Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Bankdan daha bir "manat" açıqlaması

 

"Digər ölkələrdən fərli olaraq, Azərbaycanın tədiyyə balansında defisit yox, profisit var".

"Xeberinfo.com":   APA-ya istinadən məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev bildirib.

X. Abdullayevin sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur. "O ölkələrdə kəskin dəyişmələr olur ki, orda tədiyyə balansında valyuta daxil olmalarının kəskin azalması və yaxud defisitə keçmə ehtimali olur. Bizim tədiyyə balansı hələ ki, tarazlaşdırılmış vəziyyətdədir. Bu baxımdan düşünmürük ki, manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas var. Valyuta bazarında tam tarazlıq var. Bu gün valyuta bazarında valyutaya tələbat stabilləşib. Təklif kanallarında da stabilləşmə var. Bu tarazlıq baxımdan düşünmürük ki, bugünkü günə manatın məzənnəsinin ciddi dəyişməsinə əsas var”, - sədr müavini deyib.

Üzən məzənnə siyasətinə keçidə gəlincə, X. Abdullayev bildirib ki, AMB-nin ortamüddətli dövr üçün manatın məzənnəsinin çevikliyinin artırılması ilə bağlı yol xəritəsi var: "Düşünürük ki, ortamüddətli dövrdə bu yol xəritəsini uğurla reallaşdıra biləcəyik. Lakin bu il və gələn il üçün manatın məzənnəsinin neft qiymətləri və tədiyyə balansında kəskin dəyişməsinə zərurət görmürük". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam