Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MƏRKƏZİ BANK MANATI UCUZLAŞDIRIR

 

Manatın dollardan asılılığından imtina edildi

"Xeberinfo.com":  Xəbər verdiyimiz kimi, Azərbaycan manatının kursunun dollardan asılılığından imtina edilib. Məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. AMB-dən APA-ya verilən məlumata görə, məzənnə siyasətinin ABŞ dollarının və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

“Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində alyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək”, – deyə məlumatda vurğulanır.
4ghHəmçinin AMB-nin İdarə Heyəti sədri Elman Rüstəmov “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan Mərkəzi Bankı manatın dollardan asılılığını azaldacaq: “Büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir. Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”.
Bununla belə, E.Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. Baş bankir qeyd edib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank “bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq”.
AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: “Burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək”.
E.Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: “Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır”.
Ölkənin baş bankiri bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 milyard dollar həcmində vəsait xərcləyib.
Ekspertlər isə Mərkəzi Bankın bu qərarını manatın ucuzlaşması qərarı hesab edirlər.

Vuqar_Bayramov 0021-0019“Reallıq bundan ibarətdir ki, Mərkəzi Bank manatın məzənnəsinin stabilliyinin saxlanması üçün əlindən gələni edir. Bu, sosial baxımdan əhəmiyyətlidir, amma nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın intervensiya xərcləri 1,5 milyard dollardır və hər ay pul dövriyyəsinə 1,5 milyard dollar vəsait çıxararaq manatı strelizasiya edir. Mövcud şərait göstərir ki, Mərkəzi Bankın valyuta ehtiyatları uzunmüddətli dövrdə manatın məzənəsinin stabilliyini qoruyub saxlamağa imkan verməyəcək”. Bu fikirləri modern.az-a iqtisadçı Vüqar Bayramov manatın məzənnəsi ətrafında cərəyan edənlərə aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, birmənalı şəkildə manatın məzənnəsinin aşağı düşəcəyini də söyləmək çətindir: “Mərkəzi Bank hələ ki faktiki olaraq çalışır ki, manatın məzənnəsindəki stabilliyi qoruyub saxlasın. Devalivasiya ilə bağlı qərar kifayət qədər ölçülü olmalıdır. İndiki halda məzənnənin necə olacağını proqnozlaşdırmaq çox çətindir.
Biz əslində manatla olan əmanətlərin indefikasiya sistemini təklif edirdik. Ümumiyyətlə, Mərkəzi Bank dollara olan tələbatın qarşısını almaq üçün addımlar atmalıdır. Dollara olan tələbat eyni zamanda kommersiya banklarında əmanət kimi saxlanılan manatın və onların dollara çevrilməsi nəticəsində yaranır. Mərkəzi Bank ən azı sığortalanan manatla olan əmanətləri indefikasiya edərsə, bu praktik olaraq dollara olan tələbatın kəskin azalmasına və Mərkəzi Bankın intervensiya xərclərinin hiss edilən qədər azalmasına gətirib çıxara bilər. Hələlik Mərkəzi Bank dollara olan tələbatın azaldılması üçün real addımlar atmır.
Bu gün ölkə prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bankın valyuta səbəti prinsiplərindən istifadə etməsi müəyyən qədər fikir formalaşdırmağa imkan verir ki, Mərkəzi Bank ən azı avroya nisbətən məzənnənin müəyyənləşdirilməsində mövcud dəişiklikləri nəzərə alacaq. Səbət prinsipinin tətbiq edilməsi hələlik devalivasiyanın olacağı anlamına gəlmir”.
Ekspertin fikrincə, Mərkəzi Bankın iki yolu var: ya dollara tələbatın azalması üçün addımlar atmalı, ya da manatı yumşaq devalivasiya etməklə valyuta bazarındakı gərginliyin müəyyən qədər azalmasına nail olmalıdır.
Manatın məzənnəsini qoruyub saxlamaq mümkün olmazsa, nə baş verəcək?
İqtisadçı bildirib ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var: “Manatın məzənnəsi aşağı salınarsa, Azərbaycanın qeyri-netf ixracatı stimullaşacaq, ölkədaxili məhsulların daha rəqabətli olmasına, həmçinin büdcə daxilolmalarına gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, ölkədə ixracatının 95 faizi strateji məhsullardan ibarətdir. Məhsullar dollarla satılır, bunun üçün də manatla devalvasiya büdcəyə daxilolmaların həcmini artıracaq.
pensiaMənfi cəhətlərinə gəldikdə, sosial baxımdan arzu olunan deyil. Xüsusilə də manatla ifadə olunan əmək haqqı, pensiyaların dəyərinin azalmasına səbəb olacaq.
Digər tərəfdən, nəzərə alsaq ki, kredit portfelinin bir qismi manatladır, bu bank gəlirlərinə mənfi cəhətdən təsir göstərəcək. Çünki banklar krediti manatla verir. Vətəndaşların banklarda əmanətləri var. Əmanətlərin dollara nisbətdə dəyəri azalacaq. Eyni zamanda, vətəndaşlar manatla kredit götürüblər. Nəzərə alsaq ki, əmanətlərin 63 faizi manatla saxlanılır, bunların dollarla ifadəsi ucuzlaşmaya səbəb olacaq”.
1391079524_mll-bank-vahd-ehmedov-kredtler.mpg_000048720Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da modern.az-a deyib ki, mümkün qədər manatın məzənnəsini stabil saxlmağa davam etmək lazımdır, amma qorunmasa daha yaxşıdır: “Manatın məzənnəsinin saxlanması üçün müəyyən təkliflər irəli sürülür. Məzənnənin qorunub saxlanmasının iki tərəfi var: birincisi, Azərbaycan əhalisi üçün böyük əhəmiyyət kəsb etdiyindən bunu maksimum qoruyub saxlamaq lazımdır. Amma yumşaq metodla məzənnəni bazar səviyyəsinə gətirib çıxarmaq lazımdır.
Yaxud, dəhliz müəyyən etmək lazımdır ki, manatın məzənnəsi qorunub saxlanılsın.
Düzdür, məzənnənin saxlanılmasına külli miqdarda vəsait sərf edilir. Bu baxımdan qorunmaması daha yaxşı olardı. Amma əhalinin alıcılıq vəziyyətini nəzərə alaraq maksimum qorumaq lazımdır. Əgər məzənnənin aşağı salınmasına qərar verilsə, bunu da yumşaq şəkildə etmək lazımdır ki, əhali zərər görməsin”.
İqtisadçı-deputat gec-tez manatın məzənnəsinin aşağı salınacağını da istisna etməyib:“Manatın məzənnəsinin aşağı salınması gec-tez olmalıdır. Çünki qonşu dövlətlərdə gedən proseslər bunu diqtə edir. MDB məkanında manat yeganə valyutadır ki, nəyin hesabına olmasına baxmayaraq stabilliyini qoruyub saxlayır. Digər valyutaların hamısı 30, 40, hətta 70 faiz dəyərdən düşüb”.

4Vİqtisadçı Samir Əliyevin sözlərinə görə, bivalyuta səbəti manatın ucuzlaşması deməkdir: “Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: Hökuməti manatın yumşaq ucuzlaşdırılmasına start verdi. Əslində, bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank son iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq (təxminən 20-30 faiz), ya da tədricən ucuzlaşdırmaq yolunu tutmalı idi. Göründüyü kimi, ikinci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi. Bu gün artıq manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq, davam edəcək”.

manat_0m51114Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövr üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq, avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək”.
Qeyd edək ki, Azərbaycanda manatın məzənnəsinin dollar qarşısında bir qədər aşağı salınması və avro ilə eyniləşdirilməsi barədə planlar bir qədər əvvəl açıqlanıb. Hökumətin bununla bağlı planlarını Azərbaycan prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı səsləndirib. Dövlət başçısı Azərbaycan manatının səviyyəsinin güclənməsinə yenidən baxmaq lazım olduğunu bildirib: «Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq».
Yeri gəlmişkən, artıq bu gündən etibarən manatın dollara qarşı məzənnəsində cüzi də olsa enmə başlayıb. AMB-nin fevralın 16-a müəyyənləşdirdiyi rəsmi məzənnələrdə 100 dolların məzənnəsi əvvəlki kimi 78,44 manatdan 78,48 manata qaldırılıb.

 

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam