Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RÖVŞƏN ƏKBƏROVUN ƏSAS HİMAYƏDARLARI KİMLƏR OLUB?-Həbsdəki generalla bağlı sensasiyalı faktlar açıldı

 

 

“Əbiyev Qaralovla danışıb Rövşən Əkbərova cinayət işi açılmaması məsələsini həll etdi”

 

Yenixeber.org: Bu il martın 15-də həbs edilən general-leytenant, sabiq korpus komandiri Rövşən Əkbərov barəsində istintaq davam edir. O, 1 iyul 2001-ci il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlı iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.

Bu cinayət işi haqda media uzun müddət təfsilatlı informasiyalar yaysa da R.Əkbərov cinayət məsuliyyətinə cəlb edilməmişdi.

Baş Prokurorluğun yaydığı məlumata görə, 2003-cü il ildə qətldə Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib. Həmin iş üzrə Hərbi Prokurorluq və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

Nəhayət, 2020-ci il tarixdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib. Həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib. Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Beləliklə, təxminən 20 il ərzində cəzasız qalan general məsuliyyətə cəlb edilib. 

Bəs, bu müddət ərzində Azərbaycan ordusunda önəmli vəzifələr tutmuş R. Əkbərov niyə "toxunulmaz şəxs" olub, onu kimlər himayə edib? Bu barədə mediada vaxtaşırı informasiyalar dərc olunur və onların bəzilərində generalın keçmiş Müdafiə naziri Səfər Əbiyevlə daim konfliktə olduğu qeyd edilib. Bəs, bu deyilənlər həqiqətdirmi?

Ordu rəhbərliyinə yaxın və kifayət qədər məlumatlı mənbələrdən öyrənib ki, əslində R.Əkbərovun S.Əbiyevlə konfliktdə olmasına dair məlumatlar həqiqəti əks etdirmir. 

Mənbəmiz bildirir ki, əksinə, Əkbərovun karyera yüksəlişində keçmiş nazir Əbiyevin və Prezidentin hərbi məsələlər üzrə keçmiş müşaviri, keçmiş Baş Qərargah rəisi Nurəddin Sadıqovun mühüm rolu olub.

Mənbə qeyd edib ki, hələ sovet dövrü Axalkalakidə Səfər Əbiyev diviziya komandiri olarkən, Rövşən Əkbərov həmin hərbi hissədə bölük komandiri olub: "Hələ həmin vaxt onlar arasında yaxın dostluq münasibətləri yaranıb. Sonradan R. Əkbərovu Beyləqana hərbi komissarlığa göndəriblər, burada o, bölmə rəsinin köməkçisi işləyib...”

 

 

Əbiyevlə Əkbərovun münasibətləri Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha da möhkəmlənib.

Belə ki, saytımıza danışan mənbənin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ölkəyə dönən Səfər Əbiyev Naxçıvan diviziyasını qəbul etməyə göndərilib: “Rövşən Əkbərov isə həmin ərəfədə 777 saylı hərbi hissədə qərargah rəisi vəzifəsinə təyin olundu. O vaxt hərbi hissənin komandir Elçin Məmmədov içkiyə aludə olmuşdu. Ona görə də bir müddət sonra E. Məmmədovu çıxarıb Əkbərovu hərbi hissə komandiri təyin etdilər".

Mənbə xatırladır ki, bu təyinat Səfər Əbiyevin 1992-ci ildə Baş Qərargah rəisinin birinci müavini təyin olunmasından sonra baş verib: "Bundan əvvəl isə Səfər Əbiyev Rövşəni Naxçıvana aparmışdı və onu mərhum Prezident Heydər Əliyevə etibarlı komandir kimi təqdim etmişdi...".

Mənbənin sözlərinə görə, Əkbərovun karyerasında mühüm rol oynayan hadisə də məhz o, Naxçıvanda olarkən baş verib: "Rövşən Naxçıvanda olarkən Nürəddin Sadıqovun qohumu, əslən Ordubaddan olan xanımla evləndi. Oktyabr hadisələrindən sonra ona Milli Qəhrəman adı verilməsində də həmin vaxt artıq Prezidentin hərbi məsələlər üzrə müşaviri işləyən Nurədddin Sadıqovun böyük rolu oldu...

 

 Nurədddin Sadıqov

 

Çünki 1995-ci ildə Surət Hüseynovun başlatdığı Gəncə qiyamının yatırılmasında onun elə bir ciddi rolu olmamışdı. Ancaq Surət Hüseynovun qiyamını yatıran zaman Əkbərovun komandiri olduğu hərbi hissənin üç əsgəri həlak olmuşdu. 

Milli Qəhrəman adının da məhz həmin hərbçilərə verilməsi nəzərdə tutulurdu. Belə ki, bununla bağlı Prezident fərmanı hazırlanarkən mərhum Heydər Əliyev qiyamın yatırılması zamanı şücaət göstərib həlak olanlara Milli Qəhrəman, sağ qalanlara isə Azərbaycan Bayrağı Ordeni verilməsi barədə dərkənar qoymuşdu. 

Ancaq həmin vaxt Nurəddin Sadıqov həlak olanların Rövşən Əkbərovun komandiri olduğu hərbi hissənin əsgərləri olduğunu əsas gətirərək, onun da adının Milli Qəhrəman adı veriləcək şəxslərin siyahısına salınmasına nail omuşdu. O zaman bu fəxri adı verməsəydilər, bəlkə də R. Əkbərovu həbs edəcəkdilər. Çünki sonradan onun da bəzi hərbi hissə komandirləri kimi Surət Hüseynovdan pul aldığı ortaya çıxmışdı".

Saytımıza danışan mənbə Əkbərovun karyerasının ən "parlaq" səhifələrindən də söz açıb: “Özünə Əbiyev və Sadıqov kimi himayədarlar tapan Əkbərov sürətlə yüksəlməyə başladı. Bir müddət sonra Əkbərovun komandiri olduğu "777" saylı hərbi hissə briqadaya çevrildi. Qısa müddət sonra isə Rövşəni daha yüksək vəzifəyə - Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi general Məhəmməd Beydullayevə müavin qoydular. Burada maraqlı bir məqamı qeyd edim: 1998-ci ildə nazir müavinləri dura-dura idarə rəsinin müavini olan Rövşən Əkbərova general ali rütbəsi verdilər. Bunun təqdimatını Nurəddin Sadıqovun xahişi ilə Səfər Əbiyev vermişdi. Sonradan, 2002-ci ildə Rövşən Əkbərova general-leytenant rütbəsinin verilməsinin də təqdimatını Səfər Əbiyev vermişdi. Ümumiyyətlə, Rövşən Əkbərov 2011-ci ildə Şəmkir Hərbi Birləşməsinə komandir təyin edilənə qədər Səfər Əbiyevin himayəsində olub...”

 


 

Mənbənin sözlərinə görə, Səfər Əbiyevlə Rövşən Əkbərovun münasibətləri ikinci Şəmkirə göndəriləndən sonra pozulub: “Bilirsiniz ki, Səfər Əbiyevlə Şəmkirin icra başçısı mərhum Aslan Aslanovun çox yaxın münasibətləri olub. Rövşən orada bölgənin qeyri-rəsmi qubernatoru olan Aslan Aslanovla yola getmədi, ona tabe olmadı. Ona görə də tez-tez aralarında qarşıdurma yaranırdı. Əbiyev Rövşəndən Aslanovla konfliktdən çəkinməyi xahiş etsə də, Əkbərov onu dinləmədi. Yənİ, vəzifə pillələrində başgicələndirici yüksəlişdən beyni dumanlanan Əkbərov sonralar hamisi Səfər Əbiyevə qarşı da saymazlıq nümayiş etdirdi. Bundan sonra onların arasındakı münasibətlər gərginləşdi.

Baxmayaraq ki, Əkbərov bütün uğurlarını Əbiyevə borclu idi. Keçmiş nazir onu hətta hərbidə yüksəlməsi üçün Ukrayna Hərbi Akademiyasına oxumağa göndərdi, o da 2002-ci ildə oranın müdavimi oldu. Rövşən indi həbs olunduğu cinayəti də məhz Kiyevdə hərbi təhsi alarkən törətmişdi. O zaman Səfər Əbiyev əlindən gələni etdi ki, bu cinayət işi bağlansın, Azərbaycana sorğu göndərilməsin. Həmin ərəfədə Zakir Qaralov Baş prokuror vəzifəsinə yeni təyin olunmuşdu, Əbiyev onunla da danışıb Rövşən Əkbərova cinayət işi açılmaması məsələsini həll etdi."

 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam