Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyada Qarabağa sülhməramlıların yeridilməsi barədə təkliflər artır

 

 Moskvanın bu mərhələdə özünü tərəfsiz aparmasının səbəblərindən biri də budur, çünki sülhməramlıların gəlməsi üçün Azərbaycanın razılığı lazımdır

Yenixeber.org: Rusiyada Dağlıq Qarabağ münaqişəsi zonasına bu ölkənin sülhməramlı qüvvələrinin yeridilməsi təklifi getdikcə daha çox səslənməyə başlayıb.

Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Dmitri Novikov bildirib ki, bölgəyə yalnız Rusiya sülhməramlıları yeridilməlidir:

“İki münaqişə tərəfinin olduğu bir vəziyyətdə, mən düşünürəm ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarından başqa kimisə cəlb etməyə ehtiyac yoxdur”.

Novikov əlavə edib ki, Rusiya iki xalq arasında probemin həllində maraqlıdır. “Biz, tələb olunduğu halda, sülhməramlı fəaliyyətlərdə iştirak etməsək və yalnız siyasi deklarasiyalarla kifayətlənsək, çox qəribə olardı”, – deyə o, söyləyib.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Viktor Vodolatski isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən optimal variantı Dnestr (Moldova) təcrübəsidir:

“Oraya Rusiya sülhməramlı qüvvələri yeridildi və dərhal toqquşmalar dayandı, normal həyat başladı. Rusiya üçün həm Ermənistan, həm də Azərbaycanın eyni əhəmiyyətdə olduğunu nəzərə alsaq, BMT mandatı əsasında Rusiya sülhməramlı kontingenti orada rahat şəkildə yerləşə və məsələnin həllinin təminatçısına çevrilə bilər”.

Açıqlamalarda diqqət çəkən əsas məqam budur ki, Rusiya parlamentarları Ermənistana açıq dəstək nümayiş etdirmədən Azərbaycanla onun arasında bərabərlik işarəsi qoyurlar. Rusiya siyasi rəhbərliyi də hərbi əməliyyatlar başlayandan indiyədək neytral mövqe sərgiləməyə çalışıb və Qərb dövlətləri kimi, müharibənin dayandırılmasının zəruriliyini vurğulamaqla kifayətlənib. Rusiya Ermənistana İran üzərindən silah, hərbi texnika göndərməyə davam etsə də, siyasi müstəvidə özünü tərəfsiz vasitəçi kimi aparır. Ermənistan bu ana qədər Rusiyadan gözlədiyi dəstəyi ala bilməyib. Bu, o deməkdir ki, Moskva münaqişənin həlli prosesində dominant mövqeyini qorumaq və söz sahibi olmağa davam etmək niyyətindədir. Çünki o, Ermənistanı açıq şəkildə dəstəkləsə, Azərbaycanda xeyli sarsılmış etibarını tamamilə itirə bilər, bu isə öz növbəsində Moskvanın bir vasitəçi kimi çəkisini və nüfuzunu itirməsi demək olar. Belə olan halda, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin münaqişə zonasında yerləşdirilməsinə razılıq verməz. Rusiyalı siyasətçilərin təmkinli açıqlamalarını, Kremlin hazırkı mərhələdə nisbətən neytral növqe tutmasını bununla izah etmək olar.(pressklub)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam