PUTİNLƏ ƏRDOĞANIN ARASINDAN QARA PİŞİK KEÇİB? –Türkiyə prezidentinə yaxınlığı ilə tanınan yazar sirri açdı
Raqib Soylu
“Middle East Eye”, 05.10.2020
Yenixeber.org: “Rusiya, əlbəttə ki, strateji tərəfdaşdır. Vaşinqtona getməyin neçə saat çəkərdi? Moskvaya getmək nə qədər vaxt aparar? – deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən 2 il əvvəl bir məclisdə məndən soruşdu. – Boru kəmərlərindən nüvə reaktorlarına qədər ortaq strateji investisiyalarımız var. Müdafiə sənayesində ortaq maraqlarımız var, ikitərəfli ticarət, turizm və s. sahələrdə əməkdaşlıq artır”.
O zaman Ərdoğan və rus vəzifədaşı Vladimir Putin arasındakı münasibətlər yüksək nöqtədə idi. Hər iki ölkə üçün ortaq strategiya formalaşdırmaq naminə tez-tez telefon danışıqlarından zövq alırdılar. Bəzən Putin yalnız özü üçün olan xüsusi hesabatları şəxsən Ərdoğana təqdim edirdi – etibar səviyyəsi yüksəkliyə çatmışdı.
Türkiyə ilə Rusiyanın dostluq münasibətləri qurması qeyri-adi sayılırdı, çünki on illərdi bir çox məsələlərdə “razılaşmaq və ya razılaşmamaq” meyli vardı. Ancaq Ərdoğanla Putin arasında inkişaf edən münasibətlər müstəsna idi, xüsusən də, 2015-ci ildə Türkiyənin rus təyyarəsini vurmasından sonra bir-birinin boğazını üzməyə hazır olduğunu nəzərə alsaq.
Ərdoğan Qərbdən məyus olub və 2016-cı il çevriliş cəhdindən sonra müstəqil xarici siyasət yürüdüb. Putinlə birlikdə Ərdoğanın, Suriya böhranı kimi, ortaq maraqları var idi; hər iki ölkə ABŞ-ın suriyalı kürdlərə dəstəyini məhdudlaşdırmaq üçün hərbi qüvvədən istifadə edib. Moskva tədricən ərazilərə nəzarəti ələ keçirərək, Suriya rejimini xilas etmək üçün çalışıb və ABŞ buna mane olub.
Ankara üçün Kürdüstan Fəhlə Partiyasının (PKK) ABŞ tərəfindən dəstəklənən Suriya qolu sərhəd boyu təhlükə və Suriya müxalifətinin artıq vətəndaş müharibəsində qalib gəlmək vəziyyətində olmadığı da aydın idi. Bütün şimal sərhədində “PKK dövləti”nin yaranmasının qarşısını alarkən, qaçqın böhranını dayandırmaq üçün yeni bir strategiyaya ehtiyac vardı.
ABŞ prezidentlərindən və rəsmilərindən fərqli olaraq, Rusiya lideri vədlərinə əməl edir və mübahisəli “S-400 müdafiə sistemi satışından boru kəməri layihələrinə qədər bir çox sahədə əməkdaşlıq edib.
Bu günə qədəm qoyaq. Türkiyə indi üç ayrı-ayrı ölkədə, Şimali Afrikadan Yaxın Şərq və Qafqaza qədər uzanan ərazidə Rusiyaya qarşı regional mübarizəyə girir. Türk pilotsuz təyyarələri hər üç münaqişə bölgəsində Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini məhv edir.
Liviya böhranı
Ərdoğanla Putin arasındakı güvən azalması iki ölkənin bir-birinə qarşı çıxmasında mühüm rol oynayıb. İkitərəfli münasibətlərdə ilk çatlar, yanvar ayında, Putinin Liviyada vəd edilmiş atəşkəsi təmin edə bilməməsi ilə ortaya çıxmağa başlayıb. Liviyanın Milli Birlik Hökuməti (MBH) razılığa gəldikdən sonra general Həftər Moskvadakı zirvəni qəfildən tərk, lakin Putin onu hərbi cəhətdən dəstəkləməyə davam edib.
Daha sonra qəzəbli Ərdoğan mediaya verdiyi açıqlamada Rusiyanın “Wagner Group” muzdlularını yerləşdirərək Həftər qüvvələrinə rəhbərlik etdiyini söyləyib. Bu ilin əvvəlində MBH-ya qoşulan qüvvələr Həftərın Tripolini mühasirəyə almasına son qoyub, Putin daha çox döyüş təyyarələri və suriyalı muzdlular yerləşdirməklə, neftlə zəngin Sirti qoruyub.
Ancaq Putin və Ərdoğan arasındakı münasibətlər fevral ayında Suriya böhranının şiddətlənməsindən sonra daha çox soyumağa başlayıb. Suriya rejimi və onun rus tərəfdaşları İdlibi, son müxalifət qalasını qoruyan kövrək atəşkəsə son verib. Ərdoğanla keçən ilin oktyabr ayında imzalanan müqavilə Türkiyə Suriya torpaqlarının böyük bir hissəsini suriyalı kürd milislərindən təmizləmək üçün əməliyyatlara başladığı zaman bitib.
Buna cavab olaraq Donald Tramp həmin əraziləri Rusiyanın nəzarətinə verərək ABŞ qüvvələrinin Suriyanın şimalından çıxarılmasını əmr edib. Bununla da Türkiyə Rusiyaya əsas təsir gücünü itirib. Putinin ABŞ-ın Suriyadakı varlığını tarazlaşdırma üçün Türkiyəyə artıq ehtiyacı yox idi, çünki Vaşinqton otaqdan çıxmışdı.
İdlib eskalasiyası
Rusiya İdlibdə vəziyyəti gərginləşdirməyə davam edib, bəzən əlavə ərazilər ələ keçirmək və son müxalifət qalasını götürmək məqsədi ilə hücumlar edib. Mart ayında Suriya və Rusiyanın İdlibə hücumları artdıqca, Türkiyənin müşahidə postları Ankaranın müttəfiq qüvvələri tərəfindən gücləndirilməyə başlayıb.
Döyüşlər atdıqda Ərdoğan Putinə zəng edib, amma nəticəsiz. Ərdoğan hücumun dayandırılmasını istərkən, Ankara İdlibdən HTŞ kimi radikal ünsürləri qovmağı bacarmadığı üçün Putin Suriya ordusunun terrorla mübarizə əməliyyatı keçirməsi mövqeyi tutub.
Ərdoğan itirilmiş əraziləri geri almaq üçün hərbi cavab verəcəyi ilə hədələyib. Telefon zəngləri gərgin keçib. Heç bir tərəf geri çəkilməyib və ilk dəfə Putin gözlərini qırpmayıb.
Növbəti günlərdə Ankaranı ziyarət edən Rusiya nümayəndə heyəti Türkiyənin şimal sərhədində qurduğu nəzarəti təsirli şəkildə təhdid edərək, türk rəsmilərdən Afrindən çəkilmələrini istəyib.
Fevral və mart aylarında baş verən qarşıdurma 59-dan çox türk əsgərinin ölümünə səbəb olub. Türk səlahiyyətlilər Rusiya hava qüvvələrinin hücumunun onlarla türk əsgərinin öldürülməsində birbaşa məsuliyyət daşıdığına inanırlar.
Ərdoğan iki ayağını bir başmağa dirəyib, ancaq Türkiyədəki “Covid-19” pandemiyası ilə bağlı artan narahatlıqlar fonunda əks-hücumu dayandırıb. O, Putinin Ankaranın humanitar böhran və Türkiyəyə qaçqın dalğası ilə bağlı əsas narahatlıqlarına əhəmiyyət vermədiyini başa düşüb.
Həmin vaxtdan bəri Vaşinqtonla əlaqə qurub, “S-400” sistemlərinin aktivləşdirilməsini dayandırıb, çox ehtiyac duyulan ventilyasiya və digər tibbi avadanlıqların göndərilməsi üçün ABŞ-a xüsusi ixrac sərbəstliyi verib.
Tarazlığın pozulması
İndi Ərdoğan və Putin çətin ki, bir-birləri ilə danışsınlar. Rus diplomatlar və türkiyəli vəzifədaşları nadir hallarda hər hansı bir mövzuda anlaşma əldə edirlər.
Ancaq Ərdoğanın Suriyada və Liviyada həyata keçirtdiyi əməliyyatlar türk ordusuna əvvəllər heç olmayanan bacarıq qazandırıb. Dronlar və etibarlı şəxslərin istifadəsi İdlibdə və Liviyada tarazlığı dəyişdirib.
Buna görə də, Türkiyə işğal altında olan Qarabağla bağlı son Ermənistan və Azərbaycan qarşıdurmasında birbaşa iştirak edib. Bu dəfə Bakı kömək istəyəndə, Ərdoğan geri çəkilməyib. O, Putinin türk mənafelərinə qarşı addımlarından daha çox həyəcanlanır, Ankara xarici əməliyyatlarında daha etibarlı görünür.
Nəhayət, Ərdoğan Putinin simasında “rus ayısı”nı görüb və indi Moskvanı narahatedici şəkildə hərəkət edir, çünki Rusiyanın artıq türk maraqlarına biganə olduğuna inanır.
Tərcümə: Strateq.az