Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Rusiyaya təslim oldu-ŞƏRH

 Ermənistan Kremlin bütün şərtlərinə razı olmaqla, Moskvanın təzyiqini Azərbaycana qarşı yönəltməyə çalışır

Yenixeber.org: Müharibənin davam etdiyi bir ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri vasitəçilərin təşəbbüsü ilə üçüncü dəfə Çenevrədə bir araya gəliblər. Bundan əvvəl oktyabrın 9-da Moskva, 23-də Vaşinqtonda baş tutmuş müzakirələr uğursuz olub. ABŞ dövlət katibi və həmsədrlərlə ayrı-ayrılıqda görüşən Ceyhun Bayramov Zöhrab Mnatsakanyan ilə üz-üzə gəlmək istəməyib. Çünki Ermənistan Vaşinqtona Bakını qane edəcək hər hansı təkliflə gəlməyib. Mnatsakanyanın Vaşinqtonda verdiyi bəyanatlardan məlum oldu ki, İrəvanın əsas məqsədi Minsk Qrupu həmsədrləri vasitəsilə Azərbaycanı atəşkəsə məcbur etməkdir.

Rəsmi Bakının mövqeyi əvvəldən ayındır: Ermənistan işğal altında olan bütün əraziləri tərk etməlidir, bundan sonra substantiv danışıqlara başlamağa dəyər. Ermənistan isə tədricən müharibədən əvvəlki sərt mövqeyini xeyli yumşaltsa da, Azərbaycanın tələblərini icra etmək niyyətində deyil. İrəvan prosesdə daha çox Rusiyanın maraqlarını təmin etməyə çalışır və bu yolla Moskvanı özü üçün müdafiə qalxanına çevirmək istəyir.

Xatırladaq ki, Moskva görüşünün yekununda qəbul olunan razılaşmada baş nazir Nikol Paşinyanın oyuncaq Qarabağ rejiminin danışıqlarda iştirakı barədə tələbi əks olunmamışdı. Bu günlərdə Qərb mətbuatına müsahibə verən Paşinyan daha bir məsələdə geri çəkildiyini nümayiş etdirib. O bildirib ki, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi münaqişənin optimal həll yolu ola bilər. Paşinyanın bu açıqlaması bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinin “Qarabağ məsələsi 5+2 formatında həllini tapmalıdır” bəyanatı ilə üst-üstə düşür. Bu təklifin mahiyyəti 5 rayonun Azərbaycana qaytarılması, sülhməramlıların bölgəyə yerləşdirilməsi, Qarabağa müvəqqəti statusun verilməsindən sonra Laçın və Kəlbəcərin Azərbaycana qaytarılmasından ibarətdir. Dağlıq Qarabağın statusu isə növbəti mərhələyə saxlanlır. Yenilənmiş Madrid prinsiplərinə görə, bölgənin statusu səsvermə ilə həll olunmalıdır.

Rusiyanın da mövqeyi əvvəldən məlumdur: Qarabağ münaqişəsi elə bir formada həllini tapa bilər ki, Moskva regionda dominant rolunu, münaqişə tərəflərinə nəzarət imkanlarını əlində saxlaya bilsin. Bu məqsədin əsas təminatı isə Azərbaycana ərazilərinə sülhməramlı adı ilə qoşunların yerləşdirilməsidir. Döyüşü uduzan Paşinyan əvvəlki anti-Rusiya mövqeyindən geri çəkilərək Kremlin bütün şərtlərini qəbul etməklə Azərbaycanı Moskvanın sərt təzyiqləri ilə üz-üzə qoymaq istəyir. Son vaxtlar Azərbaycan rəsmilərinin verdikləri açıqlamalardan məlum olur ki, Rusiyadan ciddi basqılar var. Prezident İlham Əliyev əcənəbi mediaya müsahibəsində bunu açıq şəkildə ifadə edib və Rusiya rəhbərliyinə suallar ünvanlayıb.

Paşinyanın yenidən Rusiya boyunduruğuna girməsinin səbəbi anlaşılandır: Ermənistan müharibədə ciddi məğlubiyyətə uğrayıb və Azərbaycan Ordusuna müqavimət imkanları günü-gündən tükənir. İrəvanda artıq başa düşürlər ki, Rusiyanın passiv dəstəyi və öz resursları hesabına Azərbaycanı dayandırmaq mümkün olmayacaq. Vaxt azalır, Xankəndinin, Şuşanın ətrafında döyüşlər gedir, bu şəhərlərin itirilməsi Ermənistanın kapitulyasiyası deməkdir. Bu təkcə Qarabağın itirilməsi demək deyil, erməni separatçılarının təbirincə desək, bütövlükdə Ermənistan üçün qaranlıq perspektiv vəd edir. Ona görə, Paşinyan komandası ziyanın yarısından qayıdıb, Rusiyanın hərbi əməliyyatlara açıq müdaxiləsini təşkil etmək üçün əlindən gələni etməyə çalışır.

Bu ssenaridə Azərbaycan Türkiyənin birmənalı dəstəyinə arxalanır. Bir neçə gün əvvəl Rusiya prezidenti ilə telefonda danışan Türkiyə prezidenti R.T.Ərdoğan ona qırımızı xətləri keçməmək barədə xəbərdarlıq edib. Yəni Moskva Ermənistana açıq hərbi dəstək verəcəksə, Türkiyə də birbaşa döyüş əməliyyatlarına qoşulacaq. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı F-16 döyüş təyyarələri ilə bağlı açıqlaması da Rusiyaya xəbərdarlıq məqsədi daşıyırdı. Prezident bildirmişdi ki, üçüncü tərəfin prosesə müdaxiləsi halında F-16 təyyarələri havaya qalxacaq.

Rusiyanın bundan sonrakı reaksiyası necə olacaq, Türkiyə ilə hərbi toqquşma riskini nəzərə almayıb, Ermənistana açıq hərbi dəstək verəcəkmi? Bu suala hələlik birmənalı cavab vermək çətindir. Amma Moskanın Suriyada Türkiyənin dəstəklədiyi üsyançıların təlim bazasına raket zərbələri endirməsi iki ölkə arasında münasibətlərin gərginləşməsindən xəbər verir. Orası aydındır ki, Putin Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasındakı rolunu qəbul etmək istəmir. Doğrudur, diplomatik ritorikada bu ifadələr var, amma Rusiya prezidenti münaqişənin həlli üçün 5+2 formatını təklif edirsə, deməli, Ankaranı həmin masada görmək istəmir.

Beləliklə, aydın olur ki, Azərbaycanın, Ermənistanın, Türkiyə və Rusiyanın münaqişənin həlli ilə bağlı mövqelərində üst-üstə düşən məqamlar yoxdur. O zaman Cenevrə danışıqlarından da bir nəticə gözləməyə dəyməz. Azərbaycan prezidenti bir neçə gün əvvəl müzakirələrdən ciddi nəticə gözləmədiyini ifadə etmişdi. Əksər müşahidəçilər də danışıaqların hərbi əməliyyatların dayandırılmasına, atəşkəsə səbəb olmayacağını düşünürlər. Prosesin dönüş nöqtəsi Azərbaycan Ordusunun Laçın və Şuşa istiqamətində apardığı əməliyyatların uğurla başa çatması ola bilər. Rusiyanın fakt qarşısında qalması danışıqların forma və məzmununu kökündən dəyişəcək.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam