Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Belarus XİN:“Xarici tərəfdaşlarla dialoqa hazırıq”

Belarus XİN:  “Xarici tərəfdaşlarla dialoqa hazırıq”
Belarus seçkilərdən sonrakı vəziyyəti xarici tərəfdaşlarla müzakirə etməyə hazırdır.
Yenixeber.org: Bunu ölkənin Xarici İşlər naziri Vladimir Makey isveçrəli həmkarı İqnasio Kassis ilə telefon danışığı zamanı deyib.

"Belarus seçki kampaniyası və ondan sonrakı hadisələrin inkişafı ilə bağlı bütün məsələlər üzrə xarici tərəfdaşlarla konstruktiv və obyektiv dialoqa hazırdır”, - deyə nazir bildirib.

Qeyd olunub ki, telefon danışığı bu gün İsveçrə tərəfinin təşəbbüsü ilə baş tutub.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkinin qalibi hazırkı prezident Aleksandr Lukaşenko elan edilib. Seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam