Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əli Məsimli manatın məzənnəsindən danışdı

 

“2015-ci ildə Azərbaycanda inflyasiya aşağı səviyyədə olacaq və 5 faizi ötməyəcək”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnə siyasətinin ölkədə istehlak qiymətlərinin artmasına təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, AMB düzgün siyasət yürüdə bilsə, inflyasiya 5 faiz olacaq: "Əks təqdirdə, bu göstərici 7-8 faiz səviyyəsinə çatacaq".

Ə.Məsimli qeyd edib ki, ölkədə dolların məzənnəsinin artması ixracın artmasına yardım edir: "Çünki manatın zəifləməsi nəticəsində malları istehsal etmək sərfəli olacaq və dünya bazarında yerli məhsulların rəqabət qabiliyyəti güclənəcək".

Deputat əlavə edib ki, manatın dollara nisbətdə məzənnəsinin yüksək olduğu dövrdə bir çox Azərbaycan məhsulu eyni keyfiyyətdə olan əcnəbi analoqları ilə müqayisədə daha baha qiymətə idi: "Buna görə də onların dünya bazarlarına çıxması çətinləşirdi, lakin manatın ucuzlaşması onları dünya bazarlarında əlçatan edir. Bununla belə, sahibkarlara xarici bazarlara çıxmaq üçün şərait yaratmaq lazımdır".

Qeyd edək ki, 4 gün ərzində (manatın zəifləməyə başlamasından) dollar) 0,17 faiz bahalaşaraq 0,7857 manata çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam