limanına beynəlxalq status verilib və ilk beynəlxalq aviareys Rusiyanın “Uralskiye Avialinii” şirkəti tərəfindən Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib. 

Külli miqdarda büdcə vəsaitlərinin sərf olunmasına baxmayaraq, hava limanlarının rentabelli olmaması əvvəldən gözlənilən idi. Müstəqil ekspertlər bildirirlər ki, əvvəla, Azərbaycanın yerləşdiyi bölgədə aviadaşımalar sahəsində ciddi rəqabət var. Dünya nəhənglərindən olan Türk Hava Yolları (THY) dünyanın hər yerinə əlverişli qiymətlərlə uçuşlar təşkil edir. Digər tərəfdən, Avropa və Türkiyə aviaşirkətlərinə geniş imkanlar yaradan Gürcüstan kifayət qədər rəqabətli qiymətlərlə Azərbaycana bu sahədə problemlər yaradır. Məlumdur ki, Azərbaycanda inhisarçı dövlət şirkəti AZAL olduqca bahalı qiymətlər təklif edir, bu da turizmə, aviadaşımalara, habelə daxili hava uçuşlarının əlçatan olmasına əngəl törədir. Azərbaycan Avropa Birliyinin “Hava azadlığı” paktına da qoşulmayıb, bu da ölkə əhalisini beynəlxalq aviaşirkətlərin xidmətlərindən məhrum edib. 

Bundan başqa, ölkənin ərazisinin kiçik olması, paytaxtla hava limanları olan şəhərlər arasında məsafənin qısalığı aviasəfərlərə marağı azaldan mühüm faktordur. Məsələn, sərnişin Bakıdan Gəncəyə 50 manata uçmaq əvəzinə, avtobusa 8 manat, taksiyə 15 manat ödəyərək 3 saat ərzində mənzil başına yetişir. Şəhərlər arasında ekspress-qatarlar da təxminən bu qiymətə və həmin vaxt ərzində xidmət göstərirlər. 

Azərbaycanın bölgələrinin zəif iqtisadi inkişafı, turizm infrastrukturunun aşağı səviyyədə olması və bahalı qiymətləri, əhalinin gəlirlərinin azlığı da aviauçuşların səmərəli olmamasını şərtləndirən amillərdəndir. Buna baxmayaraq, hökumət hava limanlarının yenidən qurulmasına təxminən 150 milyon manat vəsait xərcləyib. Ekspertlər həmin büdcə pullarının bir hissəsinin korrupsiya “yem”inə çevrildiyini bildirirlər.(pressklub) 

Turqut  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam