Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çörçillin qurmanlığı, uzun ömrü – “Səhər yeməyinə qədər viski içməyi özümə qadağan etdim”

 

 

“40 il ərzində mən həyat yoldaşımla cəmisi bir neçə dəfə yemək süfrəsi arxasında əyləşmişəm. Bu, çox dözülməz idi və bu dözülməzliyi anladıqdan sonra biz birlikdə yemək yeməyə son qoyduq”. Bu ifadələr Uinston Çörçillə aiddir. Dünyanın ən çox öyrənilən 100 şəxsiyyətindən biri olan britaniyalı siyasətçiyə...

Yenixeber.org: O, təkcə siyasətçi kimi deyil, həm də hərbçi, jurnalist, yazıçı, rəssam, özünə məxsus yumor hissi olan maraqlı bir şəxs kimi yadda qalıb. Nəhəng siyasətçini fərqləndirən cəhətlərdən biri də onun müqayəsiyəgəlməz mətbəx sevgisi olub. Bu sevgi o qədər böyük olub ki, Çörçill 8 may 1945-ci ildə yaşadığı iqamətgahın mətbəxinə keçəndə şəxsi aşbazı Landemeyerə “sizsiz bu qələbəni qazana bilməyəcəkdik” deyə minnətdarlığını bildirib.

Çörçill haqqında növbəti yazıda nəhəng siyasətçinin “nəhəng” menyusundan bəhs edəcəyik.

“Mənim dad zövqüm çox sadədir, mən yalnız yaxşı qidları sevirəm” deyən Çörçill üçün mətbəx ən vacib məsələlərdən biri olub. O, bu vacib məsələni ən gərgin vaxtlarda belə, hətta alman təyyarəçiləri 57 gün London üzərində təhlükə yaradanda da arxa palana çəkməyib.

Gərginliyini zəngin qida və çoxçeşidli alkoqollarla azaltmağa üstünlük verən Çörçill hələ gənclik illərindən bu üsuldan istifadə edib.

“Çörçillə nahar: siyasət yemək süfrəsinin arxasında” kitabının müəllifi Sita Steltser qələmə aldığı əsərdə Çörçilin I dünya müharibəsi zamanı həyat yoldaşına yazdığı məktubdan sitat gətirərək böyük siyasətçinin “nəhəng” iştah sahibi olduğunu ortaya qoyub. Çörçill həmin məktubda həyat yoldaşına yazıb:

6c0f17089ccb443bb476babe2ab83507.jpg (139 KB)

“İki yumurta, donuz əti, çörək və marmeladla qəlyanaltı edib doyduqdan sonra, geri çəkilməyə başladıq...” (məktub 1914-cü ilin oktybar ayında Çörçilli uğursuz hərbi əməliyyatda günahlandırılan zaman yazılıb).

Çörçill yemək süfrəsinin zəngin və zövqlə bəzənməsinə xüsusi diqqət yetirib. O, adətən tək yemək yeyib. Siayəsətçinin süfrəsi həmişə bayram təntənəsini xatırladıb. Süfrəyə müxtəlif ölçülərdə qab-qacaqlar, çəngəl, bıçaq, qaşıq, rəngli salfetlər düzülüb.

Siyasətçinin səhər yeməyi daha zəngin olub. O, əvvəlcə yemişdən başlayıb, sonra süfrəyə donuz əti ilə bişmiş yumurta verilib, daha sonra isə soyutma ət. O, soyutma toyuq ətini daha çox xoşlayıb. Səhər yeməyini südlü qəhvə və cemlə yekunlaşdırıb.

Yediklərini həzm etmək üçün Çörçill səhər yeməyindən sonra bir saat çarpayısında uzanaraq rahatlıq tapıb. Öz təbirincə desək, oturmaq mümkün olduğu halda ayaq üstə dayanmaq, uzanmaq mümkün olduğu halda isə oturmaq axmaqlıqdır.

winstone.jpg (128 KB)

Çörçillin qida rasionunda ət və balıq məhsulları əsas yeri tutub. Ət məhsullarına bu qədər meylli olmaına baxmayaraq, o, özünə məxsus olan fermada hər hansı bir heyvanın vurulmasına, kəsilməsinə çox aqresiv yanaşıb.

Siyasətçi ən çox fransız mətbəxinin yeməklərini xoşlayıb. Alman mətbəxinə qarşı antipatiyasını isə heç vaxt gizlətməyib, almanların turşuya qoyulmuş kələminin, soğan bağlamalarının, limon cemlərinin dözülməz olduğunu bildirib.

Artıq tanınmış siyasətçi olanda Çörçill özünə şəxsi aşbaz tutub. Xanım Landemeyer ailənin bir üzvünə çevrilib. Çörçillin həyat yoldaşı Klementina öz xatirələrində baş nazirin şəxsi aşbazı haqqında fikirlərini belə bölüşüb:

15aed445a2b3c7a2a03782261feef461.jpg (111 KB)

“II dünya müharibəsinin başlandığı ərəfədə Landemeyer bizim təklifimizi qəbul etdi. O, bizim evdə qalmaq şərti ilə işləməyə razılıq verdi. Mən buna çox sevinirdim. Çünki onun aşbazlıq məharətinə bələd idim. Landemeyer düz 15 il, 1954-cü ilə qədər bizimlə yaşadı. Onu ailəmizin bir üzvü sayırdıq. Çörçill isə ona xüsusi ehtiram bəsləyirdi...”

Sonralar Landemeyerin baş nazirin xanımının təşəbbüsü ilə Çörçillin qida menyusu haqqında kitabı işıq üzü görüb.

Məlum olduğu kimi, Çörçill alkoqollu içkilərə də laqeyd olmayıb. O, daha çox şotland viskisi və “Pol Roger” şampan şərabına üstünlük verib. İçkiyə meylli olmasına baxmayaraq, o, alkoqolun qəbulu ilə bağlı özünə qadağalar da qoyub:

“Cavan yaşlarımda alkoqol qəbulu ilə bağlı özümə qadağa qoymuşdum, günorta yeməyinə qədər bir qədəh də olsun viski içməmək qadağası. Bir az yaşlanandan sonra bu qadağanı “təkmilləşdiridim”, səhər yeməyinə qədər viski içməyi özümə qadağan etdim”.

800px-Sir_Winston_Churchill_-_19086236948.jpg (76 KB)

Sağlam həyat tərzindən uzaq olan Çörçill uzun ömür yaşayıb – 90 il. Ömrünün son illərində jurnalistin ona “Siz çıxış edən zaman zal həmişə dolu olur və siz çox böyük sevgi ilə qarşılanırsınız. Bu qürüverici faktı niyə heç vaxt dilinizə gətirmirsiniz” sualına Çörçill belə cavab verib:

“Bəli, bu qürurvericidir. Amma gözümün önünə mən öləndən sonra tabutumun başına zaldakılardan dəfələrlə çox adamın yığışdığını gətirəndə bu faktı dilə gətirə bilmirəm...”

Uinston Çörçill həmin günü əvvəlcədən hiss edib. 30 yanvar 1965-ci ildə Böyük Britaniyanın tarixində ən böyük izdiham yaşanıb. Şlyapası, siqarı və əlinin “uğur” işarəsi ilə yaddaşlara həkk olunana Çörçill Bethovenin matəm marşı altında milyonların müşayiəti ilə son mənzilə yola salınıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam