Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Yeni valyuta şoku qorxusu:TÜRKİYƏNİN XARİCİ BORCU 434 MİLYARD DOLLARA ÇATIB

 

Mustafa Sönməz

“Əl-Monitor”, 13.02. 2020

 

Yenixeber.org: Türkiyə hökuməti valyuta məzənnələrini nəzarətində saxlamaq üçün yeni addımlar atıb, çünki yenidən yüksəlməyə başlayan dollar türk lirəsini daha da zəiflədəcək. Amma bu cür müdaxilələr 2018-ci ildəki böyük valyuta şokundan sonra da iqtisadiyyata inamı dirçəltmir.

Lirəni qorumaq üçün mübahisəli tədbirlərin son bir ildə Türkiyənin üzən məzənnə rejimindən çıxması anlamına gəldiyi ilə az adam razılaşmır.

Xarici valyuta məzənnələri Mərkəzi Bankın gizli müdaxilələri ilə tənzimlənib. Lirəni dollar qarşısında gücləndirməkdən ötrü Mərkəzi Bank ehtiyat valyutanı dövlət bankları vasitəsi ilə bazara çıxarır. Hökumətin keçən ildən bəri başlayan Mərkəzi Banka sərt nəzarətini nəzərə alaraq, bu cür hərəkətlər valyuta qiymətlərinin siyasi manipulyasiyasıdır.

Bu yöndə yeni bir addım olaraq Bank Tənzimləmə və Nəzarət Agentliyi (BTNA) fevralın 9-da valyuta əməliyyatlarında yeni məhdudiyyətlər elan edib. Agentlik Türkiyə banklarının xarici valyuta ilə mübadilə, istiqraz sövdələşmə və forvard sövdələşmələri üçün bank kapitalını 10%-ə azaldıb. Bu, özlüyündə valyuta qiymətlərini artıracaq əməliyyatların məhdudlaşdırılması deməkdir.

Valyuta böhranının baş verdiyi 2018-ci ilin avqust ayında həmin limit 25%-ə endirilmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan və AKP xarici aktyorları bazara spekulyativ hücumlar və Türkiyə iqtisadiyyatına xələl gətirməkdə günahlandırıb. Türkiyənin təhdid altında olması ilə bağlı bu cür rəvayətlərin bir hissəsi olaraq, Ərdoğan tez-tez vətəndaşları lirəyə sadiq qalmağa və möhkəm valyutaların istifadəsindən çəkinməyə çağırıb.

2019-cu il mart seçkiləri öncəsi keçirilən bir mitinqdə, o, maliyyə sektorundakılara valyuta bazarında hər hansı bir “təxribatçı hərəkət”in “baha başa gələcəyi” barədə xəbərdarlıq edib. “Sənin kim olduğunu və nə etdiyini bilirik. Seçkilərdən sonra qanun layihəsi təqdim edəcəyik. Bu millətin istismarına icazə verilməyəcək”.

Lirənin dəyərdən düşməsi 2018-ci ildə istehlak inflyasiyasını 25%-ə çatdırıb. Xarici valyuta qiymətlərinin artması istehsalçıların və xidmət təminatçılarının daha yüksək xərclərinə səbəb olub və tənəzzül başlayıb. Bu, sərt valyuta xərcləmələrini təşviq edən, lakin valyuta mənfəətini təşviq etməyə az səy göstərən iqtisadi siyasətin qaçılmaz nəticəsidir.

AKP-nin 17 illik hakimiyyətinin ilk yarısında türk şirkətləri bol borc almaq üçün qlobal likvidlikdən istifadə edib və bir çoxu geri qaytarma risklərinə göz yumub. Borc alış-verişi nəticəsində ötən ilin sentyabr ayında 434 milyard dollara çatan Türkiyənin xarici borcunun üçdə ikisi özəl sektorun payına düşüb – ölkə ÜDM-nin təxminən 59%-i.

Borc xərcləri son illərdə qlobal iqtisadi tendensiyaların təsiri altında artdığından onun ödənilməsi üçün borc dövrü dayandırılıb. Lirəyə olan inam xarici valyuta qiymətlərinin artması ilə zəifləyib və sərt valyutanın “uçuş”una səbəb olub. 2018-ci ildə qısa müddətdə dolların qiyməti 3 lirədən 4 lirəyə, daha sonra 7 lirəyə çatıb.

AKP hökuməti problemləri xaricdən qaynaqlandığını iddia və düşünülmüş iqtisadi siyasətinin nəticəsi olaraq qəbul etməkdən imtina edib. Nəticədə, BTNA 2018-ci ilin avqust ayında banklar üçün svop limitini bankın kapitalının 50%-dən 25%-ə endirib, bu da dünyanın ən böyük London valyuta bazarından svop əməliyyatları özünə çəkmək üçün atılan addım idi.

Spekulyativ ticarətdə bu cür məhdudiyyətlər xarici valyuta məzənnələrini nəzarətdə saxlamaq üçün Mərkəzi Bankın dövlət bankları vasitəsi ilə müdaxilələrini birləşdirib. Mərkəzi Bankın bu şəkildə istifadə etdiyi pul 32 milyard dollardır.

BTNA-nın fevralın 9-da mübadilə əməliyyatlarını daha da məhdudlaşdırmaq qərarı lirənin keçən həftəki məzənnə itkisindən sonra baş verib. Ankaranın qorxusu eynidir: xaricilərin spekulyativ ticarət sərt valyuta qiymətlərini qaldıracaq və iqtisadiyyata zərbə vuracaq.

Hazırda ölkədəki əmanətlərin 51%-dən çoxu xarici valyuta hesablarına yatırılıb.

“Xarici sui-qəsdçilərin” zərərsizləşdirilməsinə yönəlmiş tədbirlər əslində, Türkiyədə fəaliyyət göstərən xarici sərmayəçilər üçün faydalıdır. Ölkəyə sərt valyuta gətirən və onu yerli səhmlərə, dövlət istiqrazlarına çevirməklə investisiya qoyan əcnəbilər Türkiyə bazarından çıxdıqda, daha gəlirli olurlar. Türkiyənin bank sektorundakı xarici banklar da.

Hazırda onlar Türkiyədəki investisiyalarını yenidən nəzərdən keçirir. Ötən həftə “UniCredit” Türkiyənin “Yapi Kredi” bankındakı payını azaldıb, “HSBC”-nin ölkədən tamamilə çıxmağı düşündüyü bildirilib.

Türkiyənin aparıcı işgüzar qrupu olan TÜSIAD-ın qurultayında işgüzar dairələrin təlaşı nəzərə çarpıb. Birliyin sədri Simon Kaslovski bildirib: “Həm real sektorda, həm də pul bazarlarında nizamnamələrdə tez-tez dəyişikliklər edilməsi, işgüzar cəmiyyət üçün yeni kəskin və gözlənilməz qanunların peyda olması və iqtisadi subyektlərin etimadını sarsıdan vergi siyasəti tədbirləri, mülkiyyət hüquqları ilə bağlı narahatlıqlar investisiya mühitinə mənfi təsir göstərir”.

Nəticə etibarı ilə həqiqətləri etiraf etmək əvəzinə, xalqa sui-qəsd nəzəriyyələri sırıdılır. Xarici valyuta qiymətlərində qaçılmaz artım isə Türkiyə iqtisadiyyatı üzərində hökmranlığını davam etdirir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam