Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Manatın ucuzlaşması pensiya təminatında problem yaratmayacaq"

 

Manatın məzənnəsinin aşağı düşməsi pensiya təminatında heç bir problem yaratmayacaq.

"Xeberinfo.com":  APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. “Ümumiyyətlə iqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı baş verənlər pensiya sisteminə heç bir təsir göstərmir. Çünki pensiya sisteminin bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmləri var.

Bunlar baza iqtisadiyyatı sistemində pensiya sistemini mənfi fiskal təsirlərdən, o cümlədən inflyasiyanın qorunması mexanizmini ifadə edir. Bu gün DSMF-nin göstəricilərinə diqqət yetirdikdə neftin qiymətinin dəyişməsi iqtisadiyyatda baş verən digər proseslərin təsir etmədiyini müşahidə edə bilərsiniz. Fond il ərzində qrafik üzrə pensiya maliyyələşməsini vaxtından əvvəl yerinə yetirib”, - deyə fond sədri bildirib. E. Mehdiyev deyib ki, cari ilin həm yanvar, həm də fevral ayında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam