Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın 50 milyard dolları ötən maliyyə "yastığı" var

 

Azərbaycanda milli valyutanın məzənnəsinin dəyişməsi qlobal iqtisadiyyatda baş verən proseslərə təbii reaksiyadır.
"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Eldar İsmayılov deyib.
Onun sözlərinə əsasən, bu, manatın məzənnəsinin adi dəyişməsidir və qlobal iqtisadiyyatda baş verən makroiqtisadi proseslərə təbii reaksiyadır: "Manat buna reaksiya verməyə bilməz, lakin manatın zəifləməsindən danışmaq düzgün deyil".
E.İsmayılov qeyd edib ki, Rusiya və digər qonşu ölkələrdə baş verən proseslərin analogiyasını Azərbaycana tətbiq etmək lazım deyil: "Azərbaycan iqtisadiyyatı olduqca sabit və davamlı struktura malikdir. Və manatın məzənnəsinin əhəmiyyətli dəyişməsi mümkün deyil. Azərbaycanın 50 milyard dolları ötən maliyyə "yastığı" var. Niyə insanları yanlışlığa sövq edirlər? Çaxnaşma ən böyük düşməndir və onu bizə kənardan yeridirlər".
Ekspert əlavə edib ki, manatın məzənnəsinin dəyişmələri olacaq, lakin Azərbaycan Mərkəzi Bankı və hökumət spekulyasiya fəaliyyətlərinə yol verməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam