Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırıla bilərmi?-ŞƏRH

 

Yenixeber.org: Sentyabrın 27-də cəbhə bölgəsində döyüşlər başlanandan bu yana erməni tərəfinin Azərbaycanda mülki əhali və obyektlərə hücumu nəticəsində 61 dinc sakin həlak olub, 282 nəfər isə xəsarət alıb. Bundan əlavə, 1846 ev, 90 yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu statistik məlumatı Baş Prokurorluq oktyabrın 19-da günorta saatlarında yaymışdı. Statistikanın açıqlanmasından az sonra məlum oldu ki, Ağdamın Bənövşələr qəsəbəsinə top mərmisinin düşməsi nəticəsində 4 nəfər xəsarət alıb. Onların arasında AzTV-nin əməkdaşı da var. Ardınca isə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində top atəşi nəticəsində “Pambıq emalı zavodu” MMC-nin Tərtər filialında yanğın barədə xəbər yayıldı.

Müharibələr zamanı mülki əhalinin hüquqlarının müdafiəsi üçün qaydalar müəyyənləşdirilib. Bu qaydalar beynəlxalq humanitar hüququn əsasını təşkil edir və beynəlxalq konvensiyalarda əksini tapıb. Mülki şəxslərə, sıradan çıxmış hərbi qulluqçulara (əsirlər) qarşı rəftarla bağlı məsələlərdə əsasən 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarına istinad olunur. Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriya, raket hücumları nəticəsində mülki əhalinin öldürülməsi, əmlaklara ziyan vurulması birbaşa Cenevrə Konvensiyasının pozulmasıdır. Bu halda, həm ziyan çəkən vətəndaşlar, həm də dövlət həmin cinayətləri törədən ölkəyə qarşı hüquqi müstəvidə iddia qaldıra aça bilər.

Bu barədə hüquqşünas Emin Abbasov bildirdi ki, Ermənistanın mülki şəxsləri və cəbhə bölgəsindən kənarda yerləşən tikililəri hədəfə almasıyla əlaqədar Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilməz. Çünki Azərbaycan bu Məhkəmənin yurisdiksiyasını tanımır. Bu, Ermənistana da aiddir. Amma Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilə bilər:

“Belə hücumlar nəticəsində zərər görmüş şəxslər – özü yaralanmış, qohumu həlak olmuş, yaxud əmlakına ziyan dəymiş şəxslər araşdırma üçün həm yerli qurumlara, həm də Avropa Məhkəməsinə şikayət edə bilər. Avropa Məhkəməsi araşdırma aparacaq ki, hərbi hücuma məruz qalmış mülki şəxslərin hüquqları pozulub, yoxsa yox. Bu zaman araşdırılacaq ki, Ermənistanın bu hücumları nə dərəcədə humanitar hüquqa uyğun olub, onlar hansı əsasla mülki obyektləri və şəxsləri hədəfə alıblar? Məsələn, Ermənistandan cavab istəniləcək ki, niyə Gəncədə evləri hədəfə almışdı?”

Hüquqşünasın sözlərinə görə, vətəndaşlarla yanaşı, dövlət özü də şikayət edə bilər. Dövlətlərin bir-birini məhkəməyə verməsi təcrübəsi var. E.Abbasov qeyd etdi ki, BMT-nin ayrı-ayrı komitələrinə də fərdi qaydada, mülki, hüquqi şəxslər olaraq, şikayət etmək mümkündür.

Azərbaycan və Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasında olmasa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin ora çıxarılması üçün bir istisna hal var. “BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin təklifi ilə hər hansı faktlar, şikayətlərlə bağlı Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilər. Məsələn, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı sentyabrın 27-dən sonra olan hadisələr araşdırılsın. Bu halda, Beynəlxalq Cinayət Məhkəməsi araşdıra bilər. İndiyədək təcrübədə belə hal olub. Amma Dağlıq Qarabağ məsələsi ilə bağlı nə dərəcədə real olub-olmadığını deyə bilmərəm”, – deyə hüquqşünas söylədi.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirildi ki, mülki əhali və obyektlərə ermənilərin hücumu nəticəsində baş verənlərlə bağlı operativ şəkildə tədbirlər görülür:

“Lazım olan bütün hüquqi addımlar atılır. Bu barədə detalları ictimaiyyətə açıqlamağı uyğun bilmirik. Hansı məlumatlar açıqlanmalıdırsa, onu rəsmi məlumatlarımızda yayırıq”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, hər bir fakt sənədləşdirilir, materiallar toplanır. O qeyd edib ki, mülki əhaliyə hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam