Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“ABŞ Qara dənizdə Rusiyanı mühasirəyə almağa çalışır” -“Ağ Ev Montre konvensiyasını ortadan qaldırmaq niyyətindədir”

Qara dənizdə Rusiya və Ukrayna arasındakı gərginlik getdikcə artır. Bu isə Türkiyəyə qarşı təzyiqlərin yaranmasını qaçılmaz edir. 

Yenixeber.org: Ukraynanın ABŞ və NATO tərəfindən dəstəklənməsi, həmçinin də Montre konvensiyası və İstanbul kanalı Türkiyəni çətin vəziyyətdə qoyur. Mövcud problemi anlamaq və hadisələrin mümükün gedişini görmək üçün əvvəlcə gəlin tərəflərin mövqeyinə göz gəzdirək.

Ukrayna özünün NATO-ya üzv olması məsələsini daim diqqət mərkəzinə gətirir. 2014-cü ildən toqquşmaların mərkəzinə çevrilmiş Ukraynanın şərqindəki Donbass bölgəsi Rusiyaya yaxın coğrafi mövqeyi, iqtisadi və sənaye potensialı ilə önəmli ərazidir. Bura zəngin kömür mədənlərinə malikdir və böyüklüyünə görə Avropanın dördüncü dağ-mədən bölgəsidir. Donbassdakı kömür ehtiyatı 100 milyon tondur. Bu bölgə Ukrayna ərazisinin 5%-i, əhalisinin 10 %-i, Ümumi Daxili Məhsulunun 20 %-i, ixracatının isə 25 faizini təşkil edir. Donbasda mühüm dağ-mədən və ağır sənaye obyektləri yerləşir. Bölgədə rus əhalisinin sıx məskunlaşması və onların Rusiya ilə geniş əlaqələri vəziyyəti gərginləşdirir.

2014-cü ildə Rusiya sərt və cəld tərpənərək Krımı ilhaq etdi. Rusiya Qara dənizin NATO dənizi və ya gölü olmasını istəmir. Moskva Ukrayna və Gürcüstanın Şimali Atlantika alayansına qəbul edilməsinin qəti əleyhinədir. Rusiya görür ki, ABŞ onu Baltik dənizi, Şərqi Avropa, Şərqi Aralıq dənizi və Qara dənizdə mühasirəyə almağa çalışır. Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovun, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın, Prezident Vladimir Putinin, Xarici İşlər naziri Sergey Lavrovun Montre boğazlar konvensiyası ilə bağlı açıqlamalarından sonra Rusiya Türkiyəyə uçuşları ay yarım müddətinə məhdudlaşdırdı. Bu addımın səbəbi “Covid-19” virusuyla izah edilsə də, məhdudlaşdırmanın məhz indiki vaxta düşməsi ayrı mətləblərdən xəbər verir.

Qara dənizdəkı gərginliyin kəskinləşdiyi vaxtda Türkiyə boğazlar haqqındakı Montre konvensiyası ətrafında müzakirələr açdı. Bundan əlavə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfərindən sonra bu ölkənin NATO üzvlüyü istəyinə bir daha dəstək verildi.

Lakin Türkiyə və Ukrayna arasındakı siyasi və ticari əlaqələrin inkişafından başqa, Ukraynanın NATO-ya üzv olmasına dəstək verilməsi ABŞ-ın Qara dənizə yolunun açılmasıdır ki, bu da gərginliyi xeyli artırır.

ABŞ Qara dənizdə həm birbaşa, həm də NATO-nun əliylə daimi qalmaq arzusundadır. ABŞ Ukrayna vasitəsilə Rusiyanı sıxışdırmağa cəhd edir. ABŞ Montre konvensiyasını ortadan qaldırmaq və ya ən azından onu zəiflətmək niyyətindədir.

ABŞ bu məsələdə Türkiyəyə daha çox təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə edir. Bununla əlaqədar Kanada Türkiyənin istehsal etdiyi PUA-larda istifadə olunan mühüm texnoloji avadanlığın ixracına qadağa qoyub. Həmin dronlar Azərbaycan tərəfindən Dağlıq Qarabağ müharibəsində istifadə olunub.

Bununla yanaşı, ABŞ döyüş gəmilərini Qara dənizə yollayır və deyir ki, Ukraynanı NATO üzvü edəcək. Ukrayna alyansın üzvü olmasa da, keçən həftə Ukrayna dili ingilis, fransız və rus dili ilə bərabər NATO-nun internet saytında dil seçimləri bölümündə yer alıb. Bu, Rusiyanın ünvanına açıq siqnaldır.

Belə bir şəraitdə nə ediləcəyi bəllidir: Montre konvensiyasına qətiyyətlə sahiblənmək, ABŞ-ın oyunlarını görmək, Türkiyənin və bölgənin maraqlarına uyğun gələn xarici siyasət yürütmək.

“Cumhuriyet” qəzeti – (Türkiyə)

Tərcümə: “azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam