Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə-Fransa savaşı: Liviya, Suriya, Şərqi Ağdəniz və Cənubi Qafqazda sarsıdıcı məğlubiyyətlər

 


Fransa dini və etnik münaqişələri qızışdırmaqla, yeni “səlib yürüşü”nə liderlik etdiyini biruzə verməyə çalışır... Ancaq Tramp administarasiyasının Fransaya “sarı jilet” geyindirməsi bu ölkənin bütün dünyaya meydan oxuyacaq gücdə olmadığını təsdiqlədi... Türkiyə isə toqquşduğu bütün regionlarda Fransaya sarsıdıcı məyusluq yaşatdı...

Yenixeber.org: Fransa fəallaşıb. Həm də, rəsmi Parisin fəallığı mənfi məzmun daşıyır. Belə ki, Fransa hazırda dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət etmir. Əskinə, rəsmi Paris hazırda daha çox beynəlxalq siyasət məkanında xaosa yol aça biləcək davranışları ilə diqqəti çəkir.

Məsələ ondadır ki, son aylarda Makron hakimiyyətinin atdığı bir çox addımlar dünyada dini və etnik zəmində gərginliyin artmasına münbir şərait yaratmaqdadır. Buna misal olaraq, Fransada müsəlmanların açıq-aşkar təhqir olunmasını göstərmək olar. Çünki bu təhlükəli qalmaqalın məhz Makron administrasiyasının sanksiyası ilə baş verdiyi artıq heç kəsdə ciddi şübhələr doğurmur.

fransa etiraz.jpg (108 KB)

Əlbəttə ki, Fransa dünyanın nüfuzlu dövlətlərindən biridir. Bu ölkədə baş verən dini və etnik qarşıdurmaların yaxın gələcəkdə əvvəlcə Avropaya, daha sonra isə bütün dünyaya yayılma təhlükəsi kifayət qədər realdır. Hər halda, Fransa kimi nüfuzlu ölkələrdə baş verənlərin başqa ölkələrdəki analoji dünyagörüşlü qruplaşmalar üçün örnək rolunu oynaya biləcəyi qətiyyən istisna deyil.

Ona görə də, Fransanın son illərdəki davranışlarının əhəmiyyətsiz addımlar hesab etmək doğru olmazdı. Rəsmi Parisin dünyada pozuculuq siyasəti yürütməsinin beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən nəzərə alınması q     ətiyyən yersiz olmazdı.

Xüsusilə də, bütün dünyaya “demokratiya dərsi” keçən və Fransanın da aparıcı üzvlərindən olduğu Avropa Birliyinin rəsmi Paris tərəfindən atılan antibəşəri addımlara qətiyyətli reaksiya verməsi lazımdır. Halbuki, Avropa Birliyi bu məsələdə müəmmalı şəkildə susmaqdadır. Görünür, Avropa Birliyində Fransanın antibəşəri davranışlarını dəstəkləyən qüvvələr daha ön planda mövqe tutmaqdadırlar.

Ona görə də, belə anlaşılır ki, Fransa bu davranışlarını hələ bir müddət davam etdirmək imkanlarına malikdir. Görünən odur ki, rəsmi Paris dünyada yeni “səlib yürüşü”nün avanqard qüvvəsi rolunu öz üzərinə götürməyə çalışır.

makron-tramp.jpg (45 KB)

Maraqlıdır ki, Fransanın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olması da, rəsmi Parisə dünyada haqq və ədalətin boğulmasında yardımçı faktor rolunu oynayır. Çünki rəsmi Paris məhz bu statusundan yararlanmaqla, üçüncü dünya ölkələrinin haqqının tapdanmasında xüsusi fəallıq göstərə bilir.

Halbuki Fransa nə qədər nüfuzlu ölkə ölsa da, hər halda dünyaya bu qədər meydan oxuya biləcək gücdə dövlət də deyil. Bunun belə olduğu Fransanın ABŞ-a “buynuz çıxartmağa cəsarət etdiyi” dönəmdə necə aciz duruma salınmasıyla, artıq sübuta yetirilib.

Məsələ ondadır ki, Fransanın gücünü düzgün qiymətləndirməyən prezident Emmanuel Makron ABŞ-ı güncə sıxışdırmaq ideyasına müəlliflik etməyə çalışdı. NATO-ya alternativ olaraq, Avropa ordusu yaratmaq iddiasında oldu. Tramp administrasiyasının bir neçə sərt xəbərdarlığını “qulaqardı”na vurdu.

Nəticədə, Ağ Ev administrasiyası bütün Fransaya “sarı jilet” geyindirdi. Bu ölkəni iştişaşlar poliqonuna çevrildi. Rəsmi Paris Ağ Evin “tərs şapalağı” qarşısında geri çəkilmək məcburiyyətində qaldıqdan sonra isə prezident Donald Tramp E.Makrona xitabən “Mən Fransada səndən daha nüfuzluyam. Hətta səninlə seçki yarışına girsək, Fransada sən yox, mən prezident seçilərəm” deməklə, onu və ölkəsini aşağıladı.

cumhurbaskani-erdogan-fransa-cumhurbaskani-ile-9657312_134_m_896.jpg (53 KB)

Bütün bunları nəzərə aldıqda, Fransanın son illərdə bir qayda olaraq, “öz zərif çiyinlərini qaldıra bilməyəcəyi ağır beynəlxalq yüklərin altına verdiyini” də düşünmək olar. Fransanın Türkiyəyə qarşı beynəlxalq rəqabətinin mövcud nəticələrinə diqqət yetirdikdə də bu reallıq açıq-aşkar sezilir.

Məsələ ondadır ki, Fransa Türkiyənin İraq ərazisinə hərbi kontingent yeridərək, PKK-ya qarşı əməliyyatlar keçirtməsinə əngəl törədən ölkələrin arasında ön sıralarda yer alırdı. Ancaq rəsmi Ankara Fransanın etirazlarına heç əhəmiyyət belə, vermədi. PKK-ya qarşı genişmiqyaslı əməliyyatları reallaşdırdı.

Fransa Liviyada da Türkiyənin qarşısına çıxamağa çalışdı. Ancaq yenə də nəticə uğursuz oldu. Türkiyə Liviyaya hərbi kontingent yeritdi və Fransa dəstəklədiyi üsyançı silahlı dəstələrə sarsıdıcı zərbələr endirdi.

Rəsmi Paris Türkiyənin Suriya ərazisində PKK/YPG terror qruplaşmasına qarşı əməliyyatlarına da israrla müqavimət göstərirdi. Yenə də rəsmi Ankara Fransanın “bağırtılarını” ciddiyə almadı. Fransa Türkiyə qarşısında növbəti geopolitik məğlubiyyətlə barışmalı oldu.

Fransa-dan-Dogu-Akdeniz-manseti-Turkiye-geri-dondu,2020-09-20-12-25-20.jpeg (91 KB)

Şərqi Akdəniz bölgəsindəsə, Fransa əsl geopolitik biabırçılıqla üzləşdi. Belə ki, Türkiyənin enerji resursları qaynaqlarına sahiblənərək, supergücə çevrilmə ehtimalından xoflanan rəsmi Paris əvvəlcə Yunanıstanı təhrik edərək, irəli verməyə çalışdı. Yunanıstanın Türkiyə qarşısında duruş gətirə bilməyəcəyini anladıqdan sonrasa, rəsmi Ankaranın əleyhinə özünün də birbaşa qatıldığı “Akdəniz ittifaqı” qurdu.

Ancaq yenə də məğluniyyətlə üz-üzə qaldı. Hətta rəsmi Ankaraya “hərbi əzələ” nümayiş etdirmək üçün Türkiyə donanmasına yaxınlaşan Fransa hərbi gəmisinin kapitanının Yunanıstan gəmilərini köməyə çağırarkən dedikləri dünya gündəmini əsas mövzusu oldu: “Üzərimizdə nə olduğunu anlamadığımız cisimlər dolaşır. Kömək edin”. İndi dünyada bəzi hərbi mütəxəssislər Fransa gəmisini qaçmağa məcbur edən həmin “cisimlər”in nə olduğunu aydınlaşdırmaq üçün baş sındırmaqda hələ də davam edirlər.

Nəhayət, Fransa Türkiyədən növbəti sarsıdıcı zərbəni məhz Cənubi Qafqaz regionunda aldı. Belə ki, rəsmi Paris Ermənistanı Azərbaycanla hərbi münaqişəni bərpa etməyə təhrik etdi. Əvvəlcə iyul ayında Ermənistan Azərbaycanın əsas beynəlxalq enerji xətlərininin keçdiyi Tovuz rayonu istiqamətində hərbi avantüraya əl atdı. Və Azərbaycan ordusunun sarsıdıcı hərbi zərbələrindən sonra geri çəkilmək məcburiyyətində qaldı.

Sentyabr ayındasa, Fransanın dəstəyinə arxayın olan Ermənistan Azərbaycanı müharibəyə təhrik etdi. Amma bu dəfə də böyük uğursuzluq baş verdi. Belə ki, Azərbaycan ordusu Ermənistanın silahlı dəstələrini darmadağın elədi. Və Türkiyə bu savaş dönəmində Azərbaycana intensiv siyasi dəstək verdi.

806x378-son-dakika-azerbaycan-cumhurbaskani-aliyev-acikladi-turkiye-azerbaycanda-us-kurabilir-1602769840134.jpg (50 KB)

Yekun nəticədəsə, Fransanın Cənubi Qafqazda savaş vəziyyəti yaradaraq, Ermənistan üzərindən regiona nüfuz etmək cəhdləri boşa çıxdı. Üstəlik, savaşın nəticələri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik missiyasını arxa plana keçirtdi. İndi həmsədrlər artıq tam şəkildə oyundankənar vəziyyətdə olduqlarından Fransanın Cənubi Qafqazla bağlı yeganə təsir mexanizmi də artıq mövcudluğunu itirmək üzrədir.

Hətta həmsədrlərin missiyasi davam etsə belə, Fransanın bu modeldə iştirakının mümkünlüyü artıq ciddi şübhələr doğurmaqdadır. Çünki Cənubi Qafqazda hazırda münaqişənin nizamlanması prosesində qarşıduran tərəflərlə yanaşı, yalnız Türkiyə və Rusiya iştirak edir.

Bu baxımdan, Türkiyənin Fransanı Cənubi Qafqaz regionundan tamamilə sıxışdırıb, çıxartdığını iddia etmək üçün ciddi əsaslar olmamış deyil. Fransa prezidenti E.Makron erməni fondunu ziyarət edərkən ölkəsinin Cənubi Qafqazda cərəyan edən proseslərə təsir imkanlarını itirdiyini dolayısı da olsa, etiraf edib: “Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycan ərazisidir. Suveren dövlətin daxili işinə qarışmaq olmaz”.

Bu açıqlama ilə E.Makron Fransanın Ermənistana dəstək məsələsində aciz duruma düşdüyünə haqq qazandırmağa çalışıb. Eyni zamanda, bunu həm də Fransa prezidentinin öz ölkəsinin Cənubi Qafqazdakı geopolitik proseslərdən kənarda qalmasından məyusluğunun ifadəsi kimi də dəyərləndirmək mümkündür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam