Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan müxalifətin təzyiqinə nə qədər dözə biləcək? –BAŞ NAZİRİ İSTEFAYA GÖNDƏRMƏNİN 4 SSENARİSİ

 

Aşot Qazazyan

“Nezavisimaya qazeta”, 27.12.2020

 

Yenixeber.org: Müxalifət İrəvanda kütləvi etiraz aksiyalarını davam etdirir. Yalnız bir tələb var: baş nazir Nikol Paşinyan hökuməti ilə birlikdə dərhal istefa etməlidir. Hökumət binasının yerləşdiyi Respublika Meydanında müxalifət tərəfdarları çadır qurublar, insanlar gecə də meydanı tərk etmirlər. Ötən Cümə axşamı onlar binaya bütün giriş və çıxışları bağlamağa çalışsalar da, hökumət iclasını pozmağa müvəffəq olmayıblar. Polis etirazçıları geri çəkib və binanı dörd kordondan ibarət möhkəm bir qalaya çevirib. Etirazçılar Paşinyanın vaxtının bitdiyini başa düşməyincə meydanı tərk etməyəcəklərini söyləyirlər.

Paşinyan Azərbaycan və Rusiya prezidentləri ilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyannamə imzaladıqdan sonra Ermənistandakı daxili siyasi vəziyyət kəskinləşib. Nəticədə, tanınmamış “Dağlıq Qarabağ Respublikası” (“DQR”) yalnız 7 rayondan ibarət olan sözdə təhlükəsizlik kəmərini deyil, həm də əhəmiyyətli ərazilərini itirib. Bu günlərdə Ermənistanın Azərbaycanla dövlət sərhədləri dəqiqləşdirilir və Ermənistan silahlı qüvvələri illər ərzində möhkəmləndirilmiş bütün yeni mövqeləri tərk edirlər.

Söhbət, xüsusən də, Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən yol və bir neçə yüksəkliyin Azərbaycanın nəzarətinə verildiyi Syunik bölgəsindən gedir. Azərbaycan əsgərləri Vorotan və Şurnux kəndlərinə gələrək sakinlərdən evlərini tərk etmələrini tələb edib, əks təqdirdə, onları əsir götürüləcəklərini deyiblər.

Bundan əlavə, azərbaycanlılar Qafan hava limanından bir neçə yüz metr məsafədə cəmləşirlər. Kəndlilər indi Azərbaycan hərbçilərinin nəzarəti altında tarlalarını becərməyə məcbur olduqlarından narazıdırlar. Gorus-Qafan yolunun təhlükəsizliyinə Rusiya sərhədçiləri cavabdeh olsa da, heç kim Azərbaycan hərbçilərinin gələcəkdə necə davranacağını proqnozlaşdıra bilməz.

Həm də səlahiyyətlilər ölkənin təhlükəsizliyini heç bir şeyin təhdid etmədiyini iddia etsələr də, müxalifət Azərbaycana olan bütün bu güzəştlərin baş nazirin planlaşdırdığı “torpaq təslim etmə” olduğuna əmindir və bu, Türkiyənin çoxdankı arzusunun – yeni Turanın yaranmasına səbəb ola bilər. Syunik isə türklərin qalan Türk dünyası ilə birləşmək yolundakı əsas maneədir.

Paşinyan barışmaz müxalifətin səylərini birləşdirməklə yanaşı, hər gün sıralarını yeni tərəfdarları ilə gücləndirməsi üçün hər şeyi “edə bilib”. Müxalifətə, həqiqətən, Paşinyan “inqilabı” ilə təxminən 3 il əvvəl hakimiyyətdən uzaqlaşdırılan siyasətçilər rəhbərlik etsə də, qəzəbli insanlar küçələrə axışırlar. “Vətənin Qurtuluşu Hərəkatı”nda birləşən və hökumətin istefasını tələb edən 16 müxalifət partiyası hökumətin ölkədə nəzarəti bərpa edə bilmədiyi, lakin təslim olmadığı zaman siyasi qarşıdurmanı çıxılmaz vəziyyətə gətirmək üçün getdikcə daha da radikallaşdırmağa çalışır.

Bu gün müxalifətin əsas vəzifəsi tətil hərəkatı ilə Ermənistandakı həyatı iflic etməkdir. Müxalifət kifayət qədər nüfuzlu dairələrin – din xadimlərinin, hakimlərin, hüquqşünasların, elmi və akademik mühitin çoxunun artan dəstəyi sayəsində tərəfdarlarına qətiyyətli münasibət bəsləməyi bacarır.

Paşinyan kiminsə küçədən güclü bir siyasi qaynaq kimi istifadə etmə “patentini” əlindən alınması ilə barışa bilmir. Ancaq müharibədə ölənlər üçün 3 günlük matəm tədbirləri ilə “patenti”ni geri almağa dair uğursuz cəhdləri qalmaqallı toqquşmalarla sona çatıb və görünür, təhlükəsizlik qüvvələrinə güvənmək və vaxtı uzatmaqdan başqa şansı qalmayıb. Görünür, müharibədən sonrakı “Artsax”da və Azərbaycanla sərhəddə ehtirasların və qeyri-müəyyənliyin Rusiyanın fəal köməyi ilə yaradan qalxacağına ümid bəslənilir: insanlar tədricən gündəlik işlərinə, qayğılarına və sevilməyən iqtidarla yaşamaq vərdişlərinə qayıdacaqlar. Bu ssenari cəmiyyətin əhəmiyyətli bir hissəsinin bir tərəfdən mövcud hökumətin getməsini istəməsi, digər tərəfon ona qarşı qüvvəni rədd etməsi ilə də dəstəklənir.

Müxalifətin fəallığına baxmayaraq, etiraz aksiyaları hələ milli xarakter almayıb. İnsanlar Paşinyanda nə qədər məyus olsalar da, artıq əvvəlki hökumətin qayıtmasını istəmirlər. Müxalifət israr edir ki, hakimiyyətə kimin gəlməsi vacib deyil, qoy seçkilər bunu göstərsin, əsas budur: Dağlıq Qarabağın və Ermənistanın özünün təhlükəsizliyini təhlükəyə atan, təxminən 5 min nəfərin öldüyü müharibəyə səbəb olan insandan qurtulmaq.

Müxalifət liderləri Paşinyandan qanuni şəkildə qurtulmağın dörd yolunu göstərirlər. Birincisi, baş nazir özü istefaya gedir. İkincisi, parlament növbədənkənar iclas çağırır və Paşinyanın istefası məsələsini müzakirə edir. Üçüncüsü, Baş Prokurorluq Paşinyanı “dövlətə xəyanət” ittihamı ilə cinayət məsuliyyətinə cəlb edir. Dördüncüsü, Nazirlər Kabineti hökumət üzvlərinin 2/3 hissəsinin istəyi ilə baş nazirin vəzifəsindən kənarlaşdırılması məsələsini qaldırır.

Hələlik Paşinyan istefa etmək fikrində deyil. Hələ də hökumətə və parlament çoxluğuna güvənir və Baş Prokurorluq cinayət işinin icrasına başlamaqda səbəb görmür. Ermənistandakı böhranın uzanacağı müxalifətin fəaliyyətindən və “Vətənin Qurtuluşu Hərəkatı”nı, həqiqətən, xalq hərəkatına çevrilib-çevrilməyəcəyindən asılıdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam