Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ABŞ və NATO Qara dəniz bölgəsində iştirakını gücləndirir

 

 Qara dəniz uzun müddət planetin ən sakit bölgələrindən biri olaraq qalıb. Ancaq son iki onillikdə vəziyyət dəyişməyə başlayıb. Qara dənizdə bir-birinin ardıqca NATO-nun təlimləri keçirilir, bölgədə situasiya getdikcə gərginləşir.

Yenixeber.org: Vaşinqtonda və Brüsseldə Qara dənizə diqqətin güclənməsindən xəbər verən olaylardan biri də Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Mark Esperin general Tod Uolterlə birlikdə verdikləri açıqlamadır.

«Biz, gücləri Mərkəzi Avropadan çıxarırıq - onlar orada soyuq müharibə illərindən yerləşirlər. Biz, şərqə doğru hərəkət edirik, orada bizim ən yeni müttəfiqlərimiz yerləşiblər. Bu, o deməkdir ki, biz həm də Qara dəniz bölgəsinə doğru irəliləyirik» - ABŞ hərbçilərinin Almaniyadan çıxarılacağının elan olunmasından sonra Mark Esper bəyan edib.

«Qara dəniz bölgəsi həmin yerdir ki, Kreml oradan Suriyada, Liviyada və Şərqi Aralıq dənizində öz əməliyyatlarını aparır. İndi onlar (Rusiya) oradan Balkanlarda və Qafqazda, həm də təbii ki, Ukraynada və Moldovada baş verənlərin hamısına nəzarət edirlər» - 2015-2017-ci illərdə ABŞ-ın Avropadakı qoşunlarının komandanı olmuş Ben Hoces nazirə təkrar edib.

Vaşinqtonda hesab edirlər ki, NATO-nun Qara dənizdə güclənməsi vacibdir, ona görə ki, Türkiyə, Rumıniya, Bolqarıstan və Ukrayna donanmaları əvvəlki kimi, Rusiyanın Qara dəniz donanmasının öhdəsindən gələ bilmirlər.

Qara dəniz bölgəsində vəziyyət 2014-cü ildən - Rusiya Krımı ilhaq edəndən sonra gərginləşib. Vaşinqtonda və Brüsseldə ondan ehtiyatlanırlar ki, Moskva ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edərək, Qara dənizdə öz təsirini möhkəmlədə bilər.

İyul ayında admiral Ceyms Foqqo, Avropada ABŞ HDD komandanı bəyan edib ki, ABŞ-ın 8 hərbi gəmisi ötən il demək olar, 4 ay Qara dənizdə patrul xidməti aparıb, müttəfiqlərlə və həmkarlarla planlaşdırılmış təlimlər keçirib.

Son illər ABŞ Qara dənizdə öz iştirakını əhəmiyyətli dərəcədə artırıb. Diqqətin gücləndirilməsinə son nümunə sayca 20-ci təlimlər oldu. Yubiley təlimlərində 40-dan artıq hərbi gəmi və təyyarə, NATO üzvü olan 9 ölkədən, Ukrayna və Gürcüstandan 2 mindən artıq hərbçi iştirak edib. ABŞ gəmilərindən Qara dənizdə tez-tez «Porter» raket esminesini görmək olar. O, cari ilin 5 ayında 3 dəfə Qara dəniz sularında patrulluq edib. Onun göyərtəsində «Tomoqavk» qanadlı raketləri və «Aegis» RƏM sistemi yerləşib.

ABŞ altıncı donanmasının komandanlığı (Avropa və Qara dənizə cavabdehdir) hər dəfə belə təlimlərdən sonra adəti üzrə bəyan edir ki, onların hədəfi bölgəsel təhlükəsizliyin möhkəmləndirilməsidir. Amma bu zaman amerikalılar Qara dənizi kimlərdən qoruduqlarını deməsələr də, hamıya aydındır ki, Rusiyanı nəzərdə tuturlar.

 Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam