Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Heydər Əliyev Mərkəzində Veniamin Smexovun mühazirəsi keçiriləcək

 

Heydər Əliyev Mərkəzində Veniamin Smexovun mühazirəsi keçiriləcək

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində tanınmış rusiyalı teatr və kino aktyoru, televiziya tamaşaları və sənədli filmlər rejissoru, ssenarist Veniamin Smexovun mühazirəsi keçiriləcək.

  Yenixeber.org:Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, “İşıq saç hər zaman” adlı gecədə o, məşhur rus şairləri Vladimir Mayakovski, Aleksandr Blok və Boris Pasternakın yaradıcılığından danışacaq, şeirlərini səsləndirəcək.

Veniamin Smexov onlarla film və seriala çəkilib. Onun “Dartanyan və üç muşketyor” filmində (1978) yaratdığı Atos obrazı isə bunların sırasında ən yadda qalanlardandır. Bu ekran əsəri çox şöhrət qazanmış və davamı çəkilmişdi: “Muşketyorlar 20 ildən sonra” (1992), “Kraliça Annanın sirri və ya muşketyorlar 30 ildən sonra” (1993) və “Muşketyorların qayıdışı yaxud kardinal Mazarininin xəzinəsi” (2009). Veniamin Smexov dörd layihənin hamısında iştirak edib.

Veniamin Smexovun fəal məşğul olduğu sahələrdən biri də ədəbiyyatdır. O, bir sıra bədii və publisistik kitabların müəllifidir. Daha çox nəsr əsərləri yazan Veniamin Smexovun teatra həsr etdiyi məqalələri qəzet və jurnallarda dərc olunur. O, həmçinin müxtəlif mövzularda mühazirələrlə çıxış edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam