Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya sülhməramlı qüvvələrinin mandatı haqqında-ŞƏRH

 

Azərbaycan ərazisində yerləşən Rusiya sülh məramlı qüvvələrinin mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidi

Yenixeber.org: 11 Yanvar görüşü ərəfəsində Prezident Putin gündəlikdə olan məsələləri sadalayarkən sülh məramlı qüvvələr ifadəsi işlətsə də bunu sonra xarici işlər naziri S. Lavrov illik mətbuat konfransında erməni jurnalistə cavabında daha da açıqlamağa çalışdı. Lavrov sülhməramlıların mandatının üçtərəfli formatda müzakirə ediləcəyini bildirdi. Burada üçtərfli dedikdə Lavrov Rusiya, Azərbaycan və Ermənistanı nəzərdə tutur.  Məsələnin bu cür qoyuluşu Azərbaycanda hər bir düşünən şəxsdə sual doğurur. Azərbaycanda yerləşən Rusiya qüvvələrinin statusunu biz Ermənistanla niyə müzakirə etməliyik? Burada Lavrovun baxışına görə qəribə vəziyyət yaranır.  İşğalçı Azərbaycandan qovulandan sonra yenidən gəlib Azərbaycanda yerləşən sülhməramlı qüvvələrin mandatının müəyyən edilməsində və qalib ölkənin gələcək taleyinin müəyyən edilməsində iştirak etməsi hansı məntiqə uyğundur?  Azərbaycan höküməti bu cür formata razılıq verərmi?

9 Noyabr bəyənatına görə, sülhməramlıların bölgədə nə qədər müddətdə qalıb-qalmamasına dair bənddə də Ermənistanın adı keçir.  Orada da anlaşılmazlıq hökm sürür. Əgər Azərbaycan, müəyyən müddətdən sonra Rusiya sülh məramlı qüvvələrinə ehtiyac qalmadığı qənaətinə gələrsə və Ermənistan isə onun əleyhinə olursa, o zaman necə olacaq?  Bu qeyri-müəyyənlik yaradan maddədir.  Əgər sülh məramlıların mandatı da Ermənistanın rəyi ilə müəyyən ediləcəksə, o zaman elə Azərbaycan Ermənistandan asılı vəziyyətə düşmüş olacaq.

Rusiyanın da burada təbii daha dərin maraqları vardır. Onlar mandat  məsələsini Azərbaycan və Ermənistanın əli ilə müəyyən etməklə, bizim mandatımız hər iki münaqişə tərəfinin razılığı ilə müəyyən edilmişdir demək istəyir. Və beləliklə başqa maraqlı ölkələrin və ya beynəlxalq təşkilatların hər hansı iddiasını və ya etirazını birdəfəlik olaraq bağlamaq istəyir.  İknci tərəfdən bu cür yolla Rusiya hər iki ölkə üzərində özünün uzunmüddətli nəzarətini dərinləşdirmək istəyir. Bölgədə təkbaşına söz sahibi olmaq istəyir.

Dünya təcrübəsi sülh məramlı qüvvələrin mandatını həmin qüvvələr münaqişə bölgəsinə göndərilməzdən öncə müəyyən edir. Və çox sayda ölkələrdə bu missiya parlament müzakirəsinə çevrilir. Bizim halda isə Qarabağa göndərilən hərbi qüvvələr sadəcə olaraq sülhməramlı adlandırılmışdır.  Onların gəlişini, gedişini və bölgədə hüquqi məsuliyyətlərini müəyyən edən dövlətlərarası hüquqi sənəd mövcud deyildir.  Rus hərbçilərinin indiki zamanda çətin şəraitlərdə, soyuq və şaxtada gördükləri işləri yüksək qiymətləndirməklə bərabər, indiki vəziyyət xarici ölkələrin hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə hədsiz dərəcədə həssas yanaşan Azərbaycan cəmiyyətinin getdikcə artan narazılığına aparacdır.  Əksinə, Azərbaycanın suverenliyinə hörmət və qarşılıqlı anlaşma olursa, Rusiya daha çox qazanar və həm Azərbaycanda və həm də bölgədə Rusiyanın  nüfuzunun daha da artmasına səbəb olar. Rusiyanın həqiqətən sülh yaradıcısı kimi status qazanmasına xidmət edər.

Rusiya hərbi qüvvələrinin Qarabağda sülh məramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməlidir. 9 Noyabr bəyənatının 5-ci maddəsinə görə sahədə Rus-Turk sülhməramlı mərkəzi qurulmuşdur. Və bu Mərkəz bilavasitə sülhməramlıların işinə nəzarət etmə funksiyası da daşıyır. Həm bu Mərkəzin mandatı və həm də sahədəki  rus sülh məramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir. Sülhməramlı qüvvələrin mandatı bu formatda həll olunduğu zaman 9 Noyabr bəyənatındakı Ermənistan ifadəsi də öz əhəmiyyətini itirməlidir. Çünki artıq 9 Noyabr bəyənatının bəndi  dövlətlərarası hüquqi sənədlə əvəz olunacaq.

Elxan Mehdiyev, siyasi şərhçi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam