Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ və Qərb “Batka”nı xərcləyir: Belarusda “Lukaşenko erası” sona çata bilər

 


 Belarus prezidenti hakimiyyətin təhvil-təsliminin qarşılığında konkret şərtinin olduğuna yönəlik üstüörtülü mesajlar verməyə başlayıb... “Batka” ona şirnikləndirici siyasi-iqtisadi vədlər verən ABŞ və Qərbin “ikibaşlı oyunları” qarşısında çaşqın duruma düşüb...

Yenixeber.org: Belarusda ölkədaxili gərginlik öz aktuallığını qoruyub, saxlamaqdadır. Belə ki, avqustun 9-da keçirilmiş növbəti prezident seçkilərindən sonra bu MDB dövlətində ölkədaxili siyasi böhran yaranıb. Və Belarus seçiciləri səsvermənin nəticələrinə israrla etiraz edirlər.

Məsələ ondadır ki, Belarus MSK-sının elan etdiyi rəsmi nəticələrə görə, prezident Aleksandr Lukaşenko seçicilərin 80 fazi səsini toplayaraq, dövlət başçısı statusunu qorumağa nail olub. Hətta bir sıra dövlətlərdən növbəti dəfə prezident seçilməsi ilə bağlı təbrikləri də qəbul edib.

Ancaq Belarus müxalifəti MSK-nın elan etdiyi bu nəticə ilə qətiyyən razı deyil. Müxalif siyasi qüvvələr iddia edirlər ki, MSK seçkinin nəticələrini Belarus prezidenti A.Lukaşenkonun xeyrinə saxtalaşdırıb. Ona görə də, tələb edirlər ki, seçkilərin rəsmən elan olunmuş nəticələri ləğv edilməlidir və yenidən səsvermə keçirilməlidir.

p08nsn91.jpg (60 KB)

Təbii ki, “Batka” müxalifətin bu tələbi ilə qətiyyən razı deyil. O, özünü ölkənin qanuni prezidenti hesab edir və geriyə çəkilmək niyyətində olmadığını bəyanlayır. Bu isə Belarusda ölkədaxili situasiyanın gərginləşməsinə yol açmaqdadır.

Onu da qeyd edək ki, artıq beş həftədir, Belarusda siyasi qarşıdurma hökm sürməkdədir. Müxalifət və bu siyasi düşərgəni dəstəkləyən xalq kütlələri “Batka”nı, eləcə də bütün hökuməti istefaya çağıran şüarlarla kütləvi etiraz aksiyalarını davam etdirməkdədir.

Eyni zamanda, aksiyaçıların əsas tələbləri arasında aksiyaçılara qarşı zorakılığa yol vermiş hüquq-mühafizə orqanlarının təmsilçilərinin dərhal cəzalandırılması da yer almaqdadır. Halbuki bu tələbin reallaşması indiki situasiyada o qədər də inandırıcı görünmür.

Maraqlıdır ki, bir müddət öncəyə qədər müxalifətin davranışlarına və tələblərinə qarşı aqressiv reaksiya verən “Batka”nın mövqeyində müəyyən tərəddüdlər də müşahidə edilməyə başlayıb. Xüsusilə də, onun Rusiyanın baş naziri Mixail Mişustin ilə Minskdə keçirdiyi görüşdən sonra vəziyyətin nisbətən dəyişməyə başladığı nəzərə çarpır.

464.jpg (130 KB)

Düzdür, Rusiyanın baş naziri M.Mişustin ilə keçirilən görüşün jurnalistlərə açıq hissəsində “Batka” özünəinamlı görüntüsü ilə diqqəti çəkib. O, hətta siyasi rəqiblərinə yönəlik hədələyici açıqlamalarla, meydan oxumaqdan belə, çəkinməyib: “Bu ölkəni mən qurdum. İllərlə zəhmət çəkdim, Belarusu indiki səviyyəyə gətirdim. İndi kimlərsə, mənim böyük zəhmətlə qurduqlarımı bir anda dağıtmaq istəyirlər. Hər kəs əmin olsun ki, belə şey olmayacaq. Mən buna imkan verə bilmərəm. Bu ölkəni heç kimə təhvil verməyəcəm”.

Ancaq Rusiya baş naziri M.Mişustinlə görüşün bağlı qapılar arxasında keçirilən hissəsindən sonra “Batka”nın aqressiv, hədələyici ritorikası nisbətən dəyişməyə başlayıb. “Batka” bir anda kompromislərə qarşı olmayan dövlət başçısı roluna girməyə cəhd edib.

Belə anlaşılır ki, Rusiyadan gələn yüksək rütbəli qonaq bağlı qapılar arxasında “Batka”nın ümidlərini doğrultmayıb. Ona Kremlin mövqeyini əks etdirən sərt mesajlar çatdırılıb. Və bu mesajların məzmunu böyük ehtimalla “Batka”nı yenidən düşünmək məcburiyyətində buraxıb.

Təbii ki, Kremldən verilən sərt mesajların məzmunu hələlik “Batka”nın özündən və yaxın ətrafından başqa kimsəyə məlum deyil. Bununla belə, “Batka”nın Kremldəki uzunmüddətli siyasi müttəfiqlərinin etimadını artıq itirdiyi heç kəsə sirr deyil. Hər halda, “Batka”nın Belarusu Ukraynanın açdığı “cığır”la aparmaq həvəsinə düşməsi Rusiyanı qətiyyən məmnun edə bilməzdi. Və 2018-ci ildən üzübəri onun atdığı addımlar, Qərbə doğru dartınması Kremlin həmişə sabit qalan dəstəyinin tamamilə itirilməsi ilə nəticələnib.

regnum_picture_158073813857055_normal.jpg (56 KB)

Digər tərəfdən, “Batka”nı müxtəlif şirnikləndirici siyasi-iqtisadi vədlər verərək, Rusiya ilə məsafə saxlamağa təhrik edən ABŞ və Qərb hazırda Belarusda baş verənləri ən yaxşı halda, susqunluqla müşahidə edir. ABŞ və Qərb susqunluğunu pozduğu hallardasa, səsləndirilən siyasi bəyanatların məzmunu əsasən “Batka”nın əleyhinə yönəlmiş olur. Yəni, ABŞ və Qərb müəyyən mənada, “Batka”nı həm narazı xalqın, həm də ona etimadını tükətmiş Rusiyanın qarşısında yalqız buraxıb.

Bütün bunları nəzərə aldıqda, Belarus prezidentinin “siyasi labirintə” düşdüyünü də düşünmək olar. Kremldən dəstəyini itirib, ölkədaxili dayaqları sarsılıb, verdiyi vədlərə xilaf çıxan ABŞ və Qərbin “ikibaşlı oyun”ları qarşısındasa, çaş-baş duruma düşüb.

Belə durumda müxalifət düşərgəsi Belarusda “Batka” erasını sona çatdırmaq üçün real fürsət qazanmış kimi görünür. Prezident seçkilərində “Batka”nın əsas rəqibi olmuş Svetlana Tixanovskaya isə ölkəni tərk etmək məcburiyyətində qalsa da, öz fəaliyyətini davam edir. Belə ki, o, AŞPA-da çıxış edərək, Belarus prezidentinə qarşı təzyiqlərin artırılmasına çağırıb: “Belarusda milyonlarla insanın hüquqlarının tapdanmasına və qürurlarının əzilməsinə bütün dünyanın seyrçi qalması yolverilməzdir...”

Digər tərəfdənsə, Belarus müxalifəti ölkədə xalq durjinaları və özünümüdafiə dəstələrinin yaradılmasına başlayıb. Müxalifət düşərgəsi bununla OMON-dan qorunmağı və Belarusun iri şəhərlərində küçə və meydanları tədricən nəzarət altına almağı planlaşdırır. Və bu, müəyyən mənada, Belarusda “Maydan hərəkatı”na bənzər “məxməri inqilab” ssenarisinin işə salınması anlamına gəlir.

img.jpg (143 KB)

Onu da qeyd edək ki, “Batka” artıq bütün bu baş verənləri ciddiyə almağa başlayıb. Belə ki, o, bir müddət öncə əlində avtomatla görüntülənməsinə yenidən izah verməklə, xalqın qəzəbini nisbətən yumşaltmağa çalışıb. O, bildirib ki, bu, xalqa meydan oxumaq niyyəti daşımayan bir mesaj idi və birmənalı şəkildə Belarusun xarici düşmənlərinə ünvanlanmışdı: “Mən heç yerə qaçmadığımı və ölkəmizi düşmənlərdən qorumağa hazır olduğumu hər kəsə anlatmaq məqsədi güdürdüm. Ümid edirəm ki, məqsədimə çatmışam”.

Nəhayət, “Batka” artıq müqavimət deyil, kompromis tərəfdarı olduğunu da bəyanlayıb. O, bildirib ki, Belarusda növbədənkənar prezident seçkilərinin keçirilməsi də mümkündür: “Mən qətiyyən buna qarşı deyiləm. Ancaq bunun üçün mütləq bəzi şərtlərin yerinə yetirilməsi vacibdir”.

Maraqlıdır ki, növbədənkənar prezident seçkiləri üçün “Batka” Belarusda Konstitusiya islahatlarının keçirilməsini əsas şərt olaraq, görür. Onun fikrincə, əvvəlcə yeni Konstitusiyanı qəbul etmək lazımdır: “Bunu onlar (müxalifət) da tələb edirdilər. Deməli, əvvəlcə yeni Konstitusiyanı qəbul etməyimiz lazımdır. Yalnız bundan sonra növbədənkənar prezident seçkiləri barədə müzakirələr açmaq olar”.

_113955726_belarusstatetvreuters.jpg (99 KB)

Göründüyü kimi, “Batka” artıq növbədənkənar prezident seçkilərinin keçirilməsini istisna etmir. Ancaq belə anlaşılır ki, o, yeni Konstitusiyanın qəbulu ilə özü üçün hansısa toxunulmazlıq güzəştləri qazanmaqda da israrlıdır.

Müxalifət düşərgəsi onun bu mövqeyinə və şərtinə reaksiya verməyə hələlik tələsmir. Bununla belə, Belarusda “Batka”nın erasının sona çatmaq üzrə olduğunu düşünmək üçün müəyyən əsaslar da olmamış deyil.

Böyük ehtimalla “Batka” ABŞ və Qərbin onu “xərclədiyini” artıq anlamağa başlayıb. Kremldə isə onun imdadına yetişməyə qətiyyən həvəs göstərmirlər. Deməli, geriyə yeganə çıxış yolu kimi, yalnız gələcəyə yönəlik toxunulmazlıq təminatı qazanaraq, sakitcə kənara çəkilmək qalır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam