Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dollar ajiotajı davam edir: Böyük banklar da satışı dayandırdı

 

Bakıda bu gün də dollar qıtlığı var. Paytaxtdakı valyutadəyişmə məntəqələrində yenə dollar ajiotajı yaşanır

"Xeberinfo.com":  Məlumata görə, Valyutadəyişmə məntəqələrində ya dollar yoxdur, ya da var, amma satmırlar. Hətta böyük banklar belə dollar satmaqdan imtina edir.
Bəzi banklar müştərilərinə krediti dollarla versə də valyutadəyişmə məntəqələrində dollar satmır.
Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov xalqı sakit olmağa çağırdı. E.Rüstəmov Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir amilin olmadığını dedi.
Lakin vətəndaşlar yenə də risk etmək istəmir. Dünəndən eitbarən valyutadəyişmə məntəqələrinə üz tutan vətəndaşların sayı bu gün də çoxdur. Heç kim nağd pulunu manatda saxlamaq istəmir.
Vətəndaşların dollara tələbatının artması işbazların da işinə yarayıb. Bəzi valyutadəyişmə məntəqələri dolları baha qiymətə satmağa başlayıb.
Virtualaz.org saytının müxbirləri bu gün səhər saatlarından etibarən şəhərin mərkəzindəki bir neçə valyutadəyişmə məntəqəsində olub və özlərini dollar almaq istəyən müştəri kimi təqdim edib.
Paytaxtın Dilarə Əliyeva, 28 may, Rixard Zorge küçələrindəki valyutadəyişmə məntəqələrində aldığımız cavablara əsasən dünənki vəziyyətdir - dollar yoxdur. Dünən də dollar qıtlığı yaşayan bu məntəqələrdə bu gün ümumiyyətlə dollar yoxdur.
28 may küçəsindəki valyutadəyişmə məntəqəsinin sahibi deyir ki, günün ikinci yarısından sonra dolların olması gözlənilir.
“Bank of Baku”nun Puşkin küçəsindəki filialı da dollar satışını dayandırıb. Əldə etdiyimiz məlumata görə, “Bank of Baku” ümumiyyətlə dollar satışı həyata keçirmir.  
“ATAbank”ın Zərifə Əliyeva küçəsindəki filialında da “dollar yoxdur” cavabını aldıq.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, son iki ayda 78,44 qəpik olan dollar indi 78,80 qəpikdir. Dollar valyutadəyişmə məntəqələrində alıcılara fərqli qiymətlərlə təklif olunur.  
Azərbaycanın ən çox müştəriyə sahib olan banklarından biri sayılan “Unibank”dan isə virtualaz.org saytına verilən məlumatda bildirildi ki, manatın məzənnəsinin aşağı düşməsi və vətəndaşların dollar almağa çalışması onların fəaliyyətində heç bir dəyişiklik yatarmayıb.
Məlumatda bildirilir ki, “Unibank” krediti həm manatla, həm də dollarla verməkdə davam edir. Bu, müştərinin seçimindən asılı olur.
“Unibank”ın filiallarında dolların alqı-satqısı ilə bağlı da heç bir problemin olmadığı bildirildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam