Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Enerji Aralıq dənizindən axacaq-Türkiyə əsas rolda olacaq

 

Yenixeber.org: ABŞ-da Respublikaçıların ən böyük mətbuat orqanlarından olan The National Interest” nəşrində Şərqi Aralıq dənizi ilə bağlı yazı dərc olunub. Yazıda Şərqi Aralıq dənizi enerjinin yeni mərkəzi olaraq göstərilir, Türkiyəyə qarşı sərt yox, tarazlı münasibət bəslənilməsinin məcburi olduğu qeyd edilir, Türkiyənin əsas açar ölkə olduğu irəli sürülür.

ABŞ Hərbi Dəniz Məktəbinin müəllimi, Xarici Siyasət Tədqiqat İnstitutu və Karnegi Beynəlxalq Əlaqələr Şurasının üzvü, ABŞ-ın ən tanınmış xarici siyasət ekspertlərindən olan professor Nikolas Kirrill Qvozdev tərəfindən qələmə alınan yazıda Türkiyə barəsində də mühüm fikirlər qeyd olunub.

Milli Təhlükəsizlik

Qvozdev 2030-cu ilə qədər ABŞ və Avropa İttifaqına çatdırılacaq enerji mənbələrinin dünyanın enerji mərkəzi olan Yaxın Şərqdə deyil, Şərqi Aralıq dənizində olacağını, hal-hazırda reallaşdırılmaqda olan bu vəziyyətlə əlaqədar Türkiyəyə qarşı sərt yox, sabit tarazlıqlı mövqe tutulmasının məcburi olduğunu vurğulayıb.

2 yanvar tarixində dərc edilmiş “Tramp Karter Doktrinasından şübhələnməkdə haqlı idi, Bayden də şübhələnməldir” başlıqlı yazısında Qvozdev ABŞ-ın eks-prezidenti Cimmi Karterin meydana çıxardığı və Karterin xələfi Robert Reyqan tərəfindən inkişaf etdirilən doktrinanın Donald Tramp dövrünə qədər ABŞ-ın ən təsirli xarici siyasət doktrinalarından biri olduğunu vurğulayıb. Yazıda bu doktrinanın əhəmiyyəti belə təsvir olunuv: “1983-cü ildə ABŞ Mərkəzi Komandanlığının qurulması ilə birlikdə Karter dövründə meydana çıxarılan və  Reyqan dövründə təbii şəkildə davam etdirilən doktrinanınYaxın Şərqdə, xüsusilə də Bəsrə Körfəzindəki enerji mənbələrinin təhlükəsizliyin və bu mənbələrdən təhlükəsiz şəkildə istifadə edilməsinin ABŞ-ın materik hissəsinin mühafizə edilməsi qədər mühüm bir təhlükəsizlik məsələsi kimi qəbul edildi”.

                                “Co Bayden də bu reallıqla üzləşəcək”

Yazıda ABŞ-ın, Avropa ölkələrinin Rusiyadan asılılığını azaltmaq üçün ərəb ölkələrindəki və Şimali İraq Kürd Muxtariyyətindəki enerji mənbələrinin nəqlinin Aralıq dənizi vasitəsi ilə təmin ediləcəyi bildirilir. Professor Qvozdev yazısında ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin komandasının bu reallıqla üzləşəcəyini və hökmən Donald Trampın etdiyi kimi, diqqətini Bəsrə Körfəzindən yeni yaranan enerji dəhlizinə – Şərqi Aralıq dənizinə çevriəcəyini iddia edib.

                                      Balanslaşdırılmış siyasət aparılmalıdır

Qvozdev yazısında Türkiyənin ABŞ-ın yeni enerji konseptindəki əhəmiyyəti ilə bağlı bu ifadələri də işlədib: “2030-cu ilə qədər enerji artıq Bəsrə Körfəzindən yox, Şərqi Aralıq dənizinin üzərindən nəql ediləcək. ABŞ Kipr Yunan dövlətinin dəniz sahəsində yeni enerji və təchizat sahələrinin də olması ilə birlikdə diqqətini bu bölgənin balans və daimi təhlükəsizlikdə qalmasını təmin eləməyə yönəldəcək. Türkiyə, Kipr və Yunanıstan arasındakı gərginlik ABŞ və Avropa İttifaqı üçün “oyan” şeypuru kimi oldu. Bu bölgə artıq enerji sahəsində prioritet bölgədir və ABŞ-ın Misir, İsrail, Livan, Kipr, Yunanıstan və Türkiyə arasında qarışıq bir balans siyasəti aparmasını məcburi etməkdədir”.

Professor Qvozdev beləliklə Türkiyənin həlledici rolu öz üzərinə götürəcəyini diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam