Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskva Ermənistana barmaq silkələdi: “Ya Rusiya, ya ölüm”

 


Paşinyan isə Türkiyə və Azərbaycan tərəfə boylanır; Amerikanın yeni prezidenti Ermənistanı Rusiyanın caynağından qopara biləcəkmi?
Yenixeber.org: Rusiyanın “english.pravda.ru” saytında gedən  “Armenia either goes with Russia or falls into abyss of national catastrophe” (Ermənistan ya Rusiya ilə addımlayır, ya da milli fəlakətin uçurumuna yuvarlanır) adlı məqalədə bizim oxucular üçün maraqlı ola biləcək məqamlar az deyil. İnna Novikovanın qələmə aldığı yazıda bildirilir ki, Ermənistan ancaq və ancaq Rusiyanın yanında olmalıdır, olmasa, Ermənistan məhv olacaq. Əlbəttə, bu, belə deyil. Ermənistanın daha perspektivli seçimi var. Və bu variantı Baş nazir Nikol Paşinyan özü açıq şəkildə dilə gətirib: “Türkiyə və Azərbaycanla münasibətlərimizi yaxşılaşdırmalıyıq”. Maraqlıdır ki, bu məqalə Paşinyanın sözügedən bəyanatından dərhal sonra ortaya çıxıb.

Zəruri bir haşiyə çıxaraq qeyd edək ki, Rusiya bütün varlığı ilə Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasına qarşıdır. Çünki bu yaxınlaşma Rusiyanın Cənubi Qafqazla birdəfəlik vidalaşması anlamına gəlir. Real vəziyyət belədir ki, Ermənistan, Azərbaycan və Türkiyə Rusiyanın Cənubi Qafqazda olmasını istəmirlər. Gürcüstan isə dünəndən Rusiyaya arxa çevirib; Avropa Birliyi, ABŞ və NATO-ya daha da yaxınlaşmağa can atır.

Azərbaycan və Ermənistan rəhbərliyi əla bilirlər ki, Rusiya Dağlıq Qarabağ probleminin heç bir ölkənin xeyrinə həll olunmasını istəmir. Ümumiyyətlə, bu problemin çözülməsi Rusiyaya sərf etmir. Moskvanın istədiyi odur ki, hər iki ölkə Dağlıq Qarabağa görə bir-biri ilə sonsuzluğa qədər düşmən olaraq qalsın. Qarabağ kartından sui-istifadə edən Rusiya isə həm Ermənistana, həm də Azərbaycana qarşı təzyiq mexanizminə sahib olsun. Bu barədə dəfələrlə Qərbin müxtəlif Beyin Mərkəzləri yazıb, elə Ermənistan və Azərbaycan üçün də Rusiyanın bu yanaşmasında sirr sayıla biləcək bir şey yoxdur.

Yenidən sözügedən məqaləyə qayıdaq. Orada yazılıb ki, Azərbaycan 30 il əvvəl itirdiyi əraziləri geri qaytarıb, buna görə də özünü qalib hesab edir. Bütövlükdə eyforiya içindədir. Azərbaycanın Türkiyə ilə birlikdə Bakıda keçirdiyi hərbi parad həmin bu təntənənin təzahürü  sayılmalıdır.

RUSİYA ÇƏTİN SEÇİM QARŞISINDA – Moskva Ermənistana görə Azərbaycanı tam  itirməyi göz önünə ala bilərmi? | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Məqalədə bizim müxalifəti cin atına mindirəcək bir cümlə də var. Tarixə ekskurs edən müəllif yazır: “The Popular Front of Azerbaijan came to power, which was guilty of failures at the front and territorial losses that Azerbaijan suffered.” (Cəbhədəki uğursuzluqlarda və Azərbaycanın ərazi itkilərində günahkar olan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi)
Daha sonra müəllif vurğulayır ki, Azərbaycandan fərqli olaraq Ermənistan məğlubiyyətin acısını yaşamaqdadır. Nokol Paşinyan isə məğlubiyyətin rəmzinə çevrilib. Ancaq müxalifət onu istefa verməyə məcbur edə bilmir. Niyə? Axı Nikol Paşinyan Azərbaycanın diktəsi ilə hazırlanmış sənədə imza atıb. Nikol Paşinyanın iqtidarda qalmasının əsas səbəbi Ermənistan ordusuna bağlıdır. Ordu ona qarşı çıxmadı. Paşinyan deyir ki, mən generalların təkidi ilə sülh anlaşmasına imza atdım. Yəni, bu işə görə həm də ordu rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanda aksiyalar səngimək bilmir - VİDEO

Ermənistan ordusu və təhlükəsizlik nazirliyinin Nikol Paşinyanın müdafiəsinə qalxması Baş nazirə öz iqtidarını davam etdirmək üçün münbit şərait yaradır: “Müxtəlif hesablamalara görə, Ermənistan əhalisinin 54-58 faizi Nikol Paşinyanı müdafiə edir. Xalq əvvəlki administrasiyalardan narazıdır. Paşinyan bir çox iri həcimli korrupsiya cinayətlərinin üstünü açdı. Ona görə də acı məğlubiyyətə baxmayaraq xalq onu müdafiə edir. Camaat istəmir ki, korrupsionerlər yenidən iqtidara qayıtsın. Bundan başqa, Paşinyan öz partiya üzvləri tərəfindən də dəstəklənir. Onun partiyası isə parlamentdə çoxluğa sahibdir”.
Müəllif iddia edir ki, Vladimir Putin Nikol Paşinyanın iqtidarda qalmasına imkan yaratdı. Belə ki, Rusiya prezidenti bəyan etdi ki, Paşinyan cəsarətli addım atdı. Ermənistanın əvvəllər nəzarətdə saxladığı əraziləri təslim edərək müharibəni bitirdi. Putin bu bəyanatla ona işarə etdi ki, Rusiya Paşinyanın dərhal istefa verməsində israr etməyəcək.

Nə qədər qəribə də olsa məqalədə İrəvandakı ABŞ səfirliyinin Nikol Paşinyana verdiyi dəstək haqqında bir kəlmə də yoxdur. Bəlli faktdır ki, ABŞ-ın dünya üzrə ən böyük səfirliklərindən biri (90.469 kv.m) İrəvanda yerləşir. Nikol Paşinyanın qəzəbli kütlədən qorunmaq üçün günlərlə ABŞ səfirliyində qalması haqqında isə bir çox xəbər agentlikləri məlumat yayıb. Heç şübhəsiz ki, rəsmi Vaşinqtonun Nikol Paşinyanın iqtidarda qalmasına dəstək verməsi onun xilasında önəmli rol oynayıb. Ancaq rusiyalı müəllif bu önəmli faktorun üstündən bilərəkdən sükutla keçib. Sirr deyil ki, Amerikada, xüsusən Los-Ancelesdə yarım milyon erməni yaşayır və bu şəhəri bəzən “balaca Ermənistan” adlandırırlar. Ermənilərin ən güclü diaspor təşkilatları da Amerikada yerləşir. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden də ermənilərə yaxınlığı ilə seçilir. Azərbaycana qarşı bədnam 907-ci düzəlişin müəlliflərindən biri də odur. Yeni administrasiya Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəsəyəcəkmi? Bu realdır və mümkündür. Bunun üçün Ermənistanı Rusiyanın caynağından qoparmaq lazımdır. Amerika bunun öhdəsindən gələ bilər. Bunun üçün rəsmi Vaşinqton Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını təmin etməlidir. Yuxarıda vurğuladığımız kimi, Nikol Paşinyan buna meyllidir. Amerika istəsə, buna asanlıqla nail ola bilər. Bəllidir ki, Nikol Paşinyan Qərbə bağlı siyasətçidir və ölkəsini var gücü ilə Rusiyadan qurtarmağa çalışır. Əgər ABŞ bu palana start versə, Cənubi Qafqazdakı siyasi səhnədə əsas rolu oynayan aktyor tezliklə dəyişəcək. Özü də birdəfəlik.  

Elbəyi Həsənli, Sürix

https://english.pravda.ru/world/145397-armenia_azerbaijan/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam